Bütün xəbərlər
“Moskva görüşü çox şeyə aydınlıq gətirəcək” - Prezident
Tarix: 09-10-2020 21:48 | Bölmə: Siyasət

                    “Moskva görüşü çox şeyə aydınlıq gətirəcək”


“Bu gün Moskvada keçirilən görüş bir çox şeylərə aydınlıq gətirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib:
"Hesab edirəm ki, Moskvadakı bu tarixi görüş bir sıra məsələlərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, qəbul etməyəcək. Paşinyan deyirdi Azərbaycana bir qarış torpaq da verməyəcəm, nə oldu indi? İndi onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda qalmısan, öz xalqını alçaldırsan. Kimdir səndən soruşan verəcəksən torpağı, ya yox?
Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk, başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı heç kimə verməyəcəyik. Nə oldu, Paşinyan, deyirdin ki, “Dağlıq Qarabağ Respublikası” o cümlədən, bütün işğal edilmiş torpaqları əhatə edir? Bəs gəl bunları müdafiə elə. Nə qaçırsan Moskvaya? Nə zəng edib dünya prezidentlərinin zəhləsini tökürsən, başlarını xarab edirsən? Məsləhət verərdim bir şamanlara da zəng eləsin, onlar ona kömək eləsin. Ya da uzaq adada yaşayan qəbiləyə müraciət eləsin.
Ermənistanın Baş Naziri lətifə personajına çevrilib. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də, dünya miqyasında ikinci adam olmayıb. Çünki gəlib başqasının torpağında oturub və oradan çıxa bilmir.
Ona görə mən Azərbaycan xalqına üzümü tutub deyirəm: Biz torpaqlarımızı alacağıq! ”, - deyə dövlət başçısı bildirib.


Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər