Bütün xəbərlər
Ayasofyada Elçibəyin xatirəsi yad edilib
Tarix: 22-08-2020 12:17 | Bölmə: Siyasət

                 Ayasofyada Elçibəyin xatirəsi yad edilib

İstanbulda Ayasofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub. 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.
Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.
Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.
O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.
Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.



Baxış sayı: 469


Bölməyə aid digər xəbərlər