18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
“Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri ətrafınızda yumruq kimi birləşib” - Prezidentə yazırlar
Tarix: 15-10-2020 00:53 | Bölmə: Siyasət
Son günlər cəbhədən gələn xoş xəbərlər vətəndaşlarda nikbin təəssürat formalaşdırıb. Azərbaycan vətəndaşları dövlət başçısı İlham Əliyeva məktub ünvanlayırlar.
“Qafqazinfo” həmin məktublardan bir neçəsini təqdim edir:
Hüseyn Əliyev, Arxangelsk, Rusiya: “Hörmətli cənab Prezident, mən doğma vətənimdə baş verən hadisələri dərin həyəcanla izləyir, hər qələbəyə ürəkdən sevinirəm. Siz Azərbaycan xalqının ümidi, ölkənin və onun sərhədlərinin təhlükəsizlik qarantısınız. Allahdan ərazi bütövlüyümüzün bərpası yolunda müqəddəs amalınızı sonadək icra etmək üçün Sizə və ordumuza güc, qüvvət arzulayıram. Həmçinin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.
Mesut Karagöz, İstanbul, Türkiyə: “Hörmətli cənab Prezident, İllərdir qanayan yaramız olan Dağlıq Qarabağın erməni işğalından azad olunmasına başlanılması ürəyimizə su səpdi. Sentyabrın 27-də erməni hücumundan sonra başlanan müharibədə Türkiyə xalqı olaraq Azərbaycanla tək ürək olduq. Allah Azərbaycanı müzəffər etsin. Bu müqəddəs yolunuz mübarək olsun. Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir. Azərbaycanın zəfəri bizim zəfərimizdir. Azərbaycan Ordusunun zəfərlə irəliləməsini hər gün xəbərlərdən izləyirəm. Haqsız, zalım, ikiüzlü, vicdansız erməni terrorist dövlətinin ordusunun yerlə-yeksan olduğunu, onların Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməyərək qaçdıqlarını görmək bizə çox xoş gəlir. Mənim 40 yaşım var. İmkan olarsa, qardaş Azərbaycanın qəhrəman əsgərləri ilə bir cəbhədə vuruşmaq, erməni terroristləri məhv etmək istərdim. Dualarımız Sizinlə, qəlbimiz Sizinlədir, cənab Prezident. Gərək olarsa bu yolda canımızı da verərik. Allah yar və yardımçınız olsun. Zəfər Azərbaycanındır. Qarabağ Azərbaycandır!”.
Muxtar Fatih Beydili, İzmir, Türkiyə: “Çox hörmətli cənab Prezident, Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən Sizə dünyadakı bütün türkmənlərin, həmçinin Hələbdə İmadəddin Nəsiminin nəvələri adından təşəkkür edirəm. Sizin rəhbərliyinizlə ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın müəyyən bir hissəsi işğaldan azad olunub. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirəm. Hörmətli cənab Prezident, biz sizinlə fəxr edirik. İnanırıq ki, rəşadətli ordumuz Sizin rəhbərliyinizlə tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək. Sizə cansağlığı arzu edirik. Cənab Prezident, Sizin və qəhrəman ordunuzun qələbə çalması üçün dualar edirik. Allah Ordumuzu qorusun. Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur. Cənab Ali Baş Komandan, bütün dünya türkləri həmişə Sizin yanınızdayıq. Allah Sizi və can Azərbaycanın xalqını qorusun. Xalq Sizinlədir və zəfər də Sizinlədir. Biz də Sizlərlə çiyin-çiyinə dayanmışıq. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız. Sizə möhkəm cansağlığı, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq. Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin. Zəfər xəbərlərini gözləyirik”.
Vaqif Həsənov, Moskva, Rusiya: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, uğurlu siyasətinizi və Azərbaycan üçün etdiklərinizi yüksək qiymətləndiririk. Düşmənlərimizə qarşı şiddətli döyüşlərdə ordumuza zəfər, xalqın gücü ilə yüksələrək apardığınız mübarizədə Sizə cansağlığı, uzun ömür və yeni qələbələr arzulayıram. Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycanın qalib Prezidenti İlham Əliyevə! Eşq olsun igid, qəhrəman Azərbaycan əsgərinə!
Maqsud Əsgərov, Gəncə, Azərbaycan: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, biz Sizin torpaqlarımızın işğaldan azad olunması uğurunda gecə-gündüz yorulmadan göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk, Sizə bu gərgin və şərəfli işinizdə uğurlar arzulayırıq. Biz inanırıq ki, Sizin qurduğunuz güclü Azərbaycan və güclü ordu tezliklə işğal olunmuş torpaqlarımızı işğaldan azad edəcək. Bu haqq yolunda göstərdiyiniz xidmətlər ədalətin zəfəri olacaq və biz vətəndaşlar bildiririk ki, Prezidentimizin ətrafında sıx birləşmişik.
Nadirşah Şirinov, Qusar, Azərbaycan: “Hörmətli cənab Prezident, bizlərə heç bir sözlə ifadə olunmayan sevinc hisslərini yaşatdığınıza görə Qusar rayonunun bütün sakinləri adından dərin minnətdarlığımı bildirirəm. İllərdir mənfur düşmənin işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz qərar və şanlı ordumuzun qələbələri bizi çox sevindirir. Bu gün Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri də Sizin ətrafınızda yumruq kimi birləşib və hər bir əmrinizə hazırdır. Sizinlə fəxr edirik. Allah Sizi və şanlı Azərbaycan Ordusunu qorusun, İnşallah”.
Səbuhi Bağırov, Bakı, Azərbaycan: “Hörməli cənab Prezident, Sizi və bütün xalqımızı cəbhə bölgəsində şanlı Ordumuz tərəfindən qazanılan uğurlara görə təbrik edirəm və bu uğurların davamlı olmasını arzulayıram. Mənim qardaşım da cəbhədədir, hazırda bütün düşüncələrim cəbhə ilə bağlıdır. Tanrı Ordumuzu qorusun! İnanırıq ki, Sizin rəhbərliyiniz altında və güclü Ordumuz sayəsində işğal olunmuş bütün torpaqlarımız azad ediləcək və üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində əzəmətlə dalğalanacaq”.
Həsən Həsənov, Bakı, Azərbaycan: “Çox hörmətli cənab Prezident, mən 1977-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşam. Ölkəmizin xüsusi təyinatlı hərbi hissəsində kəşfiyyatçı kimi müddətli həqiqi hərbi xidmətdə olmuşam. Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmuşam, kəşfiyyatçı kimi tapşırıqları yerinə yetirmişəm. Bu sahədə böyük hərbi təcrübəm var. Qardaşım Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasında hərbi vəziyyət elan edildiyi bir vaxtda bir kəşfiyyatçı olaraq torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmək arzusundayam. Bu döyüşlərdə iştirak etmək mənim Vətən qarşısında borcumdur. Sizi əmin edirəm ki, mənə etimad göstəriləcəyi təqdirdə bu etimadı doğrultmaq üçün bütün gücümü, hərbi bilik və bacarığımı sərf edəcəyəm. Bir çox vətəndaş kimi mən də Sizin əmrinizi gözləyirəm”.
Elşad Məmmədov, Qəbələ, Azərbaycan: “Möhtərəm cənab Prezident, ötən illər ərzində ordu quruculuğu işlərinin mükəmməl təşkili və Sizin qətiyyətli mövqeyiniz bizə Qarabağı bəxş etməkdədir. Artıq bütün dünya Azərbaycanın güclü və mətin orduya sahib olduğuna şahiddir. Dünya hərb tarixinin ən parlaq qələbələrini bizə yaşatdığınız üçün Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə böyük uğurlar arzu edirik. Azərbaycan bayrağının yaxın günlərdə Xankəndi və tarixi beşiyimiz olan Şuşada dalğalanacağına tam əminik. Biz məcburi köçkünlər hər zaman Sizin əmrinizə hazırıq. Tanrı Sizi qorusun!”.
Çingiz Babayev, Tovuz, Azərbaycan: “Hörmətli cənab Prezident, Sizi Tovuzun 30 ildən çoxdur ki, erməni məkri ilə üzbəüz dayanan Əlibəyli kəndinin müharibə veteranlarının adından Qarabağ uğrunda döyüşlərdə qazanılan uğurlara görə təbrik edirəm. 30 ildir ki kəndimizin uşaqları müharibə şəraitində böyüyür, kənd sakinləri əkin-biçinini güllə altında edir. Qismən sakitlik olsa da bu illərdə mülki şəxslərimizdən qurbanlarımız da olur. Amma bizdən narahat olmayın. Biz ermənilərdən qorxmuruq, onlar bizdən qorxur. Tovuz döyüşlərində rayonumuzun hər bir sakini igid əsgərlərimizin yanında olmaq üçün can atırdı. İndi isə hamımız Qarabağa doğru can atırıq. Kəndimizin sakinləri, bütün müharibə veteranları Azərbaycan naminə verdiyiniz qərarları dəstəkləyir. Hamımız bir nəfər kimi Qarabağı azad etməyə hazır olduğumuzu bildiririk. Hər bir azərbaycanlının duasının əvvəli də axırı da Sizin sağlamlığınız, güclü qüvvətli olmanız üçündür. Dünyada kiçikdən böyüyə hamının sevimlisi olan Sizin kimi ikinci Lider yoxdur, buna əminəm. Hamımız Sizi bir nəfər kimi ürəkdən sevirik, dəstəkləyirik, arxanızdayıq. Gözümüz televiziya ekranlarında Sizin çıxışlarınızı səbirsizliklə gözləyik. Səlis nitqiniz isə sanki uzun müddət susuz qalmış qəlbləri rahatladır, bizi ruhlandırır. Var olun, cənab Prezident! Hər şeyə görə çox sağ olun!”.
Yusif Bağırov, Bakı, Azərbaycan: “Hörmətli cənab Ali Baş Komandan, Sizi və əsgərlərimizi ürəkdən təbrik edirəm. Xalqımıza yaşatdığınız qürurlu və sevincli günlərə görə, çox sağ olun. Xalqımız tarixən çox igid və qəhrəmanlar yetirib, çox şərəfli döyüşlərdən çıxıb. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni şanlı səhifələr yazılır. O səhifələr ki, baxdıqca baxmaq, oxuduqca oxumaq istəyirsən. Bu tarix çox güclü və qüdrətli müəllifin şah əsəridir. Allah Sizi və əsgərlərimizi qorusun, cənab Ali Baş Komandan. Biz Sizə və əsgərlərimizə güvənirik və həmişə Sizlərləyik”.
Şaiq Zaidli, Yardımlı, Azərbaycan: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizə ürəyimin dərinliklərindən gələn minnətdarlığımı ucqar dağ rayonu olan Yardımlıdan çatdırıram. Hər gün televiziya kanallarından ordumuzun işğaldan azad etdiyi əraziləri, düşmənin məhv edilmiş texnikalarını, qənimət alınmış silahlarını seyr etdikcə bu qələbənin memarı kimi Sizi alqışlayır, güclü, məğrur Azərbaycan əsgərinə “sağ ol!” deyirik. Neçə illik həsrətdən sonra Sizin sayənizdə torpaqlarımız işğaldan azad olunur. Yardımlı xalqı Sizinlə qürur duyur, Sizi dəstəkləyir və daim dəstəkləyəcək”.
Yunis Nəcəfov, Ağdaş, Azərbaycan: “Hörmətli Ali Baş Komandan, bu gün həm cəbhədə, həm beynəlxalq arenada uğurlarımızın yeganə səbəbkarı Sizsiniz. Bu qədər beynəlxalq təzyiq altında ordumuzun torpaqlarımızı azad etməsi birmənalı şəkildə qətiyyətinizin nəticəsidir. Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin şəxsi heyəti cəbhədə qəhrəmanlıq salnaməsi yazır. Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın üçrəngli bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaqdır. Şəxsim və Ağdaş gəncləri adından əldə edilən zəfərlərə görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, uğurlar və daha böyük nailiyyətlər arzu edirəm”.
Diana Mirzəyeva, Quba, Azərbaycan: “Hörmətli Prezident, cənab Ali Baş Komandanımız, müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbələri münasibəti ilə Sizi və xalqımızı ürəkdən təbrik edirik. Sizin və güclü ordumuzun yanındayıq! Bu qələbələrlə general-mayor Polad Həşimovun və bütün şəhidlərmizin qisası alınır. Siz bizim Liderimiz olduqca xalqımız heç nədən qorxmadan, çəkinmədən yaşayacaq. Allah Sizi və ordumuzu qorusun”.
Sara Məmmədova, Bərdə, Azərbaycan: “Hörmətli cənab Prezident, mən bir zabit anası kimi Sizə öz təşəkürümü və xalqın sevgisini bildirirəm. Əsgər və zabit anaları Sizə və hər bir sözünüzə inanır. İnanırıq ki, Sizin yürütdüyünüz siyasət nəticəsində Azərbaycanın işğal olunmuş torpaqları tezliklə azad olunacaq. Allah Sizi var etsin, Azərbaycan naminə cansağlığı, uzun ömür bəxş etsin, daim sağlam və güclü etsin. Mən bütün ailə üzvlərim adından Sizə öz minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!".
Dursun Balakişiyeva, Cəbrayıl, Azərbaycan: “Hörmətli cənab Prezident, bir Milli Qəhrəman anası olaraq Sizin cəsarətiniz qarşısında baş əyirəm. Çünki sayənizdə oğlumun şəhid olduğu doğma yurdum Hadrut qəsəbəsi düşməndən alındı. İnşallah, bütün Qarabağımız düşmən işğalından azad olunacaq və qələbə bayrağımız tezliklə Şuşada, Laçında dalğalanacaq. Şəhidlərimizin qanını birə-beş aldığınız üçün xalqımız Sizin heykəlinizi qoyacaq. Sizə, xalqımıza güc, cəsarət və uğurlar arzulayıram. Allah Sizi və xalqımızı qorusun!”.
Rizvan Dadaşov, Lənkəran, Azərbaycan: “Hörmətli Ali Baş Komandan, dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində yürütdüyünüz haqlı siyasət bütün xalqın ürəyincədir. Sizin bu istiqamətdə atdığınız hər bir addımı dəstəkləyir, daim arxanızda olduğumuzu bildirmək istəyirik. Bu haqq savaşında Vətənimizə xidmət etməyi özümüzə böyük şərəf və borc bilirik. Allahdan Sizə, səngərdə riyakar düşmənlə üz-üzə duran igid əsgərlərimizə cansağlığı və davamlı qələbə sevincləri arzu edirəm. Qarabağ bizimdir! Qələbə bizimlədir!”.
Baxış sayı: 499
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.