22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İmran Xan “Facebook”u islamofobiya məzmununu qadağan etməyə çağırdı
Tarix: 26-10-2020 09:43 | Bölmə: Siyasət

                 İmran Xan “Facebook”u islamofobiya məzmununu qadağan etməyə çağırdı


Pakistanın Baş Naziri İmran Xan “Facebook” şirkətinin rəhbəri Mark Tsukerberqə müraciət edərək, eyniadlı sosial şəbəkədə antiislam ritorikasını əks etdirən paylaşımların yerləşdirilməsini qadağan etməyi xahiş edib. “Qafqazinfo” bildirir ki, hökumət başçısı məktubun mətnini tvitter səhifəsində dərc edib.
Xanın sözlərinə görə, dünyanın müxtəlif yerlərində müsəlmanların qırğını baş verir. O, Fransada Məhəmməd peyğəmbərin karikaturalarını, bir sıra ölkələrdə müsəlmanların sıxışdırılmasını, həmçinin Hindistanda “antimüsəlman qanunları” nı qeyd edib.
Pakistan hökumətinin başçısının iddiasına görə, Fransada İslam terrorla assosiasiya olunmağa başlayıb. “Bu, (karikaturaların nəşri – red.) Fransada müsəlmanların daha da qütbləşməsi və marginallaşmasına gətirib çıxaracaq”, - deyə o əlavə edib.



Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər