Bütün xəbərlər
“Livana kömək təklif edəcəyik” - Merkel
Tarix: 05-08-2020 02:49 | Bölmə: Siyasət

                  “Livana kömək təklif edəcəyik”


AFR hökuməti Beyrut limanında baş vermiş partlayış barədə xəbərlərdən sarsılıb, Livana öz yardımını təklif edəcək.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel bildirib. Onun sözlərini AFR Nazirlər Kabinetinin nümayəndəsi Uilrike Demmer tvitterdə yazıb:
“AFR hökuməti xəbərlər və kadrlardan sarsılıb. Zərər çəkənlərə tezliklə sağalmağı arzulayırıq. Livana köməyimizi təklif edəcəyik”, - Merkel deyib.
Daha əvvəl Almaniya XİN-i bildirmişdi ki, partlayış nəticəsində AFR-in Beyrutdakı Səfirliyinin əməkdaşları da partlayışdan zərər çəkib. İndi Berlin Almaniya hökumətinin Livana konkret hansı yardımı təklif edə biləcəyi məsələsini öyrənir.


Baxış sayı: 416


Bölməyə aid digər xəbərlər