17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
20:00 / 16-09-2026
Tikinti bazarı yanır
19:58 / 16-09-2026
Beynəlxalq Cinayət Məhkəməsi (BCC) Filippinin keçmiş prezidentini həbsdə saxlamaq qərarına gəlib
19:53 / 16-09-2026
Medvedev: "Rusiya ya böyük bir güc ola bilər, ya da ümumiyyətlə mövcud olmayacaq"
19:50 / 16-09-2026
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
19:47 / 16-09-2026
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
19:44 / 16-09-2026
Ermənistan İrəvanın Azərbaycan və Türkiyədən qaz ala biləcəyini bəyan edib
19:39 / 16-09-2026
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
“Bəziləri kəndlərlə qane olmur, qısa müddətdə şəhərlərimizin azad edilməsini gözləyir”
Tarix: 03-11-2020 22:41 | Bölmə: Müsahibə
“4 ilə yaxın müddətdə işğal edilən və düşmən tərəfindən 24 ildir möhkəmləndirilən ərazilərin azad edilməsinə başladığımız heç 40 gün deyil. Təəssüflər olsun ki, sosial şəbəkələrdə bəziləri hər gün azad edilən kəndlərlə qane olmur və qısa müddətdə bütün şəhərlərimizin, o cümlədən Şuşa, Kəlbəcər, Laçın, Xankəndinin əsgərlərimiz tərəfindən azad edilməsini gözləyir”.
Bunu “Qafqazinfo”ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O, belə şəxslərə ordumuzun dağlarda həyata keçirdiyi hücum əməliyyatlarının bəzi xüsusiyyətlərini qısaca xatırladıb:
“Birincisi, şəhər və ya kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir. Yüksəkliklər isə addım-addım azad olunur. Qoşunlarımız irəlilədikcə yüksəkliklər də artır.
İkincisi, dağlıq ərazilərdə yol infrastrukturunun olmaması, çox vaxt alternativi olmayan yollardan istifadə və onların geri çəkilən düşmən tərəfindən minalanması, dağ çayları üzərindən keçən körpülərin sıradan çıxarılması, mövcud yolların məhdud buraxılış qabiliyyəti, sərt eniş, yoxuş və döngələr, düşmənin pusqu ehtimalı və s. qoşunların hərəkət sürətinə mənfi təsir edir.
Üçüncüsü, iqlim şəraiti hücumda olan əsgərimizə düşməndən heç də az müqavimət göstərmir. Dağlarda yağıntı düzənliyə nisbətən iki dəfə çox olur. Gecə və gündüz arasında 20 dərəcəlik temperatur fərqi, tez-tez havanın dəyişməsi və güclü küləklər müşahidə olunur. İldırım ehtimalı daim yüksək qalır. Dağlıq ərazidə, duman və ya çiskində istiqaməti saxlamaq, döyüşmək, sağ qalmaq, düşməni məhv etmək və verilən tapşırığı yerinə yetirmək yeni şəhər və ya rayon ilə bağlı istək bildirmək qədər asan deyil. Həmçinin Dağlıq Qarabağın 2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərində sərt yoxuşları, hər 100 metr artan yüksəklik üçün temperaturun 0.6 dərəcə soyumasını, təzyiqin 10 mm c.s. enməsini, oksigen sıxlığının 1.2 faiz azaldığını, günəş radiasiyanın 1-2 faiz, ultrabənövşəyi şüaların 5-10 faiz artığını, qanda isə oksigenin azaldığını da nəzərə almalıyıq. 3000-dən yuxarı yüksəklərdə isə insan iştahasını itirir, pis eşidir, görmə zəifləyir. 5000 metrdə insan müsbət 6 dərəcə temperaturda dona bilər”.
Ekspert düşmənin ağ fosfor kimi qadağan olunan sursatlardan istifadə etdiyini xatırladıb:
“Onsuz da oksigen çatışmayan dağlıq ərazidə əleyhqazda hərəkət etməyin nə demək olduğunu yaşayanlar bilir. Eyni zamanda, oksigen azlığı texnikaların da mühərriklərinin fəaliyyətinə mənfi təsir edir. Onların gücü 2000 metrdə 30 faiz azala bilər. Dar yol, böyük maşınlar, sərt döngələr nəzərə alınmalıdır. Nəzərə almaq vacibdir ki, dağ ərazisi sabit fəaliyyət zonalarının azalması səbəbindən topoqrafik istinadla bağlı problemlərlə əlaqədar olaraq radiotexniki və RLS sistemlərinin istifadəsi üçün xüsusi çətinliklər də yaradır.
Qayalıq ərazilər radio dalğalarının böyük hissəsini mənimsəyir və səpələyir, yüksək səviyyəli atmosfer müdaxiləsi isə vəziyyəti daha da ağırlaşdırır.
Dağ yamaclarının ultra qısa sistemlərinin işinə maneə (ekran) yaratması səbəbindən əlavə radiorele və təkrar ötürücü məntəqələrin quraşdırılması lazım olur. Ümumiyyətlə, hər hansı bölmənin və hərbi texnikanın yerləşdirilməsi müddəti normal şəraitdən 1.5-2 dəfə çox müddət tələb edir. Bu siyahını uzatmaq da olar. Tam əminliklə deyirəm ki, sadalanan çətinliklər mövcud olanların bizə görünən və kiçik bir hissəsidir. Onlar geri çəkilən düşmənə daha ciddi problemlər yaradır”.
Onun sözlərinə görə, torpaqlarımız 4 ilə yaxın müddət ərzində işğal edilib və 24 il ərzində düşmən bu ərazilərimizdə kifayət qədər möhkəmlənib:
“Əsgərimiz qarşıya qoyulan vəzifələri uğurla icra edir. Bu gün arxa cəbhədə olan hər bir vətəndaşımız müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında sıx birləşməli və dəstəyimizi ifadə etməliyik.
Prezident İlham Əliyev indiyədək xalqa verdiyi hər bir vədi yerinə yetirib, odur ki, dövlət başçısının torpaqlarımızın azad olunacağına dair vədinə əməl edəcəyinə kimsənin şübhəsi olmamalıdır.
Bizdən tələb olunan, sadəcə, səbirli və təmkinli olmaqdır. 1994-cü ilin əvvəllərindəki Horadiz əməliyyatlarından sonra, yəni son 24 ildə Silahlı Qüvvələrimiz 2016-cı ildə Cocuq Mərcanlı kəndi, Talış və Lələtəpə yüksəklikləri, 2018-ci ildə Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi, 2019-cu ildə isə Babakər dağı istiqamətində uğurlar əldə edib. Həmin dövrdə azad edilən o ərazilərin işğal altındakı torpaqlarımızla nisbətini nəzərə almadan onları əsl qələbə kimi qeyd edə bildik. Çünki müharibədə əsas məsələ mənəvi psixoloji üstünlüyü əldə etməkdir. Sentyabrın 27-də erməni təxribatından sonra Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatında ən vacib olan Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mifi dağıtmaq idi. Bunu da Azərbaycan Ordusu qısa müddətdə bacardı və bu gün ordumuz işğal altındakı torpaqlarımızın böyük bir qismini işğalçılardan təmizləyib və uğurlarımız davam edir”.
Baxış sayı: 771
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə