18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Cavanşir Feyziyev: Britaniya Lordlar Palatasının ermənipərəst üzvünün Azərbaycanla bağlı təxribatçı cəhdi iflasa uğrayıb
Tarix: 05-11-2020 11:28 | Bölmə: Siyasət
Baxış sayı: 702
Bölməyə aid digər xəbərlər
Tarix: 05-11-2020 11:28 | Bölmə: Siyasət
Böyük Britaniya parlamentinin Lordlar Palatasında Ermənistan-Azərbaycan münaqişəsinə dair dinləmələr keçirilib. Bu müzakirələr palatanın qatı ermənipərəst mövqeyi ilə seçilən üzvü Baronessa Koks tərəfindən hökumətə ünvanlanmış sorğu əsasında baş tutub. Koks ABŞ-da fəaliyyət göstərən “Genocide Watch” adlı QHT-nin bu yaxınlarda guya Dağlıq Qarabağ əhalisinə qarşı Azərbaycan tərəfindən soyqırımı həyata keçirilməsi təhlükəsinə dair bəyanatına istinad edərək, Britaniya hökumətinin bu bəyanata münasibət bildirməsini tələb etmişdi. Baronessa Koks Britaniya hökumətini Ermənistan tərəfindən iddia olunan beynəlxalq humanitar hüququn pozulması hallarının beynəlxalq səviyyədə araşdırılması, guya Azərbaycan tərəfindən fosforlu silah da daxil olmaqla qadağan edilmiş silahların münaqişə zonasında istifadə edilməsinə dair daxil olan məlumatlara münasibət bildirməyə çağırmışdı.
Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev AZƏRTAC-a bildirib ki, 800-ə yaxın üzvü olan Lordlar Palatasında bu sorğu ilə bağlı təşkil olunmuş debatlarda palatanın cəmi 13 üzvünün iştirak etməsi Baronessa Koksun qaldırdığı məsələlərə Britaniya ictimaiyyətində geniş marağın olmadığını göstərdi. Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından etibarən davamlı olaraq Ermənistan maraqlarının lobbiçisi kimi tanınan xanım Koks bu illər ərzində Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edib və vaxtaşırı Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyalarının fəal iştirakçısı kimi tanınır. Baronessa Koks vaxtilə Dağlıq Qarabağa bitişik 7 rayonun işğal olunmasını dəstəkləmiş və bu ərazilərin Azərbaycan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması müqabilində azad oluna biləcəyi haqqında mətbuata açıqlama vermişdi.
Palata üzvləri tərəfindən Türkiyənin münaqişədəki roluna, Britaniya hökumətinin bu münaqişənin həllində oynadığı və ya oynaya biləcəyi roluna, aparılan hərbi əməliyyatlarda qadağan olunmuş silahlardan istifadə olunması ehtimalına hökumətin münasibəti, münaqişə tərəfləri ilə hərbi-texniki əməkdaşlığın cari durumu, eləcə də Dağlıq Qarabağın gələcək statusuna dair Britaniya hökumətinin mövqeyi haqqında suallar səsləndirilib.
Palata üzvlərinin suallarını Böyük Britaniya xarici işlər nazirinin müavini Baronessa Saq cavablandırıb. Lordların suallarına cavab verən nazir müavini Baronessa Saq Türkiyənin NATO-nun vacib üzvü olduğunu və müxtəlif qlobal çağırışlarla mübarizənin ön sıralarında dayandığını qeyd edərək mövcud münaqişə ilə bağlı Türkiyə ilə daimi təmasda olduqlarını bildirib. Baronessa Saq vurğulayıb ki, Türkiyənin bölgədəki nüfuzundan istifadə etməklə münaqişənin dayandırılması və sülh yolu ilə həll edilməsi üçün Britaniya hökuməti Türkiyəyə bütün lazımi kömək göstərir. Britaniya hökumətinin rəsmisi onu da qeyd edib ki, münaqişə tərəflərinə silah satışının məhdudlaşdırılmasına dair ATƏT tərəfindən qəbul olunmuş müvafiq sənədlər var və buna görə də hər hansı əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur.
Müzakirələrdə, həmçinin Dağlıq Qarabağ ərazisinin Kosovo nümunəsi əsasında statusunun tanınmasının mümkünlüyü haqqında sual səsləndirilib. XİN rəsmisi bəyan edib ki, Dağlıq Qarabağın mümkün gələcək statusu ilə bağlı prinsiplər ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərində öz əksini tapıb və Böyük Britaniya hökuməti hesab edir ki, bölgənin yekun hüquqi statusu baza prinsiplərində əks olunduğu kimi gələcəkdə azad şəkildə ifadə ediləcək səsvermə yolu ilə müəyyənləşdirilə bilər. Böyük Britaniya hökuməti Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün ATƏT-in hazırladığı baza prinsiplərini dəstəkləyir.
Müzakirələrdə iştirak edən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupunun üzvü Lord Addinqton da məsələyə münasibət bildirib və Ermənistanın Azərbaycan torpaqlarının işğal olunmasında günahkar olduğunu müzakirə iştirakçılarının diqqətinə çatdırıb. Lord Addinqton ABŞ-ın “Genocide Watch” təşkilatının qiymətləndirməsinə istinad edərək bildirib ki, qarşıdurmanın davam etdiyi uzun illər ərzində Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsi haqqında çoxsaylı iddialar var.
Məlumat üçün bildirək ki, ABŞ-nın “Genocide Watch” təşkilatı elə bu yaxınlarda Ermənistana müraciət edərək, Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətlərini, xüsusilə də Xocalı qətliamındakı rolunu etiraf etməyə dəvət etmiş, itirilmiş mülklərinə görə azərbaycanlı məcburi köçkünlərə Ermənistan tərəfindən təzminat ödəməyə çağırmışdı.
Beləliklə, düşmən tərəfin xahişi ilə Milli Ordumuz tərəfindən Dağlıq Qarabağ ərazisində aparılan hərbi əməliyyatların Lordlar Palatasında müzakirəyə çıxarılmasına nail olan Baronessa Koks bu dəfə də erməni dostlarının ümidlərini doğrulda bilmədi. Beynəlxalq hüquq normaları əsasında, humanitar qaydalara riayət olunmaqla Azərbaycan tərəfindən aparılan sülhə məcburetmə əməliyyatlarını “növbəti erməni soyqırımına cəhd” kimi qələmə vermək və Azərbaycana qarşı hər hansı sanksiyaların tətbiqinə nail olmaq cəhdləri iflasa uğradı.
Azərbaycanın haqlı mövqeyi, münaqişənin sülh yolu ilə həll olunmasına səmimi münasibəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə vaxtında və keyfiyyətli şəkildə çatdırılması, müasir dünya standartlarına uyğun olaraq təşkil olunmuş Milli Ordumuzun nüfuzu və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti növbəti dəfə öz bəhrəsini verdi.
Baxış sayı: 702
Bölməyə aid digər xəbərlər
Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.













