22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejimin girovlarıdır”
Tarix: 10-10-2020 08:57 | Bölmə: Siyasət

                     “Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejimin girovlarıdır”


“Biz heç vaxt mülki şəxslərə hücum etmirik. Bizim Dağlıq Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki, biz onların tanklarını, silahlarını, artilleriya sistemlərini hədəfə almışıq və həmçinin biz onların hərbi infrastrukturunu hədəf almışıq. Bu hərbi infrastrukturun bəzən şəhər mərkəzində yerləşməsi bizim günahımız deyil. Lakin biz heç vaxt qəsdən mülki şəxsləri hədəf almamışıq”. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsi zamanı danışıb.
Dövlət başçısı bildirib: “Bəli, bizim müasir silahlarımız var, lakin onların heç də hamısı müasir deyil. Bəzi səhvlər ola bilər. Ona görə bizim tərəfdən mülki şəxslərin qəsdən hədəf alınması heç vaxt baş verməmişdir. Əksinə, təmas xəttinə çox yaxın yerləşən Tərtər şəhəri bombardmana məruz qalır. Gündə şəhərə 2000 mərmi düşür. Demək olar ki, məhv edilib. Heç kim bunun haqqında danışmır. Ona görə xahiş edirəm ki, gəlin, bu məsələdə ədalətli olaq. Biz bunu başlamamışıq və bizim mülki şəxsləri hədəfə almağa ehtiyacımız yoxdur. Bizə ərazilərimiz lazımdır. Müharibə bitdikdən sonra yanbayan yaşayacağımız mülki şəxsləri niyə görə hədəfə alaq ki? Dağlıq Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejiminin girovlarıdır. Əminəm ki, müharibə bitdikdən sonra onlar bizimlə sülh və ləyaqət içində yanbayan yaşayacaqlar”.



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər