Bütün xəbərlər
Nikas Safronov sərgidə Pavel Durova həsr olunmuş rəsm əsərini təqdim edib
Tarix: 31-08-2024 20:03 | Bölmə: Mədəniyyət

Pyotr və Pol qalasında keçirilən “Sankt-Peterburqa böyük məhəbbət” adlı sərgidə Nikas Safronov Pavel Durovun portretini təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə ki, sənətçi Parisdə saxlanılan Telegram-ın həmtəsisçisinə dəstək olub.
TASS Safronovdan sitat gətirir: “Bəli, mən rəsm əsərini Pavel Durova həsr etdim, o, “Azadlıq” adlanır.
Bundan əvvəl məlum olub ki, Pyotr və Pol qalasında rus rəssamının əsərlərindən ibarət sərgini italyan kinoaktrisa Ornella Muti açıb.
Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Avqustun 29-da Paris məhkəməsi sahibkara 6 maddə üzrə ittiham irəli sürüb. Onun Fransanı tərk etməsi qadağandır, müəyyən bir ünvanda yaşamaq və həftədə iki dəfə polisə məlumat vermək məcburiyyətindədir.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər