Bütün xəbərlər
Ağbənd azad edildi, İranla sərhəd təmin olundu
Tarix: 22-10-2020 19:33 | Bölmə: Siyasət

                   Ağbənd azad edildi, İranla sərhəd təmin olundu


Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rəsmi tvitter hesabı vasitəsilə açıqlayıb.
"Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!", - deyə dövlət başçısı bildirib.


Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər