22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir (FOTO)
Tarix: 27-10-2020 15:49 | Bölmə: Siyasət

               Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir (FOTO)


Qarabağ müharibəsində erməni əsgərlərinin ölümündə səbəbkar birinci şəxs Ermənistan baş naziri Nikol Paşinyandırsa, ikinci şəxs bütün ermənilərin katolikosu II Qaregindir.
II Qareginin bu günlərdə əhaliyə müraciəti onu göstərir ki, o, insanları sülhə deyil, müharibəyə səsləyir. Adətən, dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır.




Trend-in məlumatına görə, bütün ermənilərin katolikosu xalqa müaricət edərək bildirib ki, əli silah tutan hər kəs cəbhəyə gedib döyüşməlidir. Artıq sosial şəbəkələrdə də erməni "din" adamlarının əlində silah cəbhəyə yollandıqlarını əks etdirən görüntülər də yayılır.



Əslində, bütün dinlərin əsasında sülh dayanır və adətən, din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırır.



Qeyd edək ki, erməni kilsəsinin savaşa çağırışı ilk deyil. Bu kimi çağırışlar müxtəlif vaxtlarda da olub. Hətta sovet dövründə SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi erməni kilsələrinin birində xeyli sayda silah-sursat aşkarlamışdı.





Baxış sayı: 401


Bölməyə aid digər xəbərlər