12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
Sankt-Peterburqda restoranın divarları söküləndən sonra abidə evinə ziyan dəyib
Tarix: 18-10-2024 15:53 | Bölmə: Mədəniyyət

Sankt-Peterburqda İstintaq Komitəsi tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mədəni irs obyekti kimi tanınan Stolyarnıy zolağında yaşayış binasının birinci mərtəbəsində restoranın qanunsuz olaraq yenidən qurulması yükdaşıyan konstruksiyaların bütövlüyünün pozulmasına səbəb olub.
Əvvəllər müəyyən edilib ki, restoranın sahibləri iyul ayında təmir işləri aparıblar və bu müddət ərzində binanın içərisindəki yükdaşıyan divarları söküblər.
İstintaq Komitəsinin regional şöbəsi qeyd edib ki, “bu iş qanuni tələbləri pozmaqla həyata keçirilib”.
Bundan əlavə, binaların sahiblərinə ən azı 1,8 milyon rubl dəyərində maddi ziyan dəyib.
Müstəntiqlər və ekspertlər restoranın ərazisinə baxış keçirib, ekspertiza təyin ediblər və qanun pozuntusunda iştirak edənləri müəyyənləşdirirlər.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər