16:44 / 15-02-2026
Stansiyada dizel lokomotivi yanıb
16:32 / 15-02-2026
Uşaqlara işgəncə verdiyinə görə məhkəmə qarşısına çıxacaq
16:30 / 15-02-2026
Neft quyusunda baş verən yanğın nəticəsində dörd nəfər xəsarət alıb
16:22 / 15-02-2026
İki yeniyetmənin bir qıza hücumda iştirak etdiyi müəyyən edilib
12:43 / 15-02-2026
Maral öldürən brakonyer həbs edilib
12:35 / 15-02-2026
Kərpicdən tikilmiş evdə baş verən yanğında iki nəfər ölüb
12:31 / 15-02-2026
Yanğın yerində üç nəfərin cəsədi tapılıb
12:27 / 15-02-2026
2200 kvadratmetrlik yanğın söndürülür
12:25 / 15-02-2026
Obama Trampın irqçi meymun videosuna şərh verib
12:05 / 15-02-2026
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
21:11 / 14-02-2026
Zelenski "Flamingo" raket istehsal xəttinin məhv edilməsini etiraf etdi
21:06 / 14-02-2026
Terrorizmə açıq şəkildə haqq qazandırdığına görə cinayət işi açılıb
21:04 / 14-02-2026
"Tanrı Kuzya" rəsmlərini uşaq rəsmləri adlandırdı
21:00 / 14-02-2026
Navalnının qurbağa zəhəri ilə zəhərləndiyi iddiasını saxtakarlıq adlandırıb
20:53 / 14-02-2026
Qar əriyib və iki uşaq dağıntılar altından çıxarılıb
20:50 / 14-02-2026
Zaxarova NATO-nun baş katibi Ruttenin "cəhənnəm təbliğatı"nın qurbanlarına təəssüfləndiyini bildirdi
20:46 / 14-02-2026
Putin: "Rusiya İranın suverenliyini qorumaq səylərini dəstəkləyir"
20:33 / 14-02-2026
Zelenski: "ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edir"
20:25 / 14-02-2026
Yeniyetmələr hərəkətdə olan qatarın qarşısına təkər yığıblar; iş açılıb
20:22 / 14-02-2026
Finlandiya Olimpiya Oyunlarında xizək mumu ilə bağlı Norveç və ABŞ-a qarşı etiraz ərizəsi təqdim edib
20:19 / 14-02-2026
Cənubi Amerikalı idmançı ilk Qış Olimpiya medalını qazandı
20:13 / 14-02-2026
Sandu Rusiyaya kömək etdiklərinə görə MDB ölkələrinə qarşı sanksiyalar tətbiq etməyə çağırdı
20:08 / 14-02-2026
Ermənistanda Katolikos II Qareginə qarşı cinayət işi açılıb
20:00 / 14-02-2026
Starmer fon der Leyen ilə görüşdə Aİ ilə daha geniş inteqrasiya arzuladığını bildirib
19:47 / 14-02-2026
Miqrantlar üçün saxta nikahlar təşkil edənlər məhkum ediliblər
19:37 / 14-02-2026
Prokurorluq liftin çökməsini araşdırır
19:32 / 14-02-2026
Yeniyetmələr sinif yoldaşını hava tapançası ilə vurublar
19:19 / 14-02-2026
Nyu-York şəhəri Anti-Dron Tutma Sistemini yerləşdirməyi planlaşdırır
19:16 / 14-02-2026
Xarici işlər naziri Cayşankar: "Hindistan ABŞ ilə ticarət müqaviləsindən sonra muxtariyyətini itirməyib"
19:11 / 14-02-2026
Əliyev: "Ermənistan konstitusiyasında dəyişiklik edildikdən sonra Bakı Yerevanla sülh müqaviləsi imzalamağa hazırdır"
22:56 / 13-02-2026
Rəqəmsallaşma və innovasiya: "Azərbaycanın dayanıqlı inkişaf konsepsiyası"
22:51 / 13-02-2026
FT: Rubio Münhendə Ukrayna ilə bağlı Avropa liderləri ilə görüşü ləğv etdi
22:45 / 13-02-2026
Zelenski Münhendə son İran şahının oğlu Rza Pəhləvi ilə görüşüb
22:40 / 13-02-2026
Bir yeniyetmə ev dustaqlığına buraxılıb
22:28 / 13-02-2026
Merz: "Həm kişilərin, həm də qadınların məcburi bir illik xidmət keçməsini istəyirik"
22:21 / 13-02-2026
Səfir Cəlali: "ABŞ-ın hücumuna məruz qalacağı təqdirdə İran qonşularına qarşı təcavüzkarlıq etməyə məcbur olacaq"
22:15 / 13-02-2026
Baş nazir Kristersson: "İsveç ordusu rus dilini öyrənir"
"İmtahanlardan kəsirim olurdu, Univerisitetdən qovmaq istəyirdilər" -MÜSAHİBƏ
Tarix: 15-11-2017 09:23 | Bölmə: Müsahibə

“Yuğ” və Sumqayıt Dram Teatrlarının tanınmış, istedadlı aktyoru Oktay Mehdiyev Napaleon, Ağa Məhəmməd şah Qacar kimi tarixi şəxsiyyətlərin obrazını teatrın səhnəsində yüksək səviyyədə canlandırıb. Dəyərli aktyorumuz bu günlərdə isə Sumqayıt Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluş verdiyi “Toy olsun” tamaşasında Cinli Mail rolunu özünəməxsus tərzdə oynayaraq tamaşaçı alqışını qazanıb. Tamaşadan sonra bu sadə, səmimi insanla görüşüb sənəti barədə söhbətləşdik.
-Oktay müəllim, necə oldu ki, sizdə bu sənətə maraq yarandı?
- Bu sənəti nə sevmişəm, nə də vurğunu olmuşam.
Universitetə girməyim də müəmmalı şəkildə oldu.Günlərin bir günü ilk dəfə Sumqayıtdakı 30 nömrəli orta məktəbdə KVN-də iştirak eləmişdim. Mən orda Vəzirovu yamsılamışdım. Bu direktorumuz Nigar xanımın xoşuna gəldi. Bir dəfə də tədbir keçirdilər, Nigar müəllimənin yoldaşı Xəlil kişi və iş yoldaşları yığılıb gəldilər. Onda da Vəzirovu yamsıladım. Zahid müəllim var idi. O bizə kimyadan dərs deyirdi. Mən o vaxt avara uşaq idim. Onun dərsini yaxşı oxumurdum. Mənə deyirdi ki, sənin canında, qanında aktyorluq var. İncəsənətə get. Mən də Rusiyaya qaçıb getmək istəyirdim. Yeznəm Rusiyada yaşayırdı. Ona demişdilər ki, mənimki burda alınmadı, Rusiyaya göndərəcəklər, orda texnikomlardan birinə düzəldər. Fikrimdə ora getmək idi. Təsadüfən İncəsənət Universitetinə sənəd verdim. Bizim nəsildə -Cəlilabad zonasında aktyor yoxdur. Toyda oturmuşdum. Gəlib dedilər ki, İncəsənət Universitetinə girmisən, adımı göstərdilər. Şokda idim. Universiteti də dava-dalaşla qurtardım. Məni rəhmətlik Turabov oxutdurub qurtartdırdı.
-Kimin kursunda oxudunuz?
-Birinci Həsənağa Turabovla, Rafiq Əzimov idi. Sonra Vidadi Həsənov gəldi. Ən çox Vidadi Həsənov dərs keçirdi.
