22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Kimin dabanlarını yalayırsan, yala...”
Tarix: 09-10-2020 21:50 | Bölmə: Siyasət

                    “Kimin dabanlarını yalayırsan, yala...”


"Biz dəfələrlə bunu demişik. Öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan, görün, qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara onların yerini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar".
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.
Dövlət başçısı deyib: “Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Bütün istiqamətlər üzrə Azərbaycan mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də odur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər. Bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bötüvlüyümüzü bərpa edəcəyik”.



Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər