Bütün xəbərlər
Paşinyan çarəsizlikdən yeni kadrlar gətirir
Tarix: 06-10-2020 17:30 | Bölmə: Siyasət

                   Paşinyan çarəsizlikdən yeni kadrlar gətirir
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda uduzan Ermənistan rəhbərliyi ölkənin güc strukturlarında dəyişiklik etmək qərarına gəlib.
“Qafqazinfo”nun məlumatına görə, Baş nazir Nikol Paşinyan deputat Tiqran Ulihanyanı Respublika Nəzarət Xidmətinin rəhbərinə yeni müavin təyin edib.
Qeyd olunub ki, Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan bu vəzifəyə üzvü olduğu “Məxməri inqilab”dan dərhal sonra-2018-ci ilin mayında təyin olunmuşdu. 2019-cu ilin aprelində Sanasaryan cinayət korrupsiya işində şübhəli olaraq mühakimə olunmuşdu.
“Beləliklə, de-fakto Ulihanyan bu mühüm dövlət qurumunun rəhbəri kimi çıxış edəcək”, - deyə məlumatda vurğulanıb.




Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər