18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
Bütün xəbərlər
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
Tarix: 25-11-2026 20:01 | Bölmə: Manşet


 "Rusiya Kiyev rejiminin rəhbəri Vladimir Zelenski ilə danışıqlar aparmır". Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
"Zelenski ilə heç kim danışıqlar aparmır".
UŞAKOV JURNALİSTLƏRƏ DEDİ.
Zelenski daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar üçün Moskvaya birlikdə səfər etmək təklifini rədd etmişdi.Buna cavab olaraq Zelenski alternativ təklif etdi - Lukaşenkonun və Rusiya prezidentinin iştirakı ilə Kiyevdə görüş.
24 noyabrda Lukaşenko Fransanın "Le Point" jurnalına verdiyi müsahibədə Zelenski ilə danışıqlar üçün Moskvaya uçmağa hazır olduğunu bildirib.O, iddia edib ki, üç slavyan dövləti Qərb ölkələrinin iştirakı ilə müqayisədə münaqişəyə son qoymaq və regionun gələcəyi ilə bağlı daha effektiv şəkildə razılığa gələ bilər.Lukaşenko həmçinin bildirib ki, Zelenski imtina edərsə, cəbhəyə gedib özü vuruşmalıdır.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər