22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Düşmən Azərbaycanı Ermənistandakı bu nöqtələrdən vurur
Tarix: 05-10-2020 12:45 | Bölmə: Siyasət

                    Düşmən Azərbaycanı Ermənistandakı bu nöqtələrdən vurur


“Ermənistanın son hücumları kütləvi insan fəlakətinə səbəb ola biləcək haldır. Eyni zamanda Cenevre Konvensiyasına ziddir. Ermənistan bunu etməklə təxribat yaratmaq və üçüncü tərəfləri məsələyə cəlb etməyə çalışır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz tivitter hesabında yazıb. 
O, paylaşımına infoqrafika da əlavə edib. Həmin xəritə tipli infoqrafikada düşmənin Azərbaycana atdığı raketlərin Ermənistanın öz ərazisindən tuşlandığı göstərilir.
Ermənilər müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil edib. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə, Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur. 
Qeyd edək ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də tvitterdə sözügedən paylaşımı retvit edib. 
Xatırladaq ki, H. Hacıyev ötən gün keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi. 




Baxış sayı: 469


Bölməyə aid digər xəbərlər