12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Bastrıkin qızın döyülməsindən sonra cinayət işinin açılmasını əmr edib
Tarix: 23-11-2024 13:46 | Bölmə: Cəmiyyət

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İrkutskda yeniyetmə izdihamı tərəfindən məktəbli qızın döyülməsi ilə bağlı cinayət işinin açılmasına göstəriş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İrkutsk şəhərinin Sinyuşnaya Qora mikrorayonunda bir qrup yeniyetmə qızı döyərək telefonla lentə alıb.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin videonun sosial şəbəkələrdə yayılmasından sonra cinayət işinin başlanmasına göstəriş verib, Rusiya Federasiyasının İrkutsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
İdarənin mərkəzi aparatı sərəncamın icrasını nəzarətə götürüb. Prosessual araşdırmaya başlanılıb.
Bundan əvvəl Bastrıkin Amur vilayətindən olan qızın aclıqdan ölməsi ilə bağlı işi nəzarətə götürüb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər