Bütün xəbərlər
Aktrisa Antonina Aksenova vəfat edib
Tarix: 21-09-2024 23:55 | Bölmə: Mədəniyyət

Sentyabrın 21-də teatr və kino aktrisası Antonina Aksenova vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat veriblər.
Aktrisa 79 yaşında Almaniyada vəfat edib.
Antonina Aksenova 1945-ci ildə Maqadanda anadan olub. Aktrisa Minskdəki Qorki adına teatrın səhnəsində oynayıb. Kinoda Antonina Aksenova "Göy qaranquşları" filmindəki Silviya rolu ilə tanınır.
Bundan əvvəl rusiyalı aktyor Vladimir Morqunovun ölümü ilə bağlı məlumat yayılmışdı. Onun 43 yaşı var idi.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər