23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
Nazir: Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi təxminən 9 dəfə artıb
Tarix: 29-06-2019 13:47 | Bölmə: Manşet
Berndə Azərbaycan Hökuməti və İsveçrə Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Şahin Mustafayevin və İsveçrə Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerin həmsədrlik etdiyi Birgə komissiyanın iclasında hər iki ölkənin komissiyada təmsil olunan qurumlarının rəsmiləri və özəl sektorun təmsilçiləri iştirak edib.
İclasda çıxış edən Ş.Mustafayev dünyada iqtisadi artım tempinin, ticarət və emal sektorunun zəifləməsinə, qlobal iqtisadiyyatdakı risklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən məqsədyönlü, qlobal çağırışlara cavab verən siyasət nəticəsində yaradılmış siyasi-iqtisadi və maliyyə sabitliyini, ölkəmizin böyük tranzit potensialını, həyata keçirilən iri regional layihələri, əlverişli biznes və investisiya mühitini diqqətə çatdırıb, dəyişkən qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq göstərdiyini, ölkəmizdə kompleks sosial islahatların həyata keçirildiyini vurğulayıb. Makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülmüş işlər nəticəsində 2019-cu ilin 1-ci rübündə Azərbaycanda ÜDM 3%, qeyri-neft ÜDM-i 1,7%, qeyri-neft sənayesi 16,1% artıb. Hesablamalara görə, 2019-cu ildə ÜDM 3,2%, qeyri-neft ÜDM-i isə 3,4% artacaq.
Ötən il ölkə iqtisadiyyatına 8,2 mlrd. dolları xarici investisiyalar olmaqla, 15,3 mlrd. dollar investisiya yatırılıb. Ümumilikdə isə, müstəqillik illərində investisiyaların həcmi 263 mlrd. dollar olub ki, bunun da 50%-dən çoxu xarici sərmayələrdir. Bu ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcu 8,9 mlrd. dollar olmaqla, ÜDM-in 19%-ni təşkil edib.
Təsadüfi deyildir ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün bu il keçirilmiş sorğuda Aİ şirkətlərinin 74%-i Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndirib.
Qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan nazir Ş.Mustafayev ölkəmizdə yaradılan sənaye və texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar barədə məlumat verib, İsveçrə iş adamlarını Azərbaycandakı əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib. Nazir ölkəmizdə sahibkarlığın inkişafı, qeyri-neft ixracının artırılması və ixracın şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Həyata keçirilən islahatlar və tədbirlərin məntiqi nəticəsidir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, MDB ölkələri arasında lider olmaqla, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab olunur.
Azərbaycanın İsveçrə ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirən İqtisadiyyat naziri ölkəmizin İsveçrənin Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. 2018-ci ildə İsveçrənin Cənubi Qafqaz üzrə ümumi dövriyyəsinin 52%-ni məhz Azərbaycanla ticarət təşkil edib. Belə ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 648 mln. dollar olub ki, bu da 2017-ci il ilə müqayisədə 2,7 dəfə çoxdur. 2019-cu ilin yanvar-may aylarında ikitərəfli ticarət dövriyyəsi 881 mln. dollar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə çox olub. Azərbaycanın qeyri-neft məhsullarının ixracında İsveçrə qabaqcıl yerlərdən birini tutur.
Nazir qeyd edib ki, İqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür, ixrac missiyaları və biznes forumlar təşkil olunur. Azərbaycanın ixrac missiyalarından ikisi İsveçrəyə təşkil edilib. 2017-ci ildən etibarən Azərbaycanın Polşadakı Səfirliyində İsveçrə də daxil olmaqla, Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi fəaliyyət göstərir.
İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərindən danışan Ş.Mustafayev sənaye, kənd təsərrüfatı, əczaçılıq, tranzit daşımaları, turizm və s. sahələrdə geniş potensialın olduğunu diqqətə çatdırıb, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinə yeni və mühüm töhfə olduğunu, bu sahədə əlaqələrin daha da genişlənəcəyini bildirib.
Komissiyanın iclasında Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verilib, ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişli olduğu diqqətə çatdırılıb.
İclasda müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb, iqtisadi-ticarət əlaqələrinin, investisiya, turizm, təhsil, İKT, kiçik və orta biznes üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, bir sıra məhsulların, o cümlədən fındıq ixracının artırılması üçün böyük potensialın olduğu qeyd edilib.
İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İsveçrə şirkətlətinin Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirdiklərini və onların İsveçrə iş adamlarının Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığını vurğulayıb, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Ervin Bolinger İsveçrə iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan-İsveçrə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində və yeni əməkdaşlıq imkanlarının təşviq olunmasında komissiyanın rolunu vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger imzalayıb. Sənəddə iqtisadi-ticarət, enerji, sənaye, İKT, təhsil, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
Baxış sayı: 317
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi