22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
XİN rəhbəri ilə İqor Popov arasında telefon danışığı oldu
Tarix: 04-10-2020 20:44 | Bölmə: Siyasət

                 XİN rəhbəri ilə İqor Popov arasında telefon danışığı oldu


Oktyabrın 4-də Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov, rusiyalı həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verib.
Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Rusiyalı həmsədrə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olduğu və 111 nəfər isə yaralandığı barədə məlumat verilib.
Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güddüyü İqor Popovun diqqətinə çatdırılıb. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasının bir daha bariz nümunəsi olduğunu vurğulayıb.
İqor Popov, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə etdi və atəşkəsə əməletmənin əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.



Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər