Bütün xəbərlər
"NBC News": Harvi Vaynşteynə sümük iliyi xərçəngi diaqnozu qoyuldu
Tarix: 22-10-2024 09:44 | Bölmə: Mədəniyyət

NBC News mənbələrə istinadən xəbər verir ki, həkimlər amerikalı film prodüseri və "Oskar" mükafatçısı Harvi Vaynşteynə sümük iliyi xərçəngi diaqnozu qoyublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kanalın məlumatına görə, Vaynşteyn Nyu-Yorkun Rikers adasındakı həbsxana xəstəxanasında xroniki miyeloid leykemiyadan müalicə olunur.
Prodüserin vəkili jurnalistlərin Vaynşteynin vəziyyəti ilə bağlı sualına "Cənab Vaynşteynin məxfiliyinə hörmət edərək, əlavə şərh verməyəcəyik" deyib.
Sentyabrın 10-da zorlamada təqsirli bilinən Vaynşteyn həbsxanadan dərhal xəstəxanaya yerləşdirildi və ürəyindən əməliyyat olundu. Bu ilin aprelində vəkili qeyd etdi ki, müvəkkilinin “əhəmiyyətli yardım” tələb edən bir çox ciddi sağlamlıq problemləri var.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər