14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Deputat: Parlamentdə innovativ və modern idarəetmə çağırışlarına cavab verən gənclərə ehtiyac duyulur
Tarix: 06-12-2019 14:05 | Bölmə: Siyasət

                         

Azərbaycanda gəncləşdirmə siyasəti aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kadr və struktur islahatları da çevik, dinamik idarəetmənin daha da təkmilləşdirilməsinə hesablanıb. Bu baxımdan, Milli Məclisin də yürüdülən siyasətlə ayaqlaşması vacib şərtlərdəndir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sona Əliyeva deyib.
Millət vəkili bildirib ki, qanunverici orqan olan Milli Məclisdə də gəncləşdirmə siyasətinə ehtiyac var:
"Cənab Prezidentin dediyi kimi, gəncləşdirmə və dinamizm təcrübə ilə vəhdət təşkil etməlidir. Hazırda parlamentdə innovativ və modern idarəetmə çağırışlarına cavab verən gənclərə müəyyən mənada ehtiyac duyulur. Təbii ki, xalqla, seçicilərlə mütəmadi təmasda olmaq, problemlərin dinlənilməsi, qaldırılan məsələlərin bir çox hallarda yerində həlli əsas şərtlərdəndir. Bu mənada, Milli Məclisin tərkibinin fəal, dinamik və təcrübəli kadrlardan təşkili vacib şərtlərdən birinə çevrilib".
Deputat vurğulayıb ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv həyata keçirilməsini, daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zəruri edir:
"Azərbaycada bütün sahələrdə reallaşdırılan, o cümlədən struktur və kadr islahatları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Hesab edirəm ki, bu baxımdan, parlamentdə də islahatların həyata keçirilməsi və qanunverici orqanın yenilənməsi bu islahatların məntiqi davamı ola bilər".
Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.



Baxış sayı: 501


Bölməyə aid digər xəbərlər