22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Münaqişə öz ərazisindən çıxıb, çünki Ermənistan şəhərləri uzaqdan atəşə tutur”
Tarix: 14-10-2020 19:14 | Bölmə: Siyasət

                “Münaqişə öz ərazisindən çıxıb, çünki Ermənistan şəhərləri uzaqdan atəşə tutur”


Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəhərlərini raket atəşinə tutması ilə bağlı xarici ölkələrin səfirləri və hərbi attaşelərinin iştirakı ilə brifinq keçirilir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, konfransda Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi İkram Əliyev, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov çıxış edir. 
Hikmət Hacıyev bildirib ki, Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər rayonlarını atəşə tutaraq eskalasiyanı daha da artırır: 
“Hazırda münaqişə öz ərazisindən kənara çıxıb, çünki Ermənistan münaqişə zonasından xeyli uzaqda yerləşən şəhərləri atəşə tutur. Ermənistan eyni zamanda öz ərazisindən də Azərbaycanı atəşə tutur. Müstəqil Dövlətlər Birliyi tarixindən ilk dəfədir ki, Ermənistan bu cür dağıdıcı gücə malik ballistik raketləri sivillərin sıx məskunlaşdığı bu böyüklükdə şəhərə qarşı istifadə edir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün hazır vəziyyətə gətirilmişdi. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmini üçün həmin raket sistemlərinin zərərsizləşdirilməsi tədbirləri görülüb. 
Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki beynəlxalq hüquqa görə təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququ var. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün öz raket sistemlərini hazır vəziyyətə gətirmişdi. Azərbaycan həmin raket sistemini neytrallaşdırmaq üçün beynəlxalq hüququndan istifadə edir. Bundan öncə də Ermənistan Gəncəni və digər şəhərləri raket atəşinə tutub. Növbəti belə hal yaşanmaması üçün həmin hərbi obyektlər zərərsizləşdirilir”. 



Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər