00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
AMEA Naxçıvan Bölməsində xalçaçılığın tarixi və inkişafı ilə əlaqədar sistemli tədqiqatlar aparılır
Tarix: 07-07-2020 21:06 | Bölmə: Mədəniyyət

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Tədbirlər Planı” təsdiq edilmiş və görüləcək işlər müəyyənləşdirilmişdir. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının aid təşkilatları, nazirlik, komitə, təhsil müəssisələri ilə yanaşı, AMEA-nın Naxçıvan Bölməsinin də qarşısına bir sıra vəzifələr qoyulmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sahəsində aparılan elmi-tədqiqat işlərini sistemli şəklə salmaq üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində Xalçaşünaslıq sektoru (keçmiş adı “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu) yaradılıb. 2018-ci il noyabrın 1-də fəaliyyətə başlayan sektorda Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolunun, hazırkı vəziyyətinin öyrənilməsi və s. məsələlər başlıca vəzifələr kimi qarşıya qoyulub. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bizimlə söhbətində bildirdi ki, milli mədəniyyət tariximizin öyrənilməsində mühüm yer tutan xalçaçılıq sənəti hələ ən qədim dövrlərdən Naxçıvan diyarında da meydana gəlmiş və əsaslı inkişaf yolu keçmişdir. Ərazinin təbii-coğrafi şəraiti imkan vermişdir ki, kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq inkişaf etdirilsin. Heyvandarlığın inkişafı isə zəruri qida məhsullarının təmin edilməsi ilə yanaşı, həmçinin insanların maddi məişət əşyalarına olan tələbatının da ödənilməsinə mühüm şərait yaratmışdır. Xırda buynuzlu heyvanlardan alınan yun məhsullarından toxuculuq, o cümlədən də xalçaçılıq sənəti nümunələri hazırlanmışdır ki, bu da əhalinin məişətinin, maddi rifah halının yaxşılaşdırılmasında önəmli rol oynayıb. Beləcə tarixi çox qədim dövrlərə gedib çıxan xalçaçılıq sənəti xalq sənətkarları tərəfindən əsrlər boyu yaşadılmış, inkişaf etdirilmiş, zəmanəmizə qədər gəlib çatmışdır deyən alim söhbətinə davam edərək qeyd etdi ki, xalça toxuculuğu Naxçıvan sənətkarlığında mühüm yer tuturdu. XIV əsrdə Azərbaycan xalçaları kütləvi şəkildə Avropaya aparılmağa başlamışdı. Bu da təsadüfi deyildi. XIII əsrdə monqol istilasının ciddi fəsadlarından sonra Azərbaycan iqtisadiyyatı və mədəniyyəti yenidən dirçəlir, Avropa ilə sıx ticarət əlaqələri yaradılırdı. XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. Tarixi qaynaqların verdiyi məlumata görə, digər sənətkarlıq sahələri ilə yanaşı, Orta əsrlər dövründə Naxçıvanda xalçaçılıq sənəti böyük şöhrət qazanmış və yüksək səviyyədə inkişaf etmişdi.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da keçmiş mədəni irsə diqqət və qayğı artmış, xalq yaradıcılığı nümunələrinin, eləcə də xalçaçılığın inkişaf etdirilməsi üçün dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər içərisində Naxçıvan şəhərində, muxtar respublikanın müxtəlif yaşayış yerlərində yaradılan xalçatoxuma müəssisələrini, gənclərə xalçaçılıq sənətinin incəlikləri öyrədilən kursları, dərnəkləri xüsusilə qeyd etmək lazımdır. Dövlətin diqqət və qayğısı nəticəsində Naxçıvan Dövlət Xalça Muzeyi yaradıldı. “Naxçıvan xalçaları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabları çap olundu.
Ölkə Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 15 fevral 2018-ci il tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikasında xalçaçılığın yüksək səviyyədə inkişafına öz müsbət təsirini göstərən mühüm dövlət sənədidir. Burada əsas məqsəd muxtar respublikada xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması, davamlı inkişafı, xalçaçılığın xammal təminatının formalaşdırılması, yeni iş yerlərinin yaradılmasının dəstəklənməsi, xalçaçılıq sahəsində, o cümlədən yun tədarükü və emalı, yun ipliklərin istehsalı üzrə ixtisaslı kadr hazırlığını həyata keçirmək, xalçaçılığın rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə xas olan qədim çeşnilərin bərpa edilməsi, istehsalatda tətbiqi, yeni çeşnilərin hazırlanması və bu çeşnilər əsasında xalçaların toxunmasıdır. Əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, xalçaçılıqla məşğul olan sənətkarların bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası və inkişaf etdirilməsi, təbliği, ipliklərin təbii boyalarla boyanması üçün müvafiq istehsal sahəsinin təşkilinin dəstəklənməsidir. Həmçinin Naxçıvan Xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası sahəsində tədqiqatlar aparılması başlıca vəzifəsi kimi bölmə əməkdaşlarının qarşısına qoyulmuşdur.
Fəxrəddin Səfərli bildirdi ki, ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədrinin qeyd olunan sərəncamları ilə qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi ilə əlaqədar institutda Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti ilə əlaqədar tədqiqatlar aparılır. Sərəncama uyğun olaraq təsdiq olunmuş “Tədbirlər Planı”nda institut əməkdaşlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülüb. Qeyd edək ki, xalçaçılıqla əlaqədar təsdiq edilmiş elmi-tədqiqat işi Dövlət Proqramına uyğun olaraq ardıcıl şəkildə yerinə yetirilir. 2019-cu ilin İş planına uyğun olaraq qədim tarixə və ənənələrə malik Naxçıvanda xalçaçılıq sənətinin meydana gəlməsi istiqamətində araşdırmalar aparılıb.
Alim qeyd etdi ki, ötən müddət ərzində əməkdaşlar tərəfindən xalçaçılıq sənəti ilə bağlı yaşlı nəsildən ənənəvi xalçaçılıq sənətinin bədii və texniki iş üsulları öyrənilib, xalçaçılıq, onun yaranması, inkişaf tarixi, xalça toxunmasında istifadə edilən naxışlar, ornamentlər, boyaqçılıq və sair ilə əlaqədar kütləvi informasiya vasitələrində çıxışlar olub və qəzet materialları, məqalələr dərc edilib. Tədqiqat materialları əsasında “Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” adlı monoqrafiya çap olunub. Nəşrdə xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli milli-mənəvi dəyərlərimizdən biri olan xalçaçılıq sənətinin Naxçıvanda yaranması, inkişaf yolu və bugünkü vəziyyətindən söz açılır, xalçalar üzərində toxunan naxışlar, ornamentlər haqqında məlumat verilir. Qədim el sənətindən və xalçaçılığın ilk nümunələrindən sayılan keçəçilik, toxuculuq sənəti, xalçaçılığın inkişafında mühüm rol oynayan boyaçılıq və digərləri ilə bağlı aparılan tədqiqatlar yer alıb. Həmçinin əməkdaşlarımız “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” adlı konfransda iştirak edib.
Fəxrəddin Səfərlinin sözlərinə görə, 2020-ci il üzrə təsdiq edilmiş elmi-tədqiqat işinə əsasən “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mərhələsi üzrə tədqiqatlar aparılır. Araşdırmalarda məlum olub ki, Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da toxunan xalçalar xovsuz və xovlu texnikası ilə hazırlanıb, Naxçıvan zili, şəddə, vərni kimi xalça növlərinin yaradıldığı ilk mərkəzlərdən olub.
Tədqiqat ilində əməkdaşların Türkiyə Cümhuriyyətinin Mardin şəhərində keçirilən 3-cü Beynəlxalq Mardin Artuklu Elmi Araşdırmalar Konqresinə göndərilən məruzənin tam mətni beynəlxalq tədbirin materiallarında işıq üzü görüb. Həmçinin toxuculuq sənəti ilə bağlı açıq dünya ensiklopediyası olan Vikipediyada xalçaçılıqla, xalçalar üzərində toxunan naxışlar, ornamentlər və kitabələr ilə bağlı material yerləşdirilib. “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı”, “Naxçıvanda milli geyim mədəniyyətinin formalaşmasında ipəkçiliyin rolu”, “Naxçıvan xalçaları üzərindəki motivlər”, “Naxçıvan xalçaları üzərindəki həndəsi ornamentlər” və sair adlı məqalələr kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan bu sənəti inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq ümdə borcumuzdur deyən alim söhbətinin sonunda vurğuladı ki, görülən işlərlə yanaşı, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin bundan sonra da layiqincə həyata keçirilməsi, Naxçıvanda xalçaçılığın tarixi və inkişafı ilə əlaqədar tədqiqatları genişləndirmək üçün bütün qüvvəmizi səfərbər edib səylə çalışacağıq.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı
Baxış sayı: 712
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb