23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü...
Tarix: 26-06-2019 10:11 | Bölmə: Manşet

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazını təqdim edirik.
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Topçu briqadasının baş həkimi Zelenskinin ona verdiyi “sizin bu cür istedadınız olduğu halda, niyə akademiya təhsili almadınız...” sualına “təsadüf belə gətirdi” deyə cavab vermişdi. Bəli, o, akademiya təhsili görməmişdi, amma fitri istedadı, dürüstlüyü və nizam-intizamı sayəsində podporuçik rütbəsindən general-leytenant rütbəsinə qədər yüksəlməyi bacarmışdı.
Söhbət nəzəri və təcrübi cəhətdən rus artilleriyasının inkişafında və dünyada tanıdılmasında danılmaz xidmətlərinə görə “artilleriyanın Allahı” adını almış topçu generalı Əliağa Şıxlinskidən gedir.
Əliağa Şıxlinski, 1863-cü il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində kiçik mülkədar İsmayıl ağa Şıxlinskinin ailəsində doğulmuşdu. O, kökü 16-cı əsrdən başlayan bir nəslin nümayəndəsi idi. Ulu babası Ağdolaq Məhəmməd ağa Qazax qəzasına böyük ehtimallara görə, Türküstanın cənub torpaqlarından köçüb gəlmişdi. Onun iki oğlu var idi: Şıxı və Əli Qazaq. Əliağa Əli Qazağın nəslindən idi.
1801-ci ildə Qazax sultanlığı Gürcü çarlığının tərkibində Rusiya təbəəliyinə keçdi. Bu hadisədən sonra yerli camaat arasında rus sonluqlu soyadlarını qəbul etmək meyli getdikcə artmağa başladı. Ağdolaq Məhəmməd ağanın nəslinin hər iki qolu Şıxlinski soyadında birləşdi.
Əliağa ailədə 11 uşağın ən kiçiyi idi. Atası onun qərb üsullu hərbi məktəbdə təhsil almasını istəyirdi. Bu məqsədlə onu 1875-ci ildə Tiflisə, həyat yoldaşı Şahyəmən xanımın əmisi oğlu Qaibzadə (Qaibov) Mirzə Hüseyn Əfəndinin (1883-1917-ci illərdə Qafqaz müftisi olub) yanına göndərdi. Mirzə Hüseyn Əfəndi çox ziyalı və dindar bir şəxs idi. O, kiçik Əliağanı həm himayə edir, həm də təlim-tərbiyəsi ilə yaxından məşğul olurdu.
Əliağa Şıxlinski hələ kiçik yaşlarından bədəncə iri, sağlam, güclü olmaqla yanaşı, çevik və diribaş idi. Məhz, bu şəxsi keyfiyyətlərinə görə o, Tiflisdə 1876-cı ildə xüsusi gimnaziyanı, 1883-cü ildə isə hərbi gimnaziyanı böyük müvəffəqiyyətlə bitirərək, ölkənin bütün kadet korpuslarından seçilmiş ən yaxşı tələbələrin toplandığı Mixailovski Topçu Peşə Məktəbinə daxil olur. Burada ona professor Lev Kirpiçev, professor Aksel Qadolin, general Nikolay Mayevski, general Adrian Usov kimi ölkənin artilleriya üzrə görkəmli mütəxəssisləri dərs deyir. Müəllimləri tərəfindən sevilən və rəğbətlə qarşılanan Ə.Şıxlinski dərslərindən əlavə olaraq, biliyini artırmaq üçün digər təhsil ocaqlarında keçirilən mühazirələrə də qatılır, daim öz üzərində çalışırdı. Paytaxt mühiti onun püxtələşməsinə çox müsbət təsir etmişdi.
1886-cı ildə o, bu məktəbdən məzun oldu. Məktəbi müvəffəqiyyətlə bitirdiyinə və tələbələr arasında at yarışında birincilik əldə etdiyinə görə nağd pul və qızıl saat ilə mükafatlandırılaraq, 39-cu topçu briqadasına podporuçik təyin olundu.
Hərbi fəaliyyəti dövründə özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim kimi göstərmiş Əliağa Şıxlinski bir çox başqa məziyyətlərinə görə də zabit və əsgərlər arasında daim böyük hörmətlə qarşılanırdı. Qumar və içkini əsla sevməz, yarışlarda hansı atın birincilik qazanacağını demək olar ki, səhvsiz müəyyən etməsinə baxmayaraq, heç vaxt heç kəslə mərc tutmaz və totalizatora pul qoymazdı. Milli və dini ayrı-seçkiliyi sevməyən Şıxlinski yüksək rütbəli rus zabitləri tərəfindən sıxışdırılan inanclı (rus olsa belə) və qeyri-rus mənşəli əsgərləri dəfələrlə müdafiə etmişdi.
O, səyahət etməyi çox xoşlayırdı. Ən böyük arzusu dünya səyahətini gerçəkləşdirmək idi. Ancaq belə bir səyahətə çıxmaq üçün çoxlu pul lazım idi. Çar Rusiyası dövründə hərbi xidmət zamanı bir yerdən başqa yerə köçürülən zabitlərə yüksