22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Amerikanın səsi”nin Azərbaycana qarşı qərəzi - Foto
Tarix: 24-10-2020 20:37 | Bölmə: Siyasət

                  “Amerikanın səsi”nin Azərbaycana qarşı qərəzi


“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən “Human Rights Watch” təşkilatının açıqlamasını yayıb. 
"Qafqazinfo" xəbər verir ki, təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq, Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edir. Bu məlumatı öz oxucuları ilə paylaşan “Amerika səsi” radiostansiyası  isə saxta məlumatı yaymaqla kifayətlənməyərək, bu məlumata əsas olaraq Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosunu  paylaşıb.
Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı, daha sonra ümumiyyətlə həmin xəbəri və fotonu öz rəsmi feysbuk səhifəsindən çıxardıb.




Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər