Bütün xəbərlər
Siyavuş Novruzov toya getməsindən danışdı
Tarix: 21-08-2020 17:07 | Bölmə: Siyasət

                  Siyavuş Novruzov toya getməsindən danışdı


Deputat Siyavuş Novruzov həyat yoldaşı Ombudsman Səbinə Əliyeva ilə birgə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki,  S. Novruzov Yenisabah.az-a açıqlamasında bildirib ki, toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib:
"Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. Hər bir masanın arasında 3-4 metr məsafə var idi. Toyda iştirak eləmişəm, düz eləmişəm.
 Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər". 

              



Baxış sayı: 573


Bölməyə aid digər xəbərlər