23:05 / 23-11-2024
İsrail Hərbi Hava Qüvvələri Suriya ilə Livan sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurub
22:44 / 23-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub
22:39 / 23-11-2024
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
21:57 / 23-11-2024
"Bloomberg": Mask yenə planetin ən zəngin adamıdır
21:36 / 23-11-2024
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb
21:30 / 23-11-2024
Xumar Qədimovanın yeni “Ay”ı... - Video
21:26 / 23-11-2024
Litvada 2,5 mindən çox NATO əsgəri yerləşdirilib
21:17 / 23-11-2024
Karine Jean-Pierre G20 sammitində rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
20:59 / 23-11-2024
"Yle": Finnair pilotların tətili səbəbindən təxminən 300 uçuşu ləğv etdi
20:54 / 23-11-2024
Zalujnı hesab edir ki, Rusiya Silahlı Qüvvələri 2027-ci ildə cəbhəni yarıb keçəcək
20:46 / 23-11-2024
Qaz partlayışı nəticəsində bir nəfər xəsarət alıb
20:43 / 23-11-2024
Putin miqrantların sənədlərinin saxtalaşdırılmasına görə 60 milyon rubla qədər cərimələr haqqında qanun imzalayıb
20:34 / 23-11-2024
Fransanın xarici işlər naziri Borro: "Ukraynanın Rusiya Federasiyasına SCALP raketləri atmaq hüququ var"
20:28 / 23-11-2024
HƏMAS bildirir ki, Qəzzanın şimalında israilli girov ölüb
20:23 / 23-11-2024
Zaxarova: "Paris Kiyevi dəstəkləmir, amma bitirir"
20:20 / 23-11-2024
Bir nəfər yaşıl metro xəttinin üzərinə yıxılıb
20:17 / 23-11-2024
Zelenski: Ukraynada 300-dən çox liman infrastrukturu obyekti zədələnib
20:11 / 23-11-2024
Bir qrup şəxs təltif olundu - Siyahı
20:07 / 23-11-2024
Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı - Fərman
19:59 / 23-11-2024
Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
14:20 / 23-11-2024
Rusiyanın Qırğızıstandakı səfiri əmək miqrasiyası məsələsini kəskin, lakin çox vacib adlandırıb
14:16 / 23-11-2024
Abxaziya İttifaq dövlətinin vahid valyutasının sınaqdan keçirilməsini təklif edib
14:13 / 23-11-2024
"Yabloko" Şlosberqin saxlanmasının səbəbini açıqlayıb
14:08 / 23-11-2024
Peskov: "Qərbdə söz azadlığı yoxdur, son illərin hadisələri bunu göstərir"
14:03 / 23-11-2024
Ovçu silahını boşaldarkən ovçuya atəş açıb
13:57 / 23-11-2024
Həkimlər bir yeniyetmənin sidik kisəsindən 46 maqnit top çıxarıblar
13:52 / 23-11-2024
"Qazprombank" UnionPay kartlarının Türkiyədə qəbulu dayandırılıb
13:46 / 23-11-2024
Bastrıkin qızın döyülməsindən sonra cinayət işinin açılmasını əmr edib
13:40 / 23-11-2024
Qırğızıstan-Rusiya Slavyan Universiteti 15 min nəfərlik kampus tikəcək
13:37 / 23-11-2024
"Bloomberg": Avropa növbəti enerji böhranı ilə üz-üzədir, qazın qiyməti 45% artıb
13:02 / 23-11-2024
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
22:33 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
22:20 / 22-11-2024
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
21:58 / 22-11-2024
Laosda 6 turist metanoldan zəhərlənib
21:26 / 22-11-2024
Putin: "Oreşnik zərbəsinin təsiri strateji silahla müqayisə oluna bilər"
21:01 / 22-11-2024
Zaxarova amerikalı senatorun Hollandiyanı işğal etmək çağırışına cavab verib
20:44 / 22-11-2024
Livanın cənubundakı UNIFIL bazasına raket zərbələri endirilib, nəticədə dörd italyan sülhməramlısı yaralanıb
İki əsrin böyük sənətkarı -DOĞUM GÜNÜ
Tarix: 29-11-2017 11:30 | Bölmə: Mədəniyyət
Bu gün Xalq Rəssamı Tahir Salahovun 89 yaşı tamam olur
Tahir Salahovun adı gələndə insanın gözü önündə bənzərsiz sənət əsərləri canlanır. Dahi sənətkarın tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadimdir.
Bu gün yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqına, incəsənətinə dəyərli töhfələr verən böyük sənətkarın 89 yaşı tamam olur. AZƏRTAC bu münasibətlə Tahir Salahovun ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Səadət Mirzəyevanın məqaləsini təqdim edir.
Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.
T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.
T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovananın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” bu sadalanan əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.
Rəssama şöhrət gətirən tablo
Rəssamın yaradıcılığında görkəmli yeri Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.
T.Salahov Surikov adına Rəssamlıq İnstitutunda oxuyarkən Moskvada hind filmlərinə maraq artmışdı. Bəlkə də Hindistana qarşı yaranan ümumi maraq diplom praktikası üçün institut tələbələrinin bu ecazkar ölkəyə ezam edilməsinə səbəb olmuşdur. Salahov da digər tələbə yoldaşları kimi Hindistana getməli idi. Lakin ən son anda atasının “xalq düşməni” olması onun səfərinə mane olur. Bu zaman T.Salahov diplom işinin mövzusu üçün doğma Bakıya, Neft Daşlarına gəlir. Beləliklə, rəssam iki ay müddətində Neft Daşlarında neftçilərlə birgə yaşayır. Onlarla birgə yeyib-içir, Abşeronun rəngsiz boz torpağında gəzir, narahat Xəzərə tamaşa edir və artıq təsvir edəcəyi tablonu gözü önündə canlandırır. Rəssam gördüklərini – Xəzərin duzlu, köpüklü ləpələrini, üzərində uçan ağ qağayıları, ləpələri coşduran güclü küləyini və ən əsası enerjili cavan insan təəssüratını öz tablosunda əks etdirməyə can atır. İki aydan sonra əsərini yaratmaq üçün Moskvaya qayıdır. Lakin diplom işini çəkmək üçün institutda boş emalatxana olmadığından tələbələr özlərinə ayrı məkan tapırdılar. Salahov da belə məktəblərdən birində emalatxana tapır. Lakin məktəbdə yaradıcılıq üçün şərait yox dərəcəsində idi. Müdafiəyə bir ay qalmış institutda emalatxanalardan biri boşalır. T.Salahov həmin emalatxanaya köçür və burada diplom müdafiəsinə bir həftə qalmış tablosunu yaratmağa başlayır. Bu zamana qədər isə Salahovun kətanı boş idi. İmtahan komissiyası onun işinə baxanda tablonu boş görür və onun işindən narazı qalır. Lakin 2-ci dəfə komissiya üzvləri emalatxanaya gələndə gözlərinə inana bilmirlər. Onların qarşısında möhtəşəm tablo canlanırdı.
Salahovun diplom işi gözləniləndən daha çox uğur qazanır və keçmiş sosialist ölkələrində keçirilən sərgilərdə ən göz önündə olan əsərə çevrilir.
Ötən əsrin 50–60-cı illərində rəssamlıqda yeni incəsənət uğrunda gərgin mübarizə başlanmışdır. Tənqidçilər gənc rəssamları sxematiklikdə, əsərlərin həddən artıq qrafik olmasında ittiham edirdilər. Hansı ki, bu tendensiya akademik ənənələrə zidd idi. Salahovdan da həmin ittihamlar yan keçmədi. Rəssamın “Rezervuar parkı” və “Neftçi” əsərləri Moskvadakı bəzi partiya üzvlərinin xoşuna gəlməmişdir. Onlar hesab edirdilər ki, əsərlər həddən artıq pessimist ruhlu, qaranlıq və qarışıqdır. O zaman Salahovu yalnız SSRİ Rəssamlar İttifaqının sədri Sergey Gerasimov müdafiə edir. “Sizi nə üçün tənqid edirlər mən burda tənqidə layiq heç nə görmürəm”. Bu sözlər gənc rəssam üçün böyük dəstək idi.
T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.
Rəssamın uzaqgörənliyi - iki böyük uçuşun simvolu
Gənc rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə, Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar İncəsənət Xadimi adına layiq görülür.
Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilir. T.Salahov əsəri dünya tarixində insanın kosmosa uçuşdan bir neçə ay əvvəl artıq tamamlamışdır. Hansı ki, bu hadisənin olacağından xəbəri yox idi. Maraqlı təsadüfdür ki, əsər 1961-ci il aprelin 12-də ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Bu əsər rəssamın qəlbindəki optimist düşüncələri əks etdirir. O vaxtın bir çox tənqidçiləri əsərin birinci uçuşla bağlı olaraq sifarişlə çəkildiyini, müəllifin isə bu hadisədən əvvəlcədən xəbərdar olduğunu düşünürdü.
Valentina Tereşkovanın kosmosa uçuşundan sonra bu fikirlər daha da gücləndi. Çünki əsərdəki ikinci obraz qadın idi və sanki Tereşkovanın kosmosa uçuşunu simvolizə edirdi. Beləliklə, rəssamın dahiyanə uzaqgörənliyi nəticəsində “Sənə, Bəşəriyyət” əsəri iki böyük uçuşun simvoluna çevrilib.
Rəssama medal qazandıran portret
Ötən əsrin 50–60-cı illər sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçmişdir. Rəssam həmin məqamı belə xatırlayır: “Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, “Uzunboğaz köynəyiniz varmı?”. Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasıb idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım”. Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.
Mənim üçün əmək mövzusundan
daha üstün bir mövzu yoxdur
Rəssam yaradıcılığında tez-tez sadə insanlara müraciət edir. O, müsahibələrinin birində deyib: “Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində oldum və onların həyat tərzi ilə tanış oldum”. Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərinin daxili aləmi, yorğunluqları, keçirdikləri narahatçılıq hissləri öz əksini tapır. Sadalanan xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi” kimi əsərlərdə görmək olar. Neft mövzusuna Salahov bu gün də müraciət etməkdədir. Onun 2007-ci ildə tamamladığı monumental “Odlar yurdu” triptixi xüsusilə diqqətəlayiqdir. Mərkəzi hissəsi “Xəzər bu gün”, sol hissəsi “Atəşpərəstlərin məbədi”, sağ hissəsi isə “Qız qalası” adlanan bu əsərdə müəllif öz Vətəninin keçmişini və bu gününü, zəhmətkeş insanın mənəvi yüksəlişini, nəsillərin talelərini təcəssüm etdirib.
T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Dubay, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb. Gənc rəssam banal mövzuya çevrilən gözəl xanımları və ya varlı qocanı təsvir etməyə can atmırdı. O, vağzallara, Praqa tunellərinə, qaranlıq, gözdən uzaq qalmış küçə döngələrinə gedir və Bakıdakı üslubuna sadiq qalaraq bu gözoxşamayan, cansıxıcı məkanların gözəlliyini kəşf edərək təsvir edir. İtaliyaya səfərində bu ecazkar ölkə ilə bağlı Salahov çoxlu sayda yağlı boya, stank akvarel əsərləri yaradır. Onun Roma ilə bağlı ilk akvareli “Romada küçə” adlanır.1962-ci ildə Parisdə keçirilən Gənc Rəssamların Yaz Biennalesində iştirak edən rəssam bu şəhərin bəzəyi olan və sevgi rəmzinə çevrilən Eyfel qülləsini dəfələrlə təsvir edir.
Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir
Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. “Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, – deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam “F.Əmirovun portreti” əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. “Şair Sabirin portreti”ndə insan şəxsiyyəti daha aydın görünür, “Rəsul Rzanın portreti”ndə isə daxili gərginlik vurğulanır.
Çoxşaxəli yaradıcılıq yoluna malik olan T.Salahovun teatral fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, C.Cabbarlının “Aydın” dramına, A.Əlizadənin “Babək” baletinə, C.Əlibəyovun “Gülüstanda ölüm”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Min bir gecə” baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.
O, təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına, mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi, alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib. Bir neçə ildən sonra isə T.Salahovun səyi nəticəsində Moskvada meksikalı Rufino Tamayonun 90 illiyinə həsr olunmuş fərdi sərgisi açılır.
Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından asılı olmayaraq Vətəninə çox bağlıdır. “Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir” söyləyən Tahir Salahov doğma yurdunun təbiətinə vurğundur və hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir. O, əsl bakılı kimi Abşeron peyzajına böyük dəyər verir. Təsvir etdiyi Abşeron mənzərələrinin həzin və mülayim dalğınlığında rəssamın doğma yerlərlə bağlı xatirələri, uşaqlıqdan alışdığı aləm öz əksini tapır. Neft hopmuş torpaq, mavi səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ evləri rəssamın fırçasında yeni həyat qazanır. Bakı kəndlərini, xüsusilə Xəzərin sahilində yerləşən yaşayış qəsəbələrini böyük məhəbbətlə təsvir edən rəssam, hətta dinin qadağa qoyduğu illərdə belə bu kəndlərdə yerləşən məscid və məbədləri sevərək kətan üzərinə köçürüb.
Dünya mədəniyyətinin canlı əfsanəsi olan T.Salahov yaşına baxmayaraq, cavan ruha sahibdir və onun yorulmaq bilməyən əlləri bu gün də yeni–yeni şah əsərlər yaratmağa davam edir. Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostrapoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.
Hər bir azərbaycanlı fəxr etdiyi böyük sənətkar
Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordeninə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına, 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə “Heydər Əliyev” mükafatına layiq görülüb. Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin Rəssamlıq Akademiyaları ilə bahəm, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. O həm də UNESCO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyasının fəxri prezidenti, Almaniya, Avstriya Rəssamlar ittifaqlarının fəxri üzvü, Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.
Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib. Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. Təbii ki, sənət xoşbəxtliyi üçün bunlar da şərtdir. Sənət yolçusu üçün böyük xoşbəxtlikdir ki, onun yaradıcılıq müvəffəqiyyəti vaxtında yüksək qiymətləndirilir. T.Salahov məhz belə xoşbəxt şəxsiyyətlərdəndir.
Rəssamın əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Bu da sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.
T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub. O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının arasında öz dəstxəti, öz nüfuzu ilə seçilən belə bir sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında xoşbəxtlikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Baxış sayı: 1 068
Bölməyə aid digər xəbərlər

Dünən, 21:30
Xumar Qədimovanın yeni “Ay”ı... - Video
19-11-2024, 13:16
Leyla və Arzu Əliyevalar sərgidə - Video - Fotolar
18-11-2024, 23:45
Leyla Əliyeva şahzadə ilə tamaşa izlədi - Fotolar
16-11-2024, 21:51
Ukraynalı müğənni Tsibulskaya musiqiçilərinin səfərbər olması səbəbindən konsertini ləğv edib
16-11-2024, 11:50
Leyla Əliyeva sənədli film nümayişində - Fotolar
15-11-2024, 10:46
Leyla və Arzu Əliyevalar sərgidə - Video - Fotolar
13-11-2024, 19:50
Karel dilində zarafat edən aktrisa Petrozavodskda teatrdan ayrılıb
13-11-2024, 19:31
VDU-nun keçmiş rektoru Endovitski porno filmlər hazırlamaqda və yaymaqda ittiham olunurdu
31-10-2024, 21:00
“Qardaş” filminin aktrisası Dorotenko psixiatrik xəstəxanaya düşüb
29-10-2024, 20:49
Loboda Rusiyanı qınamaqdan imtina etdiyi üçün İrəvandakı konsertdən bir tamaşaçı qovub
29-10-2024, 16:26
"Verilişdə etdiklərinə görə üzr istəməsələr, polisə verəcəyəm"
27-10-2024, 15:04
Nazir Opera və Balet Teatrının kollektivi ilə görüşdü - Fotolar
27-10-2024, 12:01
Aktyor Maksim Şpakovski bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
25-10-2024, 20:16
“Sınıq Fənərlər Küçələri” və “Milli Təhlükəsizlik Agenti”nin direktoru Moskvitin vəfat edib
24-10-2024, 11:40
Fransa Mədəniyyət Nazirliyi Notr Dama girişi turistlər üçün ödənişli etmək istəyir
22-10-2024, 09:44
"NBC News": Harvi Vaynşteynə sümük iliyi xərçəngi diaqnozu qoyuldu
20-10-2024, 19:26
"Balzaminovun evliliyi" film-baletinin aktyoru Anatoli Qridin vəfat edib
17-10-2024, 10:50
SARA TV-nin təsisçisi vəfat etdi
15-10-2024, 10:10
Leyla Əliyeva ICESCO-nun qərargahında - Fotolar
9-10-2024, 16:03
34 yaşı var, sərvəti 1,6 milyard dollardır
9-10-2024, 00:19
Nərgizava yaşayış yeri və nekropolu yerli əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyəti müzakirə olunub
30-09-2024, 08:43
Amerikalı müğənni və aktyor Kris Kristofferson 89 yaşında vəfat edib
30-09-2024, 08:39
BTS pop qrupunun üzvü sərxoş halda skuter sürdüyünə görə 11,4 min dollar cərimələnib
28-09-2024, 12:40
Kazan sakini “Xanım Avropa” müsabiqəsinin qalibi olub
22-09-2024, 01:53
Boris Qrebenşçikovun Nitsadakı konserti səhhətində yaranan problemlərə görə ləğv edilib
21-09-2024, 23:55
Aktrisa Antonina Aksenova vəfat edib
17-09-2024, 19:17
Polad Bülbül oğlu Başqırdıstanın xalq artisti adını alıb
17-09-2024, 12:44
TMZ: Bədnam reper Diddi Nyu Yorkda həbs edilib
11-09-2024, 12:58
Taylor Swift seçkilərdə Kamala Harrisə səs verəcəyini deyib
10-09-2024, 10:21
Məhkum olan prodüser Vaynşteyn təcili xəstəxanaya yerləşdirilib
8-09-2024, 12:21
Azərbaycanlı müğənninin anası POLİS MƏMURU İMİŞ: "... Özümü güclə saxlayıram" - FOTO
7-09-2024, 14:01
“Azərbaycanım” beynəlxalq jurnalı - 20 il - Fotolar
7-09-2024, 12:56
Sumqayıt Dram Teatrının direktoru Samir Şəfiyevi-TƏBRİK EDİRİK!
7-09-2024, 11:05
Müğənni Mariya Maksakova növbəti cinayət işi ilə üzləşib