19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
“ÇİRKLİ ƏLLƏR XƏSTƏLİYİ” – ŞİGELLOZDAN NECƏ QORUNMAQ OLAR?
Tarix: 08-10-2018 16:38 | Bölmə: Reportaj
Müasir zamanda törədicinin adına görə adlanan şigelloz dahi Hippokratın dövründən yaxınlara kimi dizenteriya (bağırsaq pozğunluğu) ilə məşhur olmuşdur. Bu xəstəlik xalq arasında “qanlı ishal” və ya “qırmızı ishal”, ya da “qanlı-irinli ishal”, həmçinin “çirkli əllərin” və ya “yuyulmamış əllər xəstəliyi” adı ilə də tanınır. Hər zamanın öz sevimli, bədii obrazla ifadə etsək, “məcnunu olduğu” xəstəliyi var. Əlbəttə ki, bu bütün fəsillərdə rast gələn, lakin yüksək xəstələnmə səviyyəsi yay-payız olan, bağırsaq infeksiyaları qrupunda aparıcı yer tutan, diareya xəstəliklərinin ən geniş yayılmış, ağır formalarına aid olan, tibbi-sosial əhəmiyyətli şigellozdur. İnfeksiyadan qorunmaq barəsində qaydalara görə şigelloz “xəbərdarlığın aid edildiyi” xəstəlik sayılır. Şigelloz insandan-insana asanlıqla yoluxan diareyalardan biri sayılır, yəni olduqca yoluxucudur, digərləri ilə müqayisədə infeksiyanın baş verməsi üçün törədicinin hətta cüzi miqdarı kifayətdir, uzağa gedən epidemiya inkişaf edə bilər, ona görə də ciddi nəzarət tədbirləri görülməlidir. Şigelloz səyyah diareyalarına səbəb olur, ən çox inkişaf etməkdə olan ölkələrə səyahət edənlərdə rast gəlir. Səhvlərdən çəkinmək üçün bu bəndi yazıram. Səyahətləri sevirsinizmi? Bəzən sizin həyatınızda hər şey rəvan gedir, xoşagəlməz şeylər kənara çəkilir, səyahətlər isə parlaq, qayğısızdır, ən ümdəsi isə təhlükə hissini itirirsən. Bu zaman parlaq təəssüratların və emosiyaların “narkomanı”, həvəskarı olursan: yeni ölkə, yeni qida, ətrafında yeni insanlar.Yaddan çıxarırsan ki, hər bütün yeniliklərə ehtiyatla yanaşmaq vacibdir, asta-asta sınanılmalıdır, əks halda “başınla girdaba atılarsan”. Çünki ehtiyatlı olun – şigelloz! Şigelloz ağır formalarda bütün xəstələnənlərin 70 %-ni təşkil edən uşaqlar üçün onları ölümə qədər aparacaq qədər təhlükəlidir. Məhz 1-7 yaşlar ətraf dünyanın aktiv öyrənilməsi dövrüdür, o cümlədən dadın-tamın da. Belə ki, uşaq nə gəldi ağzına qoyur, necə deyərlər, “uşaqlar balacalıqdan dünyanı ağızları ilə kəşf edirlər”. Mövzuya dair lətifə də var: “Qızcığaz, sən nə yeyirsən? – bilmirəm, onun özü sürünə- sürünə gəld”. Şigellaların yayılmasında müəyyən rolu milçəyin bədənində 10 mln mikrob yerləşir. Yeməyə qonan milçək “bir oturuma” 30 min dizenteriya bakteriyalarını ifraz edə bilər! “Milçək mürəbbəyə qondusa, bax bu artıq şigellozdur!” Bu yerdə “Allah bu dünya üçün 2 lazımsız şey yaratdı: milçəklər və ermənilər” kimi deyim necə özünə kök salmasın?! Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə şiqellozun qlobal ağırlığı ildə 165 mln xəstələnmə hadisəsi ilə qiymətləndirilir. İnkişaf etməkdə olan ölkələrin payına xəstələnmənin əksər hissəsi, yəni onların 163 mln-nu düşür. Hər il bu ölkələrdə 1 mln-dan artıq insan bu infeksiyadan ölümə qucaq açır. Bununla belə, “Aysberq” fenomeni şigellozda daha da ifadəlidir. Şigelloz hələ də inkişaf etməkdədir və böhranın olduğu ölkələrdə aşağı gigiyenik səviyyə səbəbindən tügyan edir və siz onun ciddi xəstəlik oldugunu və “səyyah diareyasını” törədə bilməsini inkişaf etməkdə olan ölkələrə səyahət edəndə başa düşəcəksiniz. Buna görə də saglam beynəlxalq səyahətlər haqqında daha çox tanış olun! İnkişaf etməkdə olan ölkələrdə şigelloz o qədər geniş vüsət alıb ki, alman mənbələri qeyd edir: “Almaniyada şigelloz çox azdır, olsa belə, bu o deməkdir ki, olanlar inkişaf etməkdə olan ölkələrdə olublar”. Haşiyədən kənar: Bu yerdə qoy almanlar çox da qürrələnməsinlər! Çünki şigelloza çox oxşar olan, daha çox iqtisadi cəhətdən inkişaf etmiş iri şəhərlərdə rast gələn, bir növ “kəndli“ xəstəliyi deyil, tamamilə “sivilizasiyanın” xəstəliyi sayılan salmonellozun da obyekti yarımac Genuya yeniyetməsindən daha çox, ərköyün Alman byürgeridir – şəhərlisidir! Üstəlik, təhrif edilmış seksual kontaktlar, xüsusən kişi homoseksualistlər arasında, məhz daha çox inkişaf etməkdə olan ölkələrdə, xüsusən ABŞ-da baş verir (həkim olsam da, sonuncunu, yazmaq mənə çox ağır oldu, çünki “utancverici” ötürülmə yolundan söhbət gedir). Maraq doğuran məqam odur ki, hazıra kimi şiqelloza dair peyvənd mövcud deyil. “Welcome Trust Sanger” İnstitutundan Dr. Keti Beyker peyvənd əldə edilməməsinin səbəbini açıqlayır: “Hələ də şigelloza qarşı lisenziyalı peyvənd yoxdur və bunun üçün səylər davam edir. Əvvəla, şigella üçün uyğun heyvan tapılmır. Biz bu xəstəliyi istənilən heyvanlarda yarada bilmirik və bu peyvəndi yoxlamaq üçün isə bizə könüllü insan lazımdır, bu da çox qəliz məsələdir”. Dr. Beyker “1915-ci ildə Fransada şigellozdan ölmüş Ernest Keybl adlı əsgər üzərində alimlərin apardıqları tədqiqat nəticələrinin bu xəstəliklə mübarizəyə yardım edəcəyinə ümid verdiyini və 103 il öncə əsgərdən götürülən qan nümunəsinin İngiltərədə tibbi nümunələr laboratoriyasında saxlanılması mikrobioloqun uzaqgörənliyindən xəbər verir”- deyə bildirir. Bu yerdə qeyd edim ki, mən sənətimin fədaisiyəm, volanter ola bilərəm, təki, yoxsul ölkələrin insanları üçün vaksina hazırlansın! Şigellaları udaraq xəstəliyə yoluxa bilərsiniz. Ola bilsin ki, yoluxmuş nəsə içmisiniz və ya yemisiniz. Xəstələnmək üçün yetər ki, bir zərrə bu bakteriyaları udasan. Bir neçə gün sonra qəflətən qarını aşağı hissəsində güclü qıcolma ağrıları hiss edəcəksiniz. Bu zaman sizdə gündə 10-30 dəfəyədək və ola bilsin daha çox, sayının belə hesablanmasının çətin olacağı qədər, hamam otağına getmək istəyi baş qaldırsın və bu, əsla sizə yüngüllük gətirməyəcək. Bu artıq şigellozdur! Bütövlükdə, insanların heç bir qrupu şiqelloza qarşı immunitetə malik deyil! Məhz buna görə də “xəstəliyin qabağını almaq daha asandır, nəinki onu müalicə etmək” kimi təbabətin qızıl qaydasına daha ciddi əməl edilməlidir! Müəllifdən Şigelloz – şigellalar tərəfindan törədilən, fekal-oral yoluxma mexanizmə malik olan, yoğun bağırsağın, əsasən onun distal hissəsinin zədələnmə üstünlüyü ilə keçən, intoksikasiya və kolitik sindromla səciyyələnən, antroponoz mənşəli kəskin bağırsaq infeksiyasıdır. Şigellaların 4 növü var: 1) Sh. dyzenteriya I (Qriqorev-Şiqa və s.), 2) Sh. fleksneri, 3) Sh. boydi, 4) Sh. sonnei. Qriqorev-Şiqa növü güclü neyrotoksin hasil etməklə xəstəliyin ən agır formalarını, Sh. Sonne isə “yay diareyasını” törədir. Şiqellaların növləri olduqca kontagiozdur, belə ki, minimal dozada (10-200 mikrob) daxilə qəbul edildikdən sonra klinik əlamətlər biruzə verir. Xarici mühitdə yüksək dərəcədə yaşamaları ilə fərqlənir. Xəstə insan yeganə infeksiya mənbəyidir. Yoluxma yolları: alimentar, su, məişət-təmas və seksual kontakt. Xəstəlik insandan insana adətən bilavasitə kontakt yolu ilə (əlləri sıxanda) ötürülür. Yoluxma faktorları: əsasən ərzaq məhsulları, su, əllər, məişət əşyaları və torpaqdır. Belə ki, yoluxmuş suyu və onunla yuyulmuş meyvə-tərəvəzləri, həmçinin kifayət qədər termiki emaldan keçməmiş məhsulları istifadə etməklə xəstələnmək olar. Ən təhlükəli məhsullar balıq, ət və ya süd məhsulları sayılır. Qarpız mövsümü hər il xəstələnmənin yüksəlişi ilə fərqlənir. Şigelloz çox yoluxucu xəstəlikdir, hər yerdə, lakin ən çox sanitar-gigiyenik həyat şəraiti qeyri-qənaətbaxş inkişaf etməkdə olan, isti iqlimli ölkələrdə qeydə alınır və daha çox ölümcüldür ki, bu da xəstəliyin yayılma səbəbləridir. Kiçik uşaqlar və yaşlı şəxslər (ən çox ölüm riskinə məruz qalanlar), kişi homoseksualistləri və İİV-li xəstələr yüksək risk qrupudur. Əksər hallarda 7 yaşa qədər uşaqlar xəstələnir.Yeni dogulmuşlar şigellozla xəstələnmirlər, bu südlə əmizdirmənin qoruyucu təsiri ilə izah olunur. Infeksiyanın giriş qapısı həzm traktıdır. Şigellalar əsasən yoğun bağırsagı zədələyərək şigelloz üçün tipik olan kolit sindromunun inkişafına səbəb olur. Bu da klinik olaraq özünü qarında spastik agrılarla göstərir. Spazm nəticəsində az miqdarda, iltihabi eksudatdan ibarət nəcis xaric olur. Çənbər bagırsaq əzələlərinin spastik qıcolması qarında sancışəkilli ağrı, “S”-ə bənzər” və düz bağırsaq əzələlərinin qıcolma yıgılmaları isə uyğun olaraq yalançı defekasiya və tenezm əmələ gətirir. Gizli dövr orta hesabla 2-3 gündür. Xəstəliyin 3 klinik forması mövcuddur: 1) Kəskin şigelloz: kolit, qastroenterokolit, qastroenterit; 2) Xroniki şiqelloz: residivlərlə gedən, fasiləsiz gediş; 3) Bakteriyaifrazetmə. Gedişinin ağırlığına görə: yüngül, orta ağır, ağır. Şigellozun tipik forması kolitik variant sayılır. Xəstəlik intoksikasiya əlamətləri ilə kəskin başlayır: üşütmə, hərarətin yüksəlməsi, ümumi əzginlik, baş ağrısı, baş gicəllənməsi və iştahanın azalması. 2-3 saat sonra kolit sindromu başlayır: əsasən sol qalça çuxurunda sancışəkilli ağrı, defekasiyaya yalançı çağırış və onun sona yetməməsi hissiyatı, düz bağırsaq nahiyəsində əzabverici ağrı–“tenezm”, nəcis ifrazının az miqdarlı, tez-tez–“saysız-hesabsız defekasiya”, əvvəlcə bolluca, duru, qanlı-selikli nəcis xarakterli olması və sonra isə onun sayı çoxaldıqca nəcisin öz xarakterini itirməsi, onun yalnız selik, qan və irindən ibarət olması¬–“rektal tüpürcək”, bəzən ət suyunu xatırlatması, xəstəyə yüngüllük gətirməməsi, palpasiyada yoğun bağırsaq boyunca spazm və kəskin ağrı. Xəstəlik 3 aydan artıq davam edərsə, bu xroniki şigelloz kimi qiymətləndirilir. Ağırlaşmalara aiddir: infeksion-toksiki şok, dehidratasiya şoku, hemolitik-uremik sindrom, böyrək çatışmazlıgı, düz bağırsağın düşməsi, reaktiv artrit (“at sindromu”), Röyter sindomu və s. Proqnoz bütövlükdə əlverişlidir. Qriqorev-Şiqa şiğellozu yüksək letallığı ilə isə ciddidir. Şigellozu necə müəyyən etmək olar? Diaqnoz xəstəliyin xarakter klnik mənzərə, epid. anamnez və laborator-instrumental müayinələr əsasında qoyulur: bakterioloji, seroloji, dəri-allergik sınaq, rektoromanoskopiya, koprositoqramma. Şigellozun müalicə prinsipi onun kompleksliyidir: müalicə-qoruyucu rejim, pəhriz, etiotrop və patogenetik terapiya, vitamin kompleksi, dəstəkləyici, immuntənzimləyici.Yüngül formalı xəstələrə antibiotiklərin təyini vacib deyil, əsasən dəstəkləyici müalicə kifayət edir. Antibiotiklər, xüsusən ftorxinolonlar, aminoqlükozidlər, sefalosporinlər ağır və yüksək risk qruplu xəstələrə göstərişdir. Antidiareya vasitələrdən uzaq olmaq vacibdir, çünki onlar orqanizmdən bakteriyaların sekresiyasını ləngitməklə xəstənin vəziyyətini agırlaşdırırlar. Spazmolitiklər, yerli müalicə, poliferment vasitələr, büzüşdürücü, bürüyücü, antiseptik vasitələr təyin edilir. Şigellozdan necə qorunmaq olar? Profilaktik tədbirlərə aiddir: müalcə-profilaktik, sanitar-gigiyenik və epidemiya əleyhinə. USM xatırladır: 1. İnfeksiyanın etibarlı və təhlükəsiz olaraq qabağını daha asan almaq olar, nəinki onunla qızğın vaxtda və acı nəticələri ilə mübarizə aparmaq; 2. Sanitar-gigenik vərdişlərinə riayət etməklə şiqellozla yoluxma riskini azaltmaq olar; 3. “Sağlam qida xəstəliklərin yaxşı pofilaktikasıdır”, meyvə və tərəvəzi diqqətlə yuyun; 4. Hər zaman və xüsusən səyahət zamanı yalnız keyfiyyətli su için; 5. Şigellozlu körpələrə, uşaqlara və böyüklərə 24 saat müddətində diareya kəsilməyincə çimmək qadağandır! Beləlikə, “çirkli əllər” xəstəliyindən asanlıqla qurtulmaq olar, əgər elementar şəxsi gigiyena qaydalarıına riayət etsəniz! Sağlam olun!
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru,
yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Qüdrət qızı Orucova
Baxış sayı: 1 226
Bölməyə aid digər xəbərlər
Tarix: 08-10-2018 16:38 | Bölmə: Reportaj
Müasir zamanda törədicinin adına görə adlanan şigelloz dahi Hippokratın dövründən yaxınlara kimi dizenteriya (bağırsaq pozğunluğu) ilə məşhur olmuşdur. Bu xəstəlik xalq arasında “qanlı ishal” və ya “qırmızı ishal”, ya da “qanlı-irinli ishal”, həmçinin “çirkli əllərin” və ya “yuyulmamış əllər xəstəliyi” adı ilə də tanınır. Hər zamanın öz sevimli, bədii obrazla ifadə etsək, “məcnunu olduğu” xəstəliyi var. Əlbəttə ki, bu bütün fəsillərdə rast gələn, lakin yüksək xəstələnmə səviyyəsi yay-payız olan, bağırsaq infeksiyaları qrupunda aparıcı yer tutan, diareya xəstəliklərinin ən geniş yayılmış, ağır formalarına aid olan, tibbi-sosial əhəmiyyətli şigellozdur. İnfeksiyadan qorunmaq barəsində qaydalara görə şigelloz “xəbərdarlığın aid edildiyi” xəstəlik sayılır. Şigelloz insandan-insana asanlıqla yoluxan diareyalardan biri sayılır, yəni olduqca yoluxucudur, digərləri ilə müqayisədə infeksiyanın baş verməsi üçün törədicinin hətta cüzi miqdarı kifayətdir, uzağa gedən epidemiya inkişaf edə bilər, ona görə də ciddi nəzarət tədbirləri görülməlidir. Şigelloz səyyah diareyalarına səbəb olur, ən çox inkişaf etməkdə olan ölkələrə səyahət edənlərdə rast gəlir. Səhvlərdən çəkinmək üçün bu bəndi yazıram. Səyahətləri sevirsinizmi? Bəzən sizin həyatınızda hər şey rəvan gedir, xoşagəlməz şeylər kənara çəkilir, səyahətlər isə parlaq, qayğısızdır, ən ümdəsi isə təhlükə hissini itirirsən. Bu zaman parlaq təəssüratların və emosiyaların “narkomanı”, həvəskarı olursan: yeni ölkə, yeni qida, ətrafında yeni insanlar.Yaddan çıxarırsan ki, hər bütün yeniliklərə ehtiyatla yanaşmaq vacibdir, asta-asta sınanılmalıdır, əks halda “başınla girdaba atılarsan”. Çünki ehtiyatlı olun – şigelloz! Şigelloz ağır formalarda bütün xəstələnənlərin 70 %-ni təşkil edən uşaqlar üçün onları ölümə qədər aparacaq qədər təhlükəlidir. Məhz 1-7 yaşlar ətraf dünyanın aktiv öyrənilməsi dövrüdür, o cümlədən dadın-tamın da. Belə ki, uşaq nə gəldi ağzına qoyur, necə deyərlər, “uşaqlar balacalıqdan dünyanı ağızları ilə kəşf edirlər”. Mövzuya dair lətifə də var: “Qızcığaz, sən nə yeyirsən? – bilmirəm, onun özü sürünə- sürünə gəld”. Şigellaların yayılmasında müəyyən rolu milçəyin bədənində 10 mln mikrob yerləşir. Yeməyə qonan milçək “bir oturuma” 30 min dizenteriya bakteriyalarını ifraz edə bilər! “Milçək mürəbbəyə qondusa, bax bu artıq şigellozdur!” Bu yerdə “Allah bu dünya üçün 2 lazımsız şey yaratdı: milçəklər və ermənilər” kimi deyim necə özünə kök salmasın?! Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə şiqellozun qlobal ağırlığı ildə 165 mln xəstələnmə hadisəsi ilə qiymətləndirilir. İnkişaf etməkdə olan ölkələrin payına xəstələnmənin əksər hissəsi, yəni onların 163 mln-nu düşür. Hər il bu ölkələrdə 1 mln-dan artıq insan bu infeksiyadan ölümə qucaq açır. Bununla belə, “Aysberq” fenomeni şigellozda daha da ifadəlidir. Şigelloz hələ də inkişaf etməkdədir və böhranın olduğu ölkələrdə aşağı gigiyenik səviyyə səbəbindən tügyan edir və siz onun ciddi xəstəlik oldugunu və “səyyah diareyasını” törədə bilməsini inkişaf etməkdə olan ölkələrə səyahət edəndə başa düşəcəksiniz. Buna görə də saglam beynəlxalq səyahətlər haqqında daha çox tanış olun! İnkişaf etməkdə olan ölkələrdə şigelloz o qədər geniş vüsət alıb ki, alman mənbələri qeyd edir: “Almaniyada şigelloz çox azdır, olsa belə, bu o deməkdir ki, olanlar inkişaf etməkdə olan ölkələrdə olublar”. Haşiyədən kənar: Bu yerdə qoy almanlar çox da qürrələnməsinlər! Çünki şigelloza çox oxşar olan, daha çox iqtisadi cəhətdən inkişaf etmiş iri şəhərlərdə rast gələn, bir növ “kəndli“ xəstəliyi deyil, tamamilə “sivilizasiyanın” xəstəliyi sayılan salmonellozun da obyekti yarımac Genuya yeniyetməsindən daha çox, ərköyün Alman byürgeridir – şəhərlisidir! Üstəlik, təhrif edilmış seksual kontaktlar, xüsusən kişi homoseksualistlər arasında, məhz daha çox inkişaf etməkdə olan ölkələrdə, xüsusən ABŞ-da baş verir (həkim olsam da, sonuncunu, yazmaq mənə çox ağır oldu, çünki “utancverici” ötürülmə yolundan söhbət gedir). Maraq doğuran məqam odur ki, hazıra kimi şiqelloza dair peyvənd mövcud deyil. “Welcome Trust Sanger” İnstitutundan Dr. Keti Beyker peyvənd əldə edilməməsinin səbəbini açıqlayır: “Hələ də şigelloza qarşı lisenziyalı peyvənd yoxdur və bunun üçün səylər davam edir. Əvvəla, şigella üçün uyğun heyvan tapılmır. Biz bu xəstəliyi istənilən heyvanlarda yarada bilmirik və bu peyvəndi yoxlamaq üçün isə bizə könüllü insan lazımdır, bu da çox qəliz məsələdir”. Dr. Beyker “1915-ci ildə Fransada şigellozdan ölmüş Ernest Keybl adlı əsgər üzərində alimlərin apardıqları tədqiqat nəticələrinin bu xəstəliklə mübarizəyə yardım edəcəyinə ümid verdiyini və 103 il öncə əsgərdən götürülən qan nümunəsinin İngiltərədə tibbi nümunələr laboratoriyasında saxlanılması mikrobioloqun uzaqgörənliyindən xəbər verir”- deyə bildirir. Bu yerdə qeyd edim ki, mən sənətimin fədaisiyəm, volanter ola bilərəm, təki, yoxsul ölkələrin insanları üçün vaksina hazırlansın! Şigellaları udaraq xəstəliyə yoluxa bilərsiniz. Ola bilsin ki, yoluxmuş nəsə içmisiniz və ya yemisiniz. Xəstələnmək üçün yetər ki, bir zərrə bu bakteriyaları udasan. Bir neçə gün sonra qəflətən qarını aşağı hissəsində güclü qıcolma ağrıları hiss edəcəksiniz. Bu zaman sizdə gündə 10-30 dəfəyədək və ola bilsin daha çox, sayının belə hesablanmasının çətin olacağı qədər, hamam otağına getmək istəyi baş qaldırsın və bu, əsla sizə yüngüllük gətirməyəcək. Bu artıq şigellozdur! Bütövlükdə, insanların heç bir qrupu şiqelloza qarşı immunitetə malik deyil! Məhz buna görə də “xəstəliyin qabağını almaq daha asandır, nəinki onu müalicə etmək” kimi təbabətin qızıl qaydasına daha ciddi əməl edilməlidir! Müəllifdən Şigelloz – şigellalar tərəfindan törədilən, fekal-oral yoluxma mexanizmə malik olan, yoğun bağırsağın, əsasən onun distal hissəsinin zədələnmə üstünlüyü ilə keçən, intoksikasiya və kolitik sindromla səciyyələnən, antroponoz mənşəli kəskin bağırsaq infeksiyasıdır. Şigellaların 4 növü var: 1) Sh. dyzenteriya I (Qriqorev-Şiqa və s.), 2) Sh. fleksneri, 3) Sh. boydi, 4) Sh. sonnei. Qriqorev-Şiqa növü güclü neyrotoksin hasil etməklə xəstəliyin ən agır formalarını, Sh. Sonne isə “yay diareyasını” törədir. Şiqellaların növləri olduqca kontagiozdur, belə ki, minimal dozada (10-200 mikrob) daxilə qəbul edildikdən sonra klinik əlamətlər biruzə verir. Xarici mühitdə yüksək dərəcədə yaşamaları ilə fərqlənir. Xəstə insan yeganə infeksiya mənbəyidir. Yoluxma yolları: alimentar, su, məişət-təmas və seksual kontakt. Xəstəlik insandan insana adətən bilavasitə kontakt yolu ilə (əlləri sıxanda) ötürülür. Yoluxma faktorları: əsasən ərzaq məhsulları, su, əllər, məişət əşyaları və torpaqdır. Belə ki, yoluxmuş suyu və onunla yuyulmuş meyvə-tərəvəzləri, həmçinin kifayət qədər termiki emaldan keçməmiş məhsulları istifadə etməklə xəstələnmək olar. Ən təhlükəli məhsullar balıq, ət və ya süd məhsulları sayılır. Qarpız mövsümü hər il xəstələnmənin yüksəlişi ilə fərqlənir. Şigelloz çox yoluxucu xəstəlikdir, hər yerdə, lakin ən çox sanitar-gigiyenik həyat şəraiti qeyri-qənaətbaxş inkişaf etməkdə olan, isti iqlimli ölkələrdə qeydə alınır və daha çox ölümcüldür ki, bu da xəstəliyin yayılma səbəbləridir. Kiçik uşaqlar və yaşlı şəxslər (ən çox ölüm riskinə məruz qalanlar), kişi homoseksualistləri və İİV-li xəstələr yüksək risk qrupudur. Əksər hallarda 7 yaşa qədər uşaqlar xəstələnir.Yeni dogulmuşlar şigellozla xəstələnmirlər, bu südlə əmizdirmənin qoruyucu təsiri ilə izah olunur. Infeksiyanın giriş qapısı həzm traktıdır. Şigellalar əsasən yoğun bağırsagı zədələyərək şigelloz üçün tipik olan kolit sindromunun inkişafına səbəb olur. Bu da klinik olaraq özünü qarında spastik agrılarla göstərir. Spazm nəticəsində az miqdarda, iltihabi eksudatdan ibarət nəcis xaric olur. Çənbər bagırsaq əzələlərinin spastik qıcolması qarında sancışəkilli ağrı, “S”-ə bənzər” və düz bağırsaq əzələlərinin qıcolma yıgılmaları isə uyğun olaraq yalançı defekasiya və tenezm əmələ gətirir. Gizli dövr orta hesabla 2-3 gündür. Xəstəliyin 3 klinik forması mövcuddur: 1) Kəskin şigelloz: kolit, qastroenterokolit, qastroenterit; 2) Xroniki şiqelloz: residivlərlə gedən, fasiləsiz gediş; 3) Bakteriyaifrazetmə. Gedişinin ağırlığına görə: yüngül, orta ağır, ağır. Şigellozun tipik forması kolitik variant sayılır. Xəstəlik intoksikasiya əlamətləri ilə kəskin başlayır: üşütmə, hərarətin yüksəlməsi, ümumi əzginlik, baş ağrısı, baş gicəllənməsi və iştahanın azalması. 2-3 saat sonra kolit sindromu başlayır: əsasən sol qalça çuxurunda sancışəkilli ağrı, defekasiyaya yalançı çağırış və onun sona yetməməsi hissiyatı, düz bağırsaq nahiyəsində əzabverici ağrı–“tenezm”, nəcis ifrazının az miqdarlı, tez-tez–“saysız-hesabsız defekasiya”, əvvəlcə bolluca, duru, qanlı-selikli nəcis xarakterli olması və sonra isə onun sayı çoxaldıqca nəcisin öz xarakterini itirməsi, onun yalnız selik, qan və irindən ibarət olması¬–“rektal tüpürcək”, bəzən ət suyunu xatırlatması, xəstəyə yüngüllük gətirməməsi, palpasiyada yoğun bağırsaq boyunca spazm və kəskin ağrı. Xəstəlik 3 aydan artıq davam edərsə, bu xroniki şigelloz kimi qiymətləndirilir. Ağırlaşmalara aiddir: infeksion-toksiki şok, dehidratasiya şoku, hemolitik-uremik sindrom, böyrək çatışmazlıgı, düz bağırsağın düşməsi, reaktiv artrit (“at sindromu”), Röyter sindomu və s. Proqnoz bütövlükdə əlverişlidir. Qriqorev-Şiqa şiğellozu yüksək letallığı ilə isə ciddidir. Şigellozu necə müəyyən etmək olar? Diaqnoz xəstəliyin xarakter klnik mənzərə, epid. anamnez və laborator-instrumental müayinələr əsasında qoyulur: bakterioloji, seroloji, dəri-allergik sınaq, rektoromanoskopiya, koprositoqramma. Şigellozun müalicə prinsipi onun kompleksliyidir: müalicə-qoruyucu rejim, pəhriz, etiotrop və patogenetik terapiya, vitamin kompleksi, dəstəkləyici, immuntənzimləyici.Yüngül formalı xəstələrə antibiotiklərin təyini vacib deyil, əsasən dəstəkləyici müalicə kifayət edir. Antibiotiklər, xüsusən ftorxinolonlar, aminoqlükozidlər, sefalosporinlər ağır və yüksək risk qruplu xəstələrə göstərişdir. Antidiareya vasitələrdən uzaq olmaq vacibdir, çünki onlar orqanizmdən bakteriyaların sekresiyasını ləngitməklə xəstənin vəziyyətini agırlaşdırırlar. Spazmolitiklər, yerli müalicə, poliferment vasitələr, büzüşdürücü, bürüyücü, antiseptik vasitələr təyin edilir. Şigellozdan necə qorunmaq olar? Profilaktik tədbirlərə aiddir: müalcə-profilaktik, sanitar-gigiyenik və epidemiya əleyhinə. USM xatırladır: 1. İnfeksiyanın etibarlı və təhlükəsiz olaraq qabağını daha asan almaq olar, nəinki onunla qızğın vaxtda və acı nəticələri ilə mübarizə aparmaq; 2. Sanitar-gigenik vərdişlərinə riayət etməklə şiqellozla yoluxma riskini azaltmaq olar; 3. “Sağlam qida xəstəliklərin yaxşı pofilaktikasıdır”, meyvə və tərəvəzi diqqətlə yuyun; 4. Hər zaman və xüsusən səyahət zamanı yalnız keyfiyyətli su için; 5. Şigellozlu körpələrə, uşaqlara və böyüklərə 24 saat müddətində diareya kəsilməyincə çimmək qadağandır! Beləlikə, “çirkli əllər” xəstəliyindən asanlıqla qurtulmaq olar, əgər elementar şəxsi gigiyena qaydalarıına riayət etsəniz! Sağlam olun! Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru,
yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Qüdrət qızı Orucova
Baxış sayı: 1 226
Bölməyə aid digər xəbərlər
12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR













