Bütün xəbərlər
Fransa Mədəniyyət Nazirliyi Notr Dama girişi turistlər üçün ödənişli etmək istəyir
Tarix: 24-10-2024 11:40 | Bölmə: Mədəniyyət

Fransanın mədəniyyət naziri Raşida Dati ölkə daxilində kilsələrə dəstək olmaq üçün vəsait toplamaq üçün Notr-Dam kilsəsinə daxil olmaq üçün turistlərə pul ödəməyi təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  onun sözlərinə görə, hər turist üçün beş avroluq simvolik tarif ildə təxminən 75 milyon avro gəlir gətirə bilər.
"Mən Paris arxiyepiskopuna sadə bir fikir təklif etdim: Notr Dama bütün turist səfərləri üçün simvolik tarif hazırlamaq"-Dati "Figaro" qəzetinə deyib.
Nazir həmçinin təklif edib ki, Avropa İttifaqından kənar ölkələrdən gələn turistlər milli turistlərlə müqayisədə mədəni məkanları ziyarət etmək üçün daha çox pul ödəməlidirlər.
Daha sonra X sosial şəbəkəsindəki səhifəsində o, Notr Damda kilsə xidmətlərinə baş çəkməyin pulsuz qalacağını və ödənişlərin yalnız mədəni ziyarətlərə şamil ediləcəyini açıqladı.
15 aprel 2019-cu ildə baş vermiş böyük yanğın nəticəsində zədələnmiş Notr-Dam Katedrali 8 dekabr 2024-cü ildə yenidən ziyarətçilərin üzünə açılacaq. Yanğın 800 illik palıd tirlərindən ibarət unikal taxta dam konstruksiyasını məhv edib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər