Bütün xəbərlər
Məhkum olan prodüser Vaynşteyn təcili xəstəxanaya yerləşdirilib
Tarix: 10-09-2024 10:21 | Bölmə: Mədəniyyət

Harvi Vaynşteyn ürəyindən əməliyyat olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nyu-York həbsxanasında cəza çəkən kinoprodüser Harvi Vaynşteyn təcili xəstəxanaya yerləşdirilib. ABC telekanalı xəbər verir ki, məhbus sinə ağrılarından şikayətlənib.
Prodüser Craig Rothfeld və Judah Engelmayerin nümayəndələri kanala "Vaynşteyn bu gün bir prosedur və ürək əməliyyatı keçirdi" deyib.
72 yaşlı Vaynşteyn bu həftə yeni cinsi cinayət ittihamı ilə məhkəmə qarşısına çıxmalıdır. O, hər hansı bir yanlışlığı rədd edir.
Bundan əvvəl Vaynşteyn növbəti məhkəmə iclasına əlil arabasında gətirilib və həkimlərin nəzarətində olduğu Rikers həbsxanasında qalmasını istəyib.
Aprel ayında Nyu-Yorkun apellyasiya məhkəməsi prodüserin 23 illik cəzasını ləğv edib və yeni məhkəmə araşdırması təyin edib. İndi prodüser Los-Anceles məhkəməsinin onu 16 il həbs cəzasına məhkum edən qərarına etiraz etməyə çalışır.
Xüsusilə “İngilis xəstəsi”, “Aşiq Şekspir”, “Mənfur səkkizlik” və “Günah şəhəri” filmlərindəki işi sayəsində şöhrət qazanan Vaynşteyn zorlama və cinsi təcavüzdə ittiham olunur.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər