20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
İki deputat arasında MÜBAHİSƏ: “Hər başsağlığına 50 manat alır, belə çörək yemək olar?”
Tarix: 01-09-2019 00:49 | Bölmə: Manşet

“Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərə etiraz edən baş redaktora komitə sədrindən cavab gəldi: “Başsağlığı ilə camaata maaş vermək olmaz; haramdır!”
Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərə ilk etiraz elə hakim partiyanın üzvündən gəlib. YAP üzvü olan deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hakim partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun dediklərinə qarşı çıxıb.
Modern.az-ın məlumatına görə, baş redaktor “Yeni Müsavat”a açıqlamasında rəsmi qəzetlərdə başsağlıqlarının dərcinin qadağan olunacağı ilə bağlı fikirlərə etiraz edib. O deyib:
“Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur və bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun”.
B.Sadiqov ardınca digər məqama diqqət çəkib: “Söhbət əgər rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik. Reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur. Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”.
Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov öz açıqlamasında bunları bildirmişdi:
“Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.
B.Sadıqovun açıq etirazından sonra S.Novruzov Musavat.com-un əməkdaşı ilə əlaqə saxlayaraq həmkarının dediklərinə reaksiya verib. Onun fikrilərini təqdim edirik:
“Bəxtiyar Sadıqov deyir ki, “Azərbaycan” qəzeti Milli Məclisin orqanı olmasına baxmayaraq, bizə heç kəs kömək eləmir. Birinci növbədə dövlət onların kağız pulunu, çap pulunu da, icarə haqqını da – “Azərbaycan” nəşriyyatından bunu öyrənə bilərsiniz – hamısını ödəyir. Yəni qəzet havayı çap olunur. Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur. İkinci növbədə bütün respublikada hər bir dövlət və hökumət orqanı, dövlət müəssisəsi bu qəzetə abunədir, pul köçürür. Bu vəsait hesabına da jurnalistlərin əmək haqqını tam şəkildə ödəmək mümkündür. Sən bu yükü jurnalistin boynuna niyə atırsan ki, jurnalistə əmək haqqını hardan verim? Mənbəni mən göstərirəm, get, o mənbədən ver! Üçüncü tərəfdən, başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əməkhaqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”.
S.Novruzov baş redaktorla bir həmkar, yaxud partiyadaş olaraq bu mövzuda müzakirə aparmadığını qeyd etdi və “mənim onunla nə müzakirəm ola bilər? O, kimdir mən onunla müzakirə edəm?”-söylədi. B.Sadıqovun parlamentin orqanı olan bir mətbu orqana rəhbərlik etdiyini vurğuladıqda isə bunları bildirdi: “Olsun da, olsun. O qədər redaktor var ki. Hamı ilə mən müzakirə aparmalıyam? Mən müəlliməm, ya həkiməm?”.
YAP icra katibinin müavini dedi ki, B.Sadıqov da ona bu məsələ ilə bağlı zəng etməyib: “Bəzən şəxsi maraq ümumi ictimai marağı üstələyir. Qanun qəbul olunacaq və bu məsələlər də oraya daxil ediləcək, vəssalam! Camaatın hesabına pul qazanmaq olmaz!”.
Bəs, parlament rəhbərliyinin bu qanun və ona düzəlişlərlə bağlı münasibəti necədir?
S.Novruzov: “Parlament rəhbərliyinin biri də mənə bir kəlmə söz deməyib, hamısı bəyənib”.
YAP-ın icra katibi digər məsələlərdən də xəbərdar olduğunu bildirib: “Digər məsələləri də bilirəm, axı mən Əfqanıstanda kəşfiyyat rəisi olmuşam.
Hər başsağlığına 50 manat alır. Özü də bu, arzu edir imkanlı adamın ailəsindən ölü olsun ki, başsağlığı çox olsun. Bununla çörək yemək olar? Get, işlə, qazan! Sən o boyda qəzetin redaktorusan, “Azərbaycan” qəzetinin. Dövlətin ən əsas qəzetlərindən biridir. “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir”.
Sonda S.Novruzov ona etiraz edən həmkarına xitabən bunları söyləyib: “Sənin yolun başqa, bizim yolumuz başqa. Bizim yolumuz haqq yoludur, səninki ənəlhəqq!” (gülür)
Baxış sayı: 488
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.