Bütün xəbərlər
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
Tarix: 25-11-2026 12:14 | Bölmə: Sosial


 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Komissiyasını yeni Rusiya əleyhinə sanksiyaların hər bir bəndinin AB büdcəsi və üzv dövlətlər üçün dəyərini göstərməyə çağırdı. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu "Sputnik" Radiosunda bildirib.
Diplomatın sözlərinə görə, Avropa Komissiyası 22-ci sanksiya paketinin hər bir bəndini gözlənilən xərclərin təxmini hesablanması və bu xərclərin kompensasiya mənbələrinin göstərilməsi ilə tamamlamalıdır.
"Bu sanksiyaların hər bir bəndindən sonra Avropa Komissiyası Avropa Birliyinə, yəni bu birliyin büdcəsinə və ayrı-ayrı ölkələrin büdcələrinə nə qədər başa gələcəyini göstərməlidir.Bu, ədalətli olacaq".
ZAXAROVA DEDİ.
O, iqtisadi komponentin AB-nin əsas məqsədlərindən biri olaraq qaldığı üçün bu cür məlumatların ilk növbədə AB ölkələri vətəndaşlarına lazım olduğunu vurğuladı.
Bundan əlavə, Xarici İşlər Nazirliyinin nümayəndəsi tətbiq olunan məhdudiyyətlərin nəticələrinin hansı vəsaitlərdən ödəniləcəyini dəqiqləşdirməyi təklif etdi.
Zaxarova Avropa Komissiyasının 22-ci sanksiya paketi təklifini "tamamilə dəlilik" ifadəsi adlandırdı.Onun fikrincə, Avropa ölkələri artıq sanksiya siyasətinin iqtisadiyyatları üçün mənfi nəticələrinin miqyasını dərk etməyə başlayırlar.
Rusiyaya qarşı 22-ci sanksiya paketi layihəsinə əsasən, daha 60 Rusiya bankı SWIFT sistemindən ayrılacaq və Rusiya neftini daşıyan 70 tanker qara siyahıya salınacaq.




Baxış sayı: 12


Bölməyə aid digər xəbərlər