Mən aktyor sənəti ilə ciddi məşğul olandan sonra bilmişəm ki, Turabov kimdir? Mən Universitetdə oxuyanda bilmirdim ki, elə şeylər nədir. Cavan uşaq idim, vaxt keçirmək üçün ora gedirdim. Müharibənin keçid dövrləri idi. Mən pis uşaqlara qoşulmuşdum. O kişi məni Universiteti axıra kimi oxutdurdu. Altı aydan bir-imtahanlardan kəsirim olurdu, Univerisitetdən qovmaq istəyirdilər. Turabov zəng edirdi, tapşırırdı…
Mən ancaq sənət dərsinə girirdim. Tamaşalar hazırlayırdım. O vaxtlar Vidadi müəllimin hazırladığı “Tıq-tıq” xanımda siçanı oynayırdım. Vidadi müəllim deyirdi ki, bu adamın içində var. Sadəcə olaraq həyat tərzi belədir, uşaqdır, düzələcək. Bu adam bizə lazımdır. Vidadi müəllimlə yavaş-yavaş dostlaşdıq. O məni pis əməllərdən çəkindirdi.Pis uşaqlara qoşulmuşdum.
Bir neçə ay getdim, dərslərə girmədim. Bir dəfə sinif nümayəndəmiz Elnur Məmmədov gəlib Turabova dedi ki, müəllim Oktay gəlib. Soruşdu ki,oğul yenə Əzzağadandır kəsirin. Dedim ki, hə. Dekanımız Məmmədşaha zəng elədi, tapşırdı məni. Turabov deyirdi ki, bunun istedadı var. Nazımla oynayırdılar. “ Şah Qacar”da belə bir söz var: Yazılan, yazılıb. Yəqin belə getməliymiş.
Gəlib axıırncı kursda yenə ilişdim. Dil-ədəbiyyat, ya da xarici dili müəlliməsi var idi. Dedi ki, it olub ulayaram sənə qiymət yazmaram.
Bir dəfə Akademik Milli Dram Teatrda Viktor Rozovun “Şadlıq sorağı”tamaşası qoyuldu. Bu diplom tamaşamız oldu. Baş rolu-Oleqi mənə verdilər. Mənim də boyum baslaca, arıq idim, 48 kiloqram çəkim var idi. Vidadi müəllim dedi ki, bu uşaq bu rolu oynayacaq. Mən 18 yaşlı usagı oynamalı idim. Vidadi Həsənov məni tam hazırlaşdırdı. Vidadi müəllim həmin müəlliməyə dedi ki, öz adımdan, eləcə də Turabovun adından xahiş edirəm ki, gəlin Oktayın oynadığı tamaşaya baxın. Ona görə çağırmıram ki, gəlib sonra qiymət yazasınız. Universitetdə məni bəyənməyən nə qədər adam var idisə hamısı gəldi, çox tutarlı tamaşa alındı.
Pərdədən baxıram, görürəm ki, zalda başkəsənlər oturublar. Yalvarırdım onlara ki, mənə qiymət yazın, yazmırdılar. İndi mənim oynadığım tamaşaya baxmağa gəlmişdilər.
Düşünürdüm ki, bir balaca səhv eləsəm görən necə olacaq. Vidadi müəllim gəlib dedi ki, bax bunlar hamısı sənin kiçiyindir. Çıx tamaşanı bax belə oyna, mən cavabdehəm. Tamaşanı oynadım. Elə anlar olurdu ki, yerdən Oleq qışqırırdılar. ..Tamaşa qurtarandan sonra müzakirəyə keçdilər. Dekanımız Məmmədşah müəllim dedi ki, Oqtay bu dörd ildə nə qədər cığallıq eləmisən hamısını keçirəm sənə. Onda mən siqaret çəkirdim. Mənə bir paçka siqarət aldı, iki “şirvan” pul da qoydu cibimə. Hamısı məni təriflədi, dedilər ki, bunda aktyor sənəti var. Əla qiymət aldım. Gəib arxada oturdum. Həmin müəllimə hamını bir-bir çağırdı və yola saldı. Məni də çağırdı. Gəlib düz qarşısında oturdum. Baxdı, baxdı…Dedi ki, kaş həyatda da oynadığın roldakı oğlan kimi olaydın. Zaçotnikini mənə…Qiymətimi yazdı,rol onu nə təhər tutubsa kövrəlmişdi, gözündə işıq var idi.
-Atanızın da deyəsən sizin aktyor olmağınızda böyük rolu olub?
Atam Nüsrət kişi balaban çalan olub, incəsənəti dəhşətli dərəcədə sevirdi. Birinci dəfə Oleq roluna baxmağa gələndə kövrəlmişdi. Avara oğlunun nəyə qadir olduğunu görmüşdü. Hamıya deyirdi ki, mənim oğlumdur. Çıxıb səhnəyə məni bağrına basıb ağlayırdı.
Əsgərlikdən qayıdandan sonra atam Sumqayıt Dram Teatrına gəlib. Orda deyib ki, oğlumun yaxşı tamaşaları var. Amma əsəbidir, ipə-sapa yatan uşaq deyil. O bura gələndə heç nə deməyin. Bişim-bişim eləyin bu teatrda saxlayın. Atam məni gətirib teatra saldı. Atam arada gəlib mənə yemək alırdı, cibimə pul qoyurdu. O vaxtdan başladım orda fəaliyyət göstərməyə. “Həkimlər nobata gedir” də oynadım nəsə göstərə bildim. Sonra Firudin Məhərrəmovun quruluş verdiyi “Danabaş kəndinin əhvalatları”nda Vəliqulunu oynadım. “Bayramın birinci günü” tamaşasında qozbeli oynayacaqdım, yarımçıq qoyub 2003-də Ukraynaya qaçdım. İki il yarım orda yaşadım, orda işlədim. Əsəblərim yerində deyildi. Kişinin vəziyyəti yaxşı deyildi. Pulsuzluq, kasıbçılıq idi… Orda incəsənət adamları tapdım. Mahnılar oxumağa başladım. KVN-lər hazırlayırdım. Sonra evlənməyə gətirdilər. Qayıtmaq alınmdı. Deyirdim ki, bu teatra girməyim, norkamaniyadır, xəstəlikdir. Firudin müəllim nə təhər elədisə yapışıb qaldım. Əli Əmirlinin “Varlı qadın” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Qara obrazını oynadım. “Qatil”də gənc oğlanı oynadım.
Yuğ Teatrının rejissoru Tural “Şah Qacar”ı tamaşaya qoydu. O vaxt Vaqif İbrahimoğlu o tamaşanı hazırlayırdı. Turabov oynamlı idi. Gəldi Sumqayıtda mən, Valeh Kərimov, Məzahir Süleymanov oynadıq. Mən Qacarın cavanlığını oynadım. Vaqif İbrahimoğlu gəlib tamaşaya baxdı. O “bax bu aktyoru mən kəşf elədim” belə bir söz işlətdi. Prinsipal adamam, hər işə başlayanda elə bil heç nə bilmirəm, təzdən özümü qurmaq istəyirəm. İkinci zərbədən qorxuram. Yarışda bu dəfə uddum, o biri dəfə uduzmağı xoşlamıram. Sevdiyim idmançılar var ki, onlar uduzanda ağlamışam. Həmişə qalib olanların heç uduzmağını sevmirəm. Sevdiyim idmançılar futbolda Messi, Maradona, qaydasız döyüşdə Yemelyanenko olub. Onlarin zəifləməsini heş vaxt görmək istəməmişəm.
-Yuğ Teatrına düzəlməyiniz necə oldu?
Sumqayıtdakı tamaşadan sonra Vaiqf müəllim məni qucaqladı, qulağıma dedi ki, şəklini də götürüb Bakıya-yanıma gələrsən. Elə oldu ki, teatrda dava edib çıxdım…Bir də gördüm telefonuma sms gəldi. Dedilər ki, Vaqif müəllim səni teatrda gözləyir. Ora getdim.Məni həmin gün ştata götürdü. Çexovun eyni adlı əsəri əsasında hazırlanmış Albalı bağı”ında Lapaxini işlədim. Gümrah müəllimin hazırladığı “Qəbirqazma üsulu”nda gənc oğlanı,Orxan Fikrətoğlunun “İtki” əsəri əsasında hazırlanmış “Fəna” tamaşasında oynadım.
Sonra Akademik Milli Dram Teatrdan Elnur müəllim zəng elədi. Dedi ki, Ferdinat Bruknerin “Napaleon” əsəri əsasında hazırlamış eyniadlı tamaşada səni baş rola təklif ediblər, yoxlamaq istəyirlər. Rejissor Namiq Ağayev idi. Yeddi-səkkiz ay tamaşanı hazırladıq. “Şah və şair”də, “Nadir şah”da Moğul şahını oynadım.
-Vaqif İbrahimoğlu sizi kəşf etdi, o, yaddaşınızda necə qalıb?
Vaqif müəllimlə 3-4 il işlədik. O, xəstəlik tapdı. O, əsil müəllim, şəxsiyyət, mənim üçün dahi idi. O məni ayıltdı. Dedi ki, sənə heç nə öyrətməyəcəyəm, sərhədimin yanındasan. Sadəcə o sərhədi sənin üçün götürəcəyəm, rahat gəzəsən. O dedi ki, sənin ruhunda bu hikmətlər var. Çox böyük adam idi. Demək olar ki. O məni təzdən yığdı düzəltdi. Öyrətmək qabiliyyəti güclü idi o adamda. Yeni düşüncəli adam idi. Hər bir yanaşması yenilik idi. Əsəri götürüb elə işləyirdi ki, heç kimin ağlına gəlməyən formada. O ancaq ruh qatlarına aid olan məsələlərlə məşğul idi.
-Hobbiniz nədir?
-Hobbim stolüstü oyunlardır. Bilyard, şahmat, daminonu yaxşı oynayıram. Dostlardan kimlə alınırsa onlarla oynayıram.
-Övladlarınızın aktyor olmasını istərdinizmi?
-İki oğlum var. Əvvəlcədən proqnoz verməyi xoşlayan adam deyiləm. Hələ uşaqdılar. Qoy böyüsünlər . İndidən onların uşaqlıqlarını əllərindən almaq istəmirəm.
-Hansı arzularla yaşayırsınız?
-Məndə arzu, xəyal yoxdu. İstiyərəm as sənətkar olum. Əvvələr bu sənətdən qaçmaq istəyirdim, indi ayrı qala bilmirəm.
Oynadığım rolların heç biri zəif olmayıb. “Ölücanlar”da Çiçikovu oynadım.
Bu il “Kaliqula” tamaşasında oynayacağam.
-Zəhmətinizə qiymət verilməməsi deyəsən sizə pis təsir edib?
-Bu haqda düşünmüşəm. Sonra bir küsmək yarandı. Dedim ki, mənə heç lazım da deyil. Ötən il festivala saqqalla getdim. Dedilər ki, teatr bayramıdır. Dedim ki, nə teatr, teatr var ki, bayramı da ola. Hamıya hər şey verdilər. Orda özümü qonaq kimi hiss elədim. Elə bil Azərbaycanda teatrla məşğul deyiləm. Bir gündə 2-3 tamaşanın məşqinə gedirəm teatrlara. Bu gün 500 manat mükafat versələr məndə impuls birdən ona qalxar. Fikirləşirəm ki, mən yaxşı aktyor olandan sonra onsuzda görəcəklər, tanıyacaqlar da. Qiymətləndirirlər, qiymətləndirsinlər… Allah qiymətimi düzgün versin, yolumu düzgün açsın.
Öz rollarıma vicdanla yanaşıram. Nə isə tapıram. Teatrları gəzən adamam. Bir dənə opera qalıb…
Namiq MƏMMƏDLİ
Baxış sayı: 2 056
Bölməyə aid digər xəbərlər

Oktay Mehdiyev: "Turabov zəng edirdi, tapşırırdı"…

13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video