Bütün xəbərlər
TMZ: Bədnam reper Diddi Nyu Yorkda həbs edilib
Tarix: 17-09-2024 12:44 | Bölmə: Mədəniyyət

Amerikalı reper Didi Nyu-Yorkda saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, münsiflər heyətinin ona qarşı irəli sürdüyü ittihamlar fonunda edilib.
Sean Combs bazar ertəsi axşam saatlarında saxlanılıb. Bundan sonra o, FTB-nin Manhettendəki ofisinə aparılıb.
“Diddi Nyu Yorkda saxlanılıb və federal nəzarətə götürülüb”  deyib.
“Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları bazar ertəsi axşam saatlarında Diddinin qaldığı otelə basqın edib və onu saxlayıblar”.
Maraqlıdır ki, ona qarşı irəli sürülən ittihamlar açıqlanmayıb. Məşhur rep ifaçısının vəkili Mark Anifilo müvəkkilinin təqsirini rədd edir.
Combs əvvəllər cinsi zorakılıq iddiası ilə bir neçə məhkəmə iddiasının mövzusu olub. Belə ki, Diddi müğənni Kassandra Ventura tərəfindən ittiham edilib və bir gün əvvəl məhkəmə reperi cinsi təcavüzdə də ittiham edən şəxsə 100 milyon dollar ödəməyə qərar verib.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər