23:47 / 09-04-2025
Güləşçimiz Avropa çempionu oldu
23:42 / 09-04-2025
Leyla Əliyeva Əminəni belə təbrik etdi - Fotolar
23:38 / 09-04-2025
"The Times": İran İraq şiə qruplarına uzaqmənzilli raketlər verib
23:31 / 09-04-2025
Zelenski 150-yə yaxın Çin vətəndaşının Ukraynadakı hərbi əməliyyatlarda iştirak etdiyini açıqlayıb
20:49 / 09-04-2025
Məktəblini bıçaqlayaraq öldürən yeniyetmə özünə qəsdə cəhd edib
20:38 / 09-04-2025
Zaxaryan zədə səbəbindən bu mövsüm oynamayacaq
20:31 / 09-04-2025
TASS: Brüssel Vuçiçdən Vulini yeni hökumətdən kənarlaşdırmağı tələb edir
20:27 / 09-04-2025
Kislovodsk Texniki Məktəbinin keçmiş direktoru 5 milyon rubldan çox pul mənimsəməkdə ittiham olunur
20:17 / 09-04-2025
Leyla və Arzu Əliyevalar Qəbələdə - Fotolar
20:12 / 09-04-2025
“Mən əsgərəm, ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”
20:05 / 09-04-2025
“Dedilər ki, üzr istəməyəcəklər, elə deyil, Hikmət?” - Prezident
19:58 / 09-04-2025
Kəmaləddin Heydərov BƏƏ-də sammitdə iştirak etdi - Video - Fotolar
19:45 / 09-04-2025
Prezident onu rektor təyin etdi - Sərəncam
19:41 / 09-04-2025
Nazir onu direktor təyin etdi
16:02 / 09-04-2025
Jurova: "Trampın Oveçkinlə bağlı sözləri Ukraynanı nokaut etdi
15:56 / 09-04-2025
Şmıqal: "Ukrayna Rusiyanın aktivləri hesabına Aİ-dən daha 1 milyard avro tranş alıb"
15:52 / 09-04-2025
Federal Penitensiar Xidmətinin rəhbəri Vladislav Dzyuba saxlanılıb
15:48 / 09-04-2025
Ded Xasanın qətli zamanı yaralanan ofisiant 50 milyon rubl tələb edir
15:44 / 09-04-2025
Klubun damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb
11:14 / 09-04-2025
Pnevmatik tapança ilə avtobusun şüşələrinə atəş açdığı üçün saxlanılıb
11:10 / 09-04-2025
Yaşayış binasının uçması nəticəsində 2 uşaq ölüb
11:06 / 09-04-2025
Fermada köləlikdən xilas edilənlərdən birinin vəziyyəti ağır olaraq qalır
10:35 / 09-04-2025
Doğum evində yanğın zamanı mühafizəçi yaralanıb
10:31 / 09-04-2025
Terrorizmi maliyyələşdirməyə görə 11 il müddətinə azadlıqdan məhrum edilib
10:28 / 09-04-2025
6 yaşayış məntəqəsində baş verən yanğınların qarşısı 24 saat ərzində alınıb
10:25 / 09-04-2025
ABŞ İnterpol fırıldaqçını Rusiyaya ekstradisiya edib
10:22 / 09-04-2025
Qerkus hesab edir ki, rusiyalı futbolçular Asiya turnirlərində iştirak etməlidirlər
10:18 / 09-04-2025
Mixail Efremov koloniyanı tərk edərək Moskvaya getdi
09:37 / 09-04-2025
Prezident ADA-da çıxış edir - Canlı
09:27 / 09-04-2025
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi uğurlu layihəsinin dəstəyi ilə növbəti seminarını Bakıda təşkil etdi
09:10 / 09-04-2025
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
08:50 / 09-04-2025
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 08-04-2025
Görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarı ziyarət edildi - FOTOLAR
20:55 / 08-04-2025
Abxaziya prezidenti administrasiyasının yeni rəhbərini təyin edib
20:51 / 08-04-2025
Qadın və uşaq asma körpüdən yıxılıb
20:41 / 08-04-2025
Universitetinin rektoru 10 milyon rublu mənimsəməkdə şübhəli bilinir
20:37 / 08-04-2025
"Mash": Çuvaşiyanın başçısı Çeboksarıda qəzaya düşüb
20:34 / 08-04-2025
"Mash": Federal Vergi Xidməti Həbib Nurməhəmmədovun bank hesabını yenidən bloklayıb
“Məni tuta-tuta gəlib polis rəisi olanların hamısı ilə dostam” - Video
Tarix: 20-05-2021 22:26 | Bölmə: Müsahibə
Ağ Partiyanın rəhbəri Tural Abbaslının “Qafqazinfo”ya müsahibəsi:
- Bir müddət əvvəl fəaliyyətinizdə bir qədər durğunluq var idi. Hazırda isə sosial şəbəkələrdə ən çox izlənilən siyasətçilərdən birisiniz. Buna necə nail oldunuz?
- 21 ildir ki, siyasətlə məşğulam. Adətən məni cavan hesab edirlər və deyirlər ki, bunun nə yaşı var siyasətlə məşğul olur?! Demək olar ki, hər il aktiv olmuşuq. Mənim siyasi karyeramda durğunluq ili olmayıb. Ancaq elə zaman olub ki, səhnə arxasında olmuşuq. 16 il üzv olduğum partiyadan bizi qovdular. Daha sonra özümüz partiya yaratdıq. Bu zaman da partiya rəhbəri olaraq diqqətlər daha çox sədrdə olur. Prezident Administrasiyasında şöbə yaradıldı. Dövlətin partiyalara münasibəti dəyişdi. 5-ci kolonun rəhbərləri vəzifədən uzaqlaşandan sonra müxalifət partiyaları üçün bərabər şərait yaradıldı. Məhz bərabər şərtlər yaradıldığı üçün önə çıxdıq.
- Sizdən 2013-2014-cü illərdə aldığım müsahibələrə əsasən, deyə bilərəm ki, Tural Abbaslı o zamanlar daha çox müxalif mövqedə idi, nəinki indi. Özünüz necə hesab edirsiniz?
- Ola bilər. Ancaq məndən soruşsanız, deyə bilərəm ki, müxalifətçilik mövqeyimizdə heç nə dəyişməyib. O dövrdən 8 ilə yaxın vaxt keçir. Yaş üstünə yaş gəlir. Gənc yaşında olan fikirlərdəki ifadə formasıyla indiki forma eyni olmaya bilər. Ritorikalarda dəyişiklik ola bilər. Siz məsələn, əvvəllər bizi meydanlarda görərdiniz. Zamanın tələbləri başqadır. Sizcə, bu gün cəmiyyətdə o ritorikaya, həmin formatlı müxalifətə ehtiyac varmı? Biz ictimai və sosial sifarişi nəzərə alıb fəaliyyət göstəririk. Əgər ictimai fikir sabah daha radikal mübarizə metodu tələb edəcəksə, o zaman bunu seçəcəyik. Siz də qeyd edirsiniz ki, indi daha populyarıq. Mən sual verirəm ki, o zaman daha çox radikal idimsə, niyə bəs, indi daha çox görünürəm? Demək ya onda səhv idim, ya da xalqın dilini indi tapmışam.
- Sualınıza bir cavabım odur ki, həmin illər sosial şəbəkələr cəmiyyətin həyatında bu qədər aktiv deyildi. Çıxışlar bu qədər çox yayılmırdı...
- Təbii ki, bunun da rolu var. Sosial şəbəkələr hamı üçün açıqdır. Bəs hamı niyə indi bu qədər gündəmdə deyil? 60-a yaxın partiya var. Bu partiyalardan neçəsinin adını çəkə bilərsiniz?
- Çoxu sizin pafoslu danışdığınızı deyir. Bəlkə pafosun da gündəmdə qalmaqda rolu var?
- Elə bilirlər ki, pafoslu danışmaq asandır. Sən də buyur meydana, danış pafosla. Tək faktor pafos deyil. Mənim zatən xarakterim budur. Nə zaman qalstuklu müəllimlər kimi sakit olmuşam, yaxud fəaliyyətim o yöndə olub ki? Mən sakit olsaydım, Bakıda polis bölmələrini tanımazdım. İndi polis rəislərinin hamısı ilə dostam. Onlar leytenant olandan məni tuta-tuta gəliblər. İndi də rəisdirlər.
Pafos dediyiniz əslində emosionallıqdır. Biz Şərq adamıyıq. Qanımız qaynayır. Lap tutaq ki, adı pafos olsun. Siyasətçinin işi ictimai dəstək almaqdır. Məsələn, Boris Consonun partiyası bəyəm praqmatikdir? Tramp hansı şüarlarla gəlmişdi ki? Hesab edirəm ki, bu, populizm deyil, daha cəsarətli siyasətdir. Mənim üçün sadə vətəndaşların fikirləri daha önəmlidir.
- İddianız Prezident olmaqdır?
- Təbii ki. Hər bir partiya yarananda onun hədəfi hakimiyyətə gəlməkdir. Əgər prezident ola bilmirsənsə, bu və ya digər formada dövlət idarəçiliyinə təsir etmə imkanların olmalıdır. Partiyasansa dövlətin ictimai-siyasi həyatında çəkin, nüfuzun olmalıdır. Bizdə "iqtidardırsa yaxşıdır, müxalifətdədirsə düşmən" fikri dəyişməlidir.
.jpg)
- Seçkidə rəqibiniz Prezident İlham Əliyev olsa, şansınızı necə dəyərləndirərdiniz?
- Sonuncu prezident seçkilərində partiya olaraq namizədliyimi irəli sürmüşdülər. Biz 43 min imza yığıb MSK-ya təqdim etmişdik. Ancaq o imzalar MSK-da təsdiqlənmədi. Mən namizədliyimi versəm, özümə inanıb verərəm. Nə qədər ki, ədalətli seçki yoxdur, hamı bərabərdir. İndiyə qədər 3-4 dəfə parlament seçkilərində namizəd olmuşam. Mənlə bərabər həmin dairədən 10 nəfər iştirak edib. Hamı da deyir, biz udmuşuq. Ancaq qalib bir olub. Deyirlər ki, saxtakarlıq olmasaydı, qalib gəlmişdilər. İndiki Məzahir müəllimin rəhbərlik etdiyi qurumla seçkiyə getsək, təbii ki, mənim heç bir şansım yoxdur. Məzahir müəllim qutudan məni qətiyyən çıxartmaz. Demokratik seçki olsa, vəziyyət başqa cür olar. 21 ildir siyasətlə məşğulam, Ukrayna Prezidenti Zelenski isə 20 ildir aktyorluqla məşğul idi. O seçilə bilir, biz seçilə bilmirik?
- Bir müddət əvvəl REAL Partiyasıyla aranızda mübahisələr yarandı. Sözügedən partiyanın sədri debatlarda iştirak etməməsinə belə aydınlıq gətirdi ki, onun rəqibi Prezident İlham Əliyevin siyasətinə rəqib olmalıdır. Çıxışlarında da tənqid predmeti kimi onun adını çəkməlidir. Bu fikirlərə münasibətiniz necədir? Yəni bildirir ki, məmurları tənqid etmək asan məsələdir, siz də ən çox məmurları tənqid edirsiniz...
- Birincisi, mən prezidentliyə namizəd olmuşam. Onlar heç həmin mərhələyə gəlib çatmayıblar. Sözün düzü, mənim onlarla debata çıxmağa o qədər də həvəsim yoxdur. Əslində Natiq Cəfərliylə debata çıxmalıydıq. Bir də gördük ki, feysbukda debat şərtləriylə bağlı status paylaşıb. Axı sən şərt irəli sürəcək statusda deyilsən. Bu gün REAL-la əməkdaşlıq edən bir partiyanın adını çəkə bilərsənmi? Qərbdən maliyyələşməyən, milli olan bir media ilə əməkdaşlıqları varmı? Bunlar xalqı aşağılayırlar. İlqar Məmmədovun həbsxanada olub, əlində telefon olmayanda nüfuzu daha çox idi, yoxsa indi? Onların içərisində bir Erkin Qədirli adekvatdır. Ona dedim ki, istəyirsinizsə nüfuzunuz olsun, sədrinizin əlindən telefonu alın, ya da internetini bağlayın. Bizim rəqibimiz iqtidardır, onlarla əlləşməyin tərəfdarıyıq.
.jpg)
- Bəs məmurları tənqid etməyin asan olması fikrinə münasibətiniz necədir?
- Prezidenti tənqid etmək məmurları tənqid etməkdən daha asandır. Prezidenti tənqid etməyə nə var ki? "Bu gün hava soyuq keçdi, İlham Əliyev hara baxır?" kimi status yazanlar hansı repressiyaya məruz qalır? Odur ki, Prezidenti tənqid etmək ən rahat yoldur. Ancaq məmurları tənqid edəndə ünvanını göstərirsən. Ünvanını göstərəndə hədəfə dəqiq dəyir və reaksiyanı alırsan. Ümumi deyəndə ki, İlham Əliyev hara baxır, bu zaman məsələ həll edilmir. Burada mənə qarşı hansısa rəy yaratmaq fikirləri var. Tural oliqarx deyil, kimdənsə pul almır, ələbaxan deyil, keçmişində hakimiyyətlə danışıqlara gedib parlamentdə oturmayıb və.s Bəs nə deyib Turalı tənqid etsinlər? Yox, Prezidentin adını çəkmir. Niyə çəkmirik ki, sən eşitmək istəmirsən. Bizdən təhqir gözləyirlərsə, o zaman əbəs yerə gözləməsinlər. Bizim ritorikada belə bir şey yoxdur. Bizim hansısa atmosferə düşən vaxtımız deyil.
- Siz bir müddət əvvəl Gömrük Komitəsinin fəaliyyətiylə bağlı hesablama açıqlamışdınız. Komitə də sizə cavab verdi ki, bu, yanlışdır. Hətta sizi, partiyanızı iqtisadi bilgilərinizin olmamasında ittiham edənlər də oldu.
- Gedin gömrükdən üstünüzdə telefon keçirməyə çalışın. Gömrük əməkdaşı deyir ki, açın, baxaq telefona görək sevgilinizlə yazışmısınız? Sevgilinlə yazışmısansa deməli, bu telefon təzə deyil. Bu səviyyəyə düşən bir komitənin rəhbəri mənə nə ağıl verə bilər? Yaxud iş adamına deyir ki, 60 min rüsum verəcəksən. Məsələ ictimailəşəndən sonra adamdan 15 min pul alırlar. Onda sual yaranır ki, 45 mini kimin hesabına qoydun? Belə adamın məndən nəsə tələb etməyə mənəvi haqqı çatmır. Onun xidməti çatmaz adı kimi, özü də ağ olan partiyaya söz desin. Prezidentdən sığal almaq istəyirsən ki, çox rüsum yığdın? Camaatın evini yıxmısan e. Bizim avtomobil parkına baxın, Gürcüstana, Ermənistana baxın. Bizdə maşının qiyməti qədər rüsum istəyirlər. Xalq məni ona görə sevir ki, mən onun gündəlik yaşadığı problemi deyirəm.
.jpg)
- İlqar Məmmədovun sözlərinə görə, Azərbaycanda icra başçısı ona görə rüşvət alır ki, rəsmi maaşı gördüyü işlərə görə çox aşağıdır. Əgər yüksək maaşı olsa, həmin məmur da vicdanla işləyəcək. Bu arqumentlə razısınızmı?
- Bir çox hallarda dövlət məmurlarının maaşı aşağıdır. Ümumiyyətlə, Azərbaycanda məvaciblər çox aşağıdır. Minumum əməkhaqqı 250 manatdırsa, nə demək olar? Təbii ki, 250 manata baxanda icra başçısının aldığı 1700 manat böyük məbləğdir. Ancaq bir məsələ var. İcra başçısı təyin ediləndə bilir də ki, 1500 maaş alacaq. Getməsin, desin ki, o maaşla dolanan deyiləm. Getsəm, başlayacağam pul yeməyə, sonra da DTX gəlib məni həbs edəcək. Bizim partiyanın prioriteti odur ki, ən yüksək maaşı hərbçilər, müəllimlər və həkimlər almalıdır. Məsələn, deputatın 2500 manat maaşı var. Ancaq 40 min seçicisi var. O 40 min seçici hərəsi bir şəkildə kömək istəyəcək. Mən bilirəm ki, parlamentə düşsəm, o məvaciblə həmin şikayətlərin qarşısında dura bilməyəcəm. Təklif edirəm ki, seçkili orqanlarda dairələrə aylıq 50 min manat məvacib ayrılsın. O da şəffaf şəkildə seçicilərin problemlərinin həllinə yönəlsin. Bunun üçün dövlətdə kifayət qədər maliyyə var.
- İqtisadçı Rövşən Ağayev hesablamışdı ki, ölkədə pensiyaçıların 41 faizi 65 yaşa çatmamış vəfat edir. Onların bu illər ərzində pensiya fonduna ödədiyi vəsait havada qalmış olur. Kifayət qədər ciddi statistik rəqəmdir və çox müzakirə edildi.
- Biz bu problemi illərdir deyirik. O qədər qohum-əqrəba var ki, pensiya yaşına 1 il qalmış vəfat edir. O vəfat edəndən sonra ödədiyi vəsait ailəsinə də verilmir. Sonra da deyirlər ki, yaşamadınsa günah səndədir. Bu, məntiqsizlikdir. Pensiya həmin şəxsin varislərinə verilməlidir. Pensiya yaşı çox yüksəkdir. Biz Amerikayıq ki, orta yaş 70-80 olsun, biz də pensiya yaşını 65 qoyaq?! Bizdə elə 65 yaş maksimum yaş həddidir. Ona görə də təklifimiz odur ki, kişilər üçün pensiya yaşı 60, xanımlar üçün isə 56 yaş olsun. Guya verdiyiniz pensiya nə qədərdir ki? Qoy onlar da gün görsün də. Bu yetimlər ölənə qədər işləməlidir ki?
- Sosial şəbəkələrdə yazanlar da çox olur ki, pensiya məbləği qalxmasın. Qalxan kimi ərzaqların, digər məhsulların da qiymətləri artır.
- Bizdə pensiya qalxır ki? İnflyasiyanın qarşılığı ödənilir. Siyavuş müəllimin ağlında olanlar deyir ki, yox filan il, filan qədər pensiya artırmışıq. Filan ildə sən “Zaporoje” sürürdün, indi isə “Mercedes S Class”dan düşmürsən. 6 aydır metro işləmir. Bəyanat verirlər ki, bizə sərnişin daşınması 97 qəpiyə başa gəlir. Ay Zaur Hüseynov səni nə qaşındırır ki, belə açıqlama verirsən? Bunu bizə niyə eşitdirirsən? Mənim nəyimə lazımdır 97 qəpiyədir? Birdən 1 qəpiyə başa gəlsəydi, bunu elan edəcəkdin? Yox, 97 qəpik eşitdirib 50 qəpik etmək istəyirlər. İndi 30 qəpikdir axı, yetimlər minə bilir.
BNA rəhbəri çıxıb demədi ki, bu nədir kasıb da taksiyə minir? Emin Əmrullayev demədi ki, təhsil haqqını aşağı salsaq, hər gələn oxuyar? Bunların təfəkkürü budursa, belə məmurlarla biz dövləti inkişaf etdirə bilərik? Soruşun görək, Zaur müəllim axırıncı dəfə metroyla nə vaxt gedib? Elə bilirlər ki, atalarının obyektidir, ziyana işləyirlər. Heç deyən yoxdur ki, SOCAR subsidiya alır. Siz bu məsələləri emosiyasız deyə bilərsiz? Mən də deyə bilmirəm.
.jpg)
- Prezident Şuşada qonaqların açıq havada maskanı çıxararaq festivalı seyr edə bilmələrinə şərait yaratdı. Artıq havalar da istiləşib, insanlar da açıq havada maska taxmaq istəmirlər. Operativ Qərargahın açıq havada maska taxmaqla qərarına necə baxırsız?
- Əvvəla çalışıb Operativ Qərargahı tapaq. Baxaq görək onlar kimlərdir, harada toplaşırlar. Bir Əli Əsədovu bilirik ki, o rəhbərdir. Bir də qərarlar çıxanda deyirlər ki, Operativ Qərargah buna qərar verib. Xatırlayıram ki, siz brifinqdə sual vermişdiniz ki, Operativ Qərargahın üzvləri kimlərdir? Demişdilər ki, məlumatları yoxdur. Yəni bunların sayı, üzvləri bilinmir. Mason təşkilatı kimi zirzəmidə yığışırlar, qərar verirlər. Türkiyə nə qərar verirsə, bunlar da o qərarı verir. Avropa “Pfizer” peyvəndini vurur. Bizə niyə “Sinovac” vurursunuz? Operativ Qərargah xalqla ünsiyyəti itirib. 1 ildən çoxdur ki, məscidlər, idman zalları, şadlıq sarayları işləmir. Fəaliyyətlərinə icazə verilən sahələrə baxdıqda onların işləməməyi məntiqsizdir. Halbuki hansı restorana gedirsinizsə doludur, ancaq bəylə gəlin gəlsə, qanunsuz fəaliyyət növü olur.
Allahşükür Paşazadə deyir ki, məscidlərin açılması üçün 3 dəfə müraciət edib. Şeyx hərzətlərinə deyiblər ki, sən "Təzəpir"də oturursan, orada namaza icazə veririk. Təzəpir məscidində namaz qılmağa icazə verirlər, digər məscidlərdə isə yox. Burada bir məntiq, elmi əsaslandırma var? Bizim koronavirusla bağlı mübarizədə nə yeniliyimiz var? TƏBİB-in hələ də bir araşdırması yoxdur. Bizim alimlər hardadır? Təbii ki, açıq havada maska ləğv edilməlidir. Onsuz da hamı burnundan aşağı taxır, polis görəndə qaldırır. Necə olur “Formula 1”, Avropa oyunları yaxınlaşır, yoluxma sayı azalır. Bunlar qurtaran kimi say artacaq. Koronavirusa hamı inanır, ancaq Ramin Bayramova və TƏBİB-ə inanmırlar.
- Tez-tez debatlarda iştirak edirsiniz. Rəqibləriniz YAP-çı deputatlar və demək olar ki, eyni simalar olur. Siz özünüz YAP-dan kimlə debata çıxmaq istəyirsiniz?
- Debata gələnlər day-daysız YAP-çılar olur. Adətən day-daylı YAP-çılar, tozsoran satanlar debata gəlmir. Mənimlə debata özünə inanan hər kəs gələ bilər. Bu, o demək deyil ki, mən dəhşət bilik filan məsələsini nəzərdə tuturam. Gəl, sadəcə çörəyini yediyin YAP-ı müdafiə et. Baxın parlamentdə mebel satan deputat var, amma gəlmir. “Kontakt home”un rəhbəri olan deputat var. Bizim də deputatdır. Maşınının qiyməti 350 min manatdır. Bukletin birinin hazırlanmasına 5 manat verən şəxsdir. Nigar Arpadarai, Könül Nurullayeva, Jalə Əhmədova, holdinq rəhbərləri var. Hardasınız?! Mən indi seçkiqabağı müxtəlif məsələlərlə gündəmə gələnlərin adını çəkirəm. Gəlsinlər, müdafiə etsinlər partiyanı. Yoxdular. Hakimiyyət qalıb Elman Nəsirovun ümidinə. Yenə Siyavuş müəllim şükürlü idi. Elman Nəsirovun, Tağı Əhmədovun, Məlahət Həsənovanın ümidinə qalan parlament vallah, acınacaqlı vəziyyətdədir.
Sizcə, Tağı Əhmədovun Yasamal rayon təşkilatının, Məlahət Həsənovanın Nəsimi rayon təşkilatının, Sədaqət Vəliyevanın Sabunçu rayon təşkilatının rəhbəri olması lətifə deyil? Mənə lətifə kimi gəlir.
- 21 ildir siyasətdə olsanız da, yenə də sizi gənc siyasətçi kimi qəbul edirlər. Adətən gənclərin fikirləri daha yenilikçi olur. Ancaq müsahibələrinizin birində cinsi azlıqları qəbul etməməklə bağlı fikriniz çox müzakirə olunmuşdu. Yenə də eyni fikirdə qalırsınız?
- İndi də Allah bir kişi, bir qadın yaradıb da. Başqa cins var bəyəm? Biri mənə elmi və dini baxımdan 3-cü cinsi izah etsin. Yoxdur axı, uydurmadır. Digər şeylər iyrənclikdir, murdarlıqdır. Mən bunu qorxmadan deyirəm. Cinsi azlıqların səsini filan da istəmirəm. Kimin də onlara rəğbəti varsa, bizə səs verməsin. Azərbaycan cəmiyyətini 1000 ildir qoruyan adət-ənənələrimizdir. Keçən dəfə hansısa saytda anket doldururdum, cins yerinə 8 dənə cins çıxdı. Bunu loyal yanaşmağın özü də hansısa mənada millətə xəyanətdir. İndi də təzə söz çıxarıblar. Homofob. Yüz ildən sonra artım necə olacaq? Dünya necə inkişaf edəcək? Evimizdə it-pişik saxlayacağıq?!
.jpg)
- Kəramət Böyükçöl sizi trol adlandırır...
- Mən Kəraməti çoxdan tanıyıram, o da məni çoxdan tanıyır. Biz bir çox məsələlərdə heç vaxt qarşı-qarşıya gəlməmişik. O status yazanda arada gəlib bizim ofisdə çay da içir. Baxan da elə bilər ki, biz düşmənik. İndi Kəramətdir də, cavan oğlandır, gündəmdə qalmalıdır. Hər bizi tənqid edənin iqtidar kimi cibinə narkotik salıb tutdurası deyilik ki? Biz hakimiyyətdən fərqliyik axı. Mənim partiya üzvlərim məni müdafiə edir, deyirlər ki, troldur, halbuki adamın özü, şəkli məlumatları ordadır. Özümə arxayınam, yəqin zamanla o da üzr istəyəcək. Yazmışdı ki, bir aya sübut edəcək. Vaxta da az qalıb. Mən də gözləyirəm.
- Barənizdə belə bir iddia da var ki, çıxışlarınız zamanı arada özünüz nitqinizdə qəsdən fasilə verirsiniz ki, həmin hissəni rahat kəsib paylaşmaq olsun. Yəni bunu sosial şəbəkə naminə etdiyinizi deyirlər. Belədirmi?
- Mən çıxışlarımda şparqalkadan istifadə etmirəm. Yaxud jurnalistin nə sual verəcəyini əvvəldən bilmirəm. Mən monoloq deyə bilmirəm. Özümüzün çıxışlardan kəsib paylaşdığımız yerlər var. Bu sahə ilə məşğul olan qrupumuz var. Amma mən baxıram ki, biz birini kəsib qoyuruq, ondan da gözəlini xalqın özü kəsib qoyur. Bizim bir deputat da var da, tənqid edir. Niyə onu paylaşmırlar? Çünki bir Şərq insanıyıq. İçdən gələn təbiiliyi xalq hiss edir. Bəlkə də yeganə partiyayıq ki, bu qədər strukturlaşmağa çalışırıq. Hər həftə partiyaya yeni üzvlər qəbul edilir. Onların hamısının siyahısı da var.
- Hazırda sərhədlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlar gedir. Qeyri-rəsmi şəkildə sosial şəbəkələrdə müzakirələrin detalları açıqlanır. Detallar sizi qane edirmi?
- Qeyri-rəsmi açıqlanan detallar məni qane etmir. Mən Qaragölün Azərbaycan ərazisi olduğunu qəbul edirəm. Bizim o ərazidə qoruğumuz var. 1960-cı illərdə bununla bağlı sərəncam verilib. Onsuz da razılaşmada ermənilər həmin ərazilərdən çıxacaqlarını demişdilər. Zəngəzur dəhlizinin açılmasına, Qazaxın 7 kəndinin, Naxçıvanın bir kəndinin qaytarılmasına razılaşmışdılar. Laçın dəhlizindən humanitar dəhliz kimi istifadə edəcəklərinə söz vermişdilər. Yaxşı, onda mən niyə üçtərəfli bəyanatın şərtlərinin icrası üçün əlavə güzəşt etməliyəm?! Belə razılaşmalar varsa, mən bunun qəti əleyhinəyəm. Bəziləri deyir ki, Xankəndini alaq, sonra Zəngəzuru. Yox, elə Xankəndinə gedən yol Zəngəzurdan keçir. Biz Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı qalmasına niyə göz yummalıyıq? Biz qalib dövlətik və heç bir güzəştə getməli deyilik. Hara bizimdirsə almalıyıq, zamanında tarixi ədalətsizliyə məruz qalan torpaqlarımızı da geri götürməliyik. Bu məsələdə sona qədər iqtidarın yanında olacağıq.
Baxış sayı: 804
Bölməyə aid digər xəbərlər

5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir