Bütün xəbərlər
Polşa Ədliyyə Nazirliyi casus proqram işi üzrə keçmiş rəhbərinin həbsini tələb edir
Tarix: 22-11-2024 19:11 | Bölmə: Karusel

Polşanın ədliyyə naziri Adam Bodnar İsrailin “Pegasus” casus proqramının Polşa siyasətçilərinə qarşı istifadəsi ilə bağlı sələflərindən Zbiqnev Ziobronun həbsi barədə vəsatət qaldırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, Bodnar Zebronun həbsi və təhqiqat komissiyasının iclasına çatdırılması ilə bağlı sorğunu Polşa Seyminin sədri Şimon Xolovnaya göndərib.
Bu, Zebro dördüncü dəfə görüşə gəlmədikdən sonra baş verib. Keçmiş nazir əvvəlcə xərçəng xəstəliyindən müalicə olunduğuna dair arayışlar təqdim etsə də, sonradan hər hansı üzrlü səbəblə gəlməməsinə haqq qazandırmaqdan əl çəkib. Ədliyyə Nazirliyinin həbs tələbindən əvvəl Zebro oxşar pozuntuya görə artıq 2000 zloti cərimələnmişdi.
2024-cü ilin fevralında Polşanın Baş naziri Donald Tusk hesabat verərək, Pegasusun ölkənin kəşfiyyat xidmətləri tərəfindən öz vətəndaşlarına qarşı “qanuni və qeyri-qanuni” satın alındığını və istifadə edildiyini təsdiqlədi. Polşa təhlükəsizlik qüvvələrinin hərəkətlərinin qurbanları ölkənin keçmiş hökumətinin Qanun və Ədalət partiyasından olan nümayəndələri olub.
Pegasus, istifadəçilərin iOS və Android əməliyyat sistemləri ilə işləyən telefonlara səssizcə quraşdıra biləcəyi casus proqramdır. Proqramın əsas xüsusiyyətləri arasında mesajların oxunması, telefon danışıqlarının dinlənilməsi, parolların toplanması, yeri izləmək, telefonun mikrofonuna və kamerasına giriş əldə etmək, proqramlardan məlumat oğurlamaq daxildir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər