22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Hikmət Hacıyev BMT ali komissarının bəyanatından DANIŞDI
Tarix: 03-11-2020 22:29 | Bölmə: Siyasət

                 Hikmət Hacıyev BMT ali komissarının bəyanatındanDANIŞDI


“BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi bu cinayətlərə münasibət bildirildi. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərində kassetli silahlardan istifadə edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapmışdır”.
Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Amma təəssüf hissi ilə qeyd edirik ki, onun bəyanatında Gəncə hadisələrinə toxunulmamışdır. Ermənistan silahlı qüvvələri tərəfindən böyük sayda insan tələfatına səbəb olmaq üçün məhz Gəncə şəhəri də ballistik və digər raketlərlə atəşə tutulub. Eyni zamanda onun tərəfindən ermənilərin hazırladığı saxta videoya da istinad vardır ki, bu videonun saxta olduğu Azərbaycan tərəfindən müvafiq strukturların xətti ilə təsdiq olunub”, - o vurğulayıb.



Baxış sayı: 420


Bölməyə aid digər xəbərlər