Bütün xəbərlər
Məhkəmə "Krokus"da terror aktı ilə bağlı daha iki təqsirləndirilən şəxsin həbs müddətini uzadıb
Tarix: 21-11-2024 20:59 | Bölmə: Karusel

Moskvanın Basmannı rayon məhkəməsi "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı cinayət işində iştirak edən Şaxrojon Qadoyev və Müstəqim Soliyevin həbs müddətini iki ay uzadıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar 2025-ci il fevralın 28-dək həbsdə qalacaqlar.
Məhkəmənin qapalı keçirildiyi qeyd edilir. Bundan əvvəl məhkəmə daha 12 təqsirləndirilən şəxsin həbs müddətini uzadıb.
İstintaqın məlumatına görə, Qadoyev və Soliyev “İslam Dövləti” (Rusiya Federasiyasında qadağan olunmuş) beynəlxalq terror təşkilatının tərkibində olan “Vilayət Xorasan” qruplaşmasının silahlılarıdır. Onlar Dağıstandan Moskvaya aparılaraq terror təşkilatının fəaliyyətində iştirakda, terror aktında, terror aktına hazırlıqda, qanunsuz silah alverində, qanunsuz partlayıcı qurğunun hazırlanmasında ittiham olunublar.
Martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. 145 nəfər həlak olub. Martın 23-də Bryansk vilayətində cinayəti törədən 4 nəfər saxlanılıb. Bu işlə bağlı Moskvada 12 nəfər həbs edilib. Daha sonra daha beş müttəhim Dağıstandan paytaxta aparılıb. Noyabrda bu iş üzrə terrorçulara silah ötürməkdə şübhəli bilinən daha iki müttəhimin həbs olunduğu məlum olub.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər