18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
17:23 / 26-08-2026
Daşqınlar su elektrik stansiyalarına ziyan vurub
17:20 / 26-08-2026
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
17:14 / 26-08-2026
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
17:10 / 26-08-2026
Qaynaq sexində yanğın baş verib
12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
Qüdrət Həsənquliyev: “İslahatlar genişlənəcək” - MÜSAHİBƏ
Tarix: 10-07-2019 10:40 | Bölmə: Manşet

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. APA müsahibəni təqdim edir.
- Qüdrət bəy, YAP-ın icra katibi Əli Əhmədovun parlament seçkilərinin vaxtında keçiriləcəyi barədə açıqlama verməsinə baxmayaraq, bu barədə fikirlər hələ də dolaşmaqdadır. Siz necə düşünürsünüz, növbədənkənar seçkilər keçirilə bilərmi və bunun hüquqi mexanizmi varmı?
- Hüquqi baxımdan bu mümkündür. Konstitusiyanın 87-ci maddəsinin 3-cü bəndinə görə Milli Məclis 83 deputatının səlahiyyətləri təsdiq olunarsa səlahiyyətlidir. Əgər YAP iqtidar partiyası kimi növbədənkənar seşkilərin keçirilməsini zəruri hesab edib deputatlarına istefa verməyi tövsiyə edərsə və onların istefasından sonra MM-in 83-dən az deputatı qalarsa, Prezident növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir. Məsələnin siyasi aktuallığına gəldikdə isə, biz buna xüsusi ehtiyac görmürük, amma iqtidar tərəfindən belə qərar qəbul olunsa, onu dəstəkləyəcəyik. Biz ölkədə yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməsini və növbəti seçkilərin proporsional seçki sistemi əsasında keçirilməsini daha zəruri və məqsədəuyğun hesab edirik.
- Yeni Konstitusiyada proporsional seçki sistemindən başqa daha hansı dəyişikliklər nəzərdə tutula bilər?
- Ölkənin 2025-ci ildən parlamentli respublika modelinə keçirilməsi nəzərdə tutula bilər. Yox, hakim partiya buna getməyəcəksə, o zaman Nazirlər Kabineti ləğv olunmalı, bir vitse-prezident vəzifəsi saxlanılmalıdır. Çoxpartiyalı sistemin inkişafı və parlamentdə fraksiyaların olması üçün Konstitusiyaya belə bir müddəa salınmalıdır ki, parlamentdə partiyaların sayı 3-dən, topladıqları səsdən asılı olmayaraq müxalifət partiyalarını təmsil edən deputatların sayı isə 30%-dən az ola bilməz. Bu normanın tətbiqi qaydası Seçki Məcəlləsi ilə tənzimlənə bilər. Bundan başqa, Konstitusiyaya Milli Məclisin səlahiyyətlərinin artırılması və məhkəmə hakimiyyətinin gücləndirilməsinə dair yeni normalar əlavə olunmalıdır.
- Hansı faktor iqtidarı növbədənkənar seçkilərin keçirilməsinə sövq edə bilər?
- Bizim bütün tənqidlərimizə baxmayaraq, Azərbaycan güclənir və aparılan islahatlar bizi daha da güclü edəcək. Bunu bizim düşmənlərimiz də görür və bu onları çox ciddi narahat edir. Onlar Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad edəcəyindən, regionda daha nüfuzlu və cazibədar bir ölkəyə çevriləcəyindən qorxurlar. Ona görə də ölkəni on illərlə geri atmaq üçün xarici güclər əlaltılarının vasitəsilə sabitliyi pozmağa cəhd edə bilərlər. Uyğun zaman isə seçkilər dövrüdür. Etiraf etməliyik ki, sonuncu növbədənkənar prezident seçkiləri daxili və xarici pozucu qüvvələrin planlarını alt-üst etdi. O zaman bəzi şəxslər xeyli aktivləşmişdi. Səfirlərlə görüşlər, ictimai rəyə təsir edə biləcək şəxslərə pul və bahalı hədiyyələrin paylanması geniş vüsət almışdı. Düşünürdülər ki, növbəti prezident seçkilərində sabitlik pozulacaq və “dəmir ələ” ehtiyac yaranacaq, onlar da gəlib ermənilərin maraqlarına tam uyğun olaraq, onların xaricidən dəstəyi ilə buranı Türkmənistan edəcəklər. Bu kimi acı təcrübə növbədənkənar seçki qərarının verilməsini şərtləndirə bilər.
- Hazırda da belə bir plan ola bilərmi?
- Düşmənlər və hakimiyyət naminə hər şeyə hazır olan insanlar həm iqtidarda, həm müxalifətdə həmişə fəaliyyətdə olacaqlar. Son vaxtlar iqtidardakı bacarıqlı və prezidentə sadiq məmurlara qarşı əsassız gözdənsalma kompaniyası bunun əlamətləridir. Onların planlarını pozmaq isə hər bir vətənpərvər insanın, iqtidardakı sağlam qüvvələrin, xüsusilə Prezidentin borcudur. Güc strukturlarındakı son dəyişikliklərdən sonra daxildəki pozucu qüvvələr aktiv fəaliyyətə keçməzdən öncə bir daha düşünməli olacaqlar.
- Qeyd etdikləriniz iqtidarı islahatlardan çəkindirməz ki?
- İslahatlar günün tələbidir. Prezident də söyləyib ki, idarəetmə təkmilləşdirilməli, islahatlar dərinləşdirilməlidir. Bir qayda olaraq aşağıların təzyiqi ilə aparılan islahatlar effekt vermir, ölkə xaosa sürüklənir. Ona görə də mən iqtidarı həmişə çağırıram ki, yuxarıdan islahatlar həyata keçirsin. İqtidar zamanı əldən verirsə və xalq iqtidarı məcbur edirsə ki, islahatlar aparsın, o zaman uğurlar belə iqtidarın ayağına yazılmır və növbəti tələblər irəli sürülür. Bunun nəticəsində isə mütləq və mütləq sabitlik pozulur. Düşünmürəm ki, hakimiyyət bunu bilməsin. Ona görə də islahatlar genişlənəcək.
- Parlament seçkilərində müxalifətin seçkiləri udmaq şansı varmı?
- Azərbaycanda vətəndaşlarımız siyasi baxımdan fəal deyil, müxalifət çox zəifdir. Sistemdən kənar müxalifət əsasən xaricdən idarə olunur və onlar yalnız hakimiyyətdə kiminsə maraqlarının təmin olunmasında katalizator rolunu oynaya bilər. Parlament müxalifəti isə indiki şərtlər altında yalnız növbəti parlamentdə fraksiyalar yaratmaq imkanları uğrunda mübarizə apara bilər. Düşünürəm ki, sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır. İslahatlar dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu əhəmiyyətli dərəcədə genişlənəcək. Sözsüz ki, hansısa mərhələdə müxalifət seçkiləri udacaq, partiyalar hakimiyyətdə bir-birini əvəz edəcəklər. Bunun üçün bizə zaman lazımdır.
Baxış sayı: 479
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.