22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Paşinyan məğlubiyyətini xalqa açıqlamağa başladı
Tarix: 14-10-2020 19:00 | Bölmə: Siyasət

                Paşinyan məğlubiyyətini xalqa açıqlamağa başladı


Sentyabrın 27-dən Dağlıq Qarabağda aparılan döyüşlərdə Azərbaycan ordusuna uduzan Ermənistan rəhbərliyi məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib.
“Qafqazinfo”nun məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün feysbuk hesabında yayımladığı videomüraciətdə ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini dilə gətirib.
“Bu müddət ərzində çox itki verdik. Bu anda qurbanlarımızın sayı çoxdur və onlar üçün yas tuturam”, -deyə Paşinyan bildirib.
O, Azərbaycan ordusunun uğurlarının erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratdığını qeyd edib.
“Azərbaycan Silahlı Qüvvələri döyüşlərin son günlərində taktikalarını dəyişiblər. Bunu ümidsizlik yaymaq üçün deyil, xalqla həqiqət dilində danışmalı olduğum üçün deyirəm”- deyə o qeyd edib.
Paşinyan bildirib ki, Qarabağda vəziyyət ağır olaraq qalır.



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər