22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Ermənistan rəhbərliyi üçün hər hansı mənəvi qaydalar yoxdur”
Tarix: 13-10-2020 00:13 | Bölmə: Siyasət

                   “Ermənistan rəhbərliyi üçün hər hansı mənəvi qaydalar yoxdur”


“Dünyada son dövrlərdə baş vermiş hərbi əməliyyatlara baxsaq, demək olar ki, çox unikal hallardan biridir ki, 500 mindən artıq əhalisi olan şəhərə qarşı, o cümlədən insanların kompakt yaşadığı əraziyə ballistik, böyük gücə malik “SCUD” raketindən atəş açılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.
“Bu, onu göstərir ki, Ermənistanın siyasi- hərbi rəhbərliyinin qarşısında hər hansı bir mənəvi dəyər, hər hansı bir etik qayda, hər hansı dünya sivilizasiyasına xas olan baryerlər vardır”, - deyə H. Hacıyev qeyd edib.



Baxış sayı: 378


Bölməyə aid digər xəbərlər