Bütün xəbərlər
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
Tarix: 24-11-2026 23:39 | Bölmə: Karusel


Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb, beş əsgər həlak olub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat verib.
Nazirliyin məlumatına görə, qəzaya uğrayan vertolyot təlim uçuşu həyata keçirən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS-532" təyyarəsi olub. Qəza Əskişehir əyalətində baş verib.Qəzanın səbəbi hələ müəyyən edilməyib.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyot qəzasında beş Türkiyə Hərbi Hava Qüvvələri əsgəri həlak olub.
MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAYIR.
Türkiyə Müdafiə Nazirliyi əvvəllər Malatya əyalətində baş verən vertolyot qəzasında dörd əsgərin həlak olduğunu bildirmişdi. "S-70" helikopteri Yeşilyurt rayonunda naməlum səbəbdən qəzaya uğrayıb.



Baxış sayı: 17


Bölməyə aid digər xəbərlər