Bütün xəbərlər
Zülfiyyə Kaxrumanova Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini olub
Tarix: 21-11-2024 21:02 | Bölmə: Karusel

Zülfiyyə Kaxrumanova Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilib, Mərkəzi Bankın mətbuat xidməti xəbər verir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, üç departamentin işinə rəhbərlik edəcək: əməliyyat, maliyyə texnologiyaları və informasiya texnologiyaları.
Tənzimləyicinin saytında verilən məlumata görə, Kaxrumanova 2015-ci ildən Rusiya Bankının informasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə bu struktura rəhbərlik edib.
Xatırladaq ki, noyabrın 21-də Mərkəzi Bankın sədrinin birinci müavini Olqa Skoroboqatovanın vəzifəsini tərk etdiyi məlum olub. 2024-cü il dekabrın 2-dən Skoroboqatovanın rəhbərlik etdiyi milli ödəniş sistemi departamenti sədrin digər birinci müavini Dmitri Tulinin səlahiyyətinə keçəcək.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər