Bütün xəbərlər
“Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır” - Aviqdor Liberman
Tarix: 07-10-2020 00:25 | Bölmə: Siyasət

                    “Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır”


İsrailin sabiq Müdafiə naziri, politoloq Aviqdor Liberman ITON TV-nin efirində Azərbaycan-İsrail münasibətlərindən danışıb. “Qafqazinfo” xəbər verir ki, Liberman Azərbaycanı İsrailin etibarlı tərəfdaşı adlandırıb:
“Son 25 ildə Azərbaycan həm beynəlxalq arenada, həm də ikitərəfli əlaqələrdə İsrailin etibarlı tərəfdaşı olduğunu göstərdi. Tarixi nöqteyi-nəzərdən də Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında antisemitizmin tamamilə mövcud olmadığı, yəhudilərin özlərini tam hüquqlu hiss etdikləri respublikalardan biridir. Bəlkə də, yeganə respublikadır”.



Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər