Bütün xəbərlər
Yeniləşən Dövlətə Dəstək İB tərəfindən Sumqayıt şəhərində tədbir keçirilib
Tarix: 19-10-2020 01:17 | Bölmə: Siyasət
Yeniləşən Dövlətə Dəstək İB tərəfindən Sumqayıt şəhərində tədbir keçirilib.
Tədbirdə Öndərtv.az-ın baş redaktoru Kamran Orucov, YDDİB-nin Zəngəzur bölgə sədri Ülviyyə Əsədova, bölgə sədrinin müavinləri Rövşən İmanov, Elnur Mehtiyev, Sumqayıt şəhəri üzrə sədri Natiq Rəsulov, Zəngilan rayonu üzrə sədri Məmmədağa Mircəfərov, Cəbrayıl rayonu üzrə sədri Şəmsi Hüseynov, Xankəndi üzrə sədri Səbinə Abdullayeva və başqaları çıxış edərək erməni terrorçularının Gəncə şəhərində törətdiyi qətliamdan danışıblar, bu vəhşiliyi pisləyiblər. Dünya dövlətlərini bu hadisəyə, eləcədə ermənilərin Azərbaycanın digər bölgələrində törətdikləri qətllərə, vəhşiliklərə  kəskin şəkildə reaksiya verməyə çağırıblar.
Tədbirdə həmçinin ölkə Prezidentinin rəhbərliyi altında ordumuzun Dağlıq Qarabağda qələbəsindən söhbət açlıb. Birlik üzvüləri sonda Prezidentin ətrafında yumruq kimi birləşdiklərini və ona işğaldan azad olunan şəhər və kəndlərə görə minnətdarlıqlarını bildiriblər.

Namiq MƏMMƏDLİ
                











Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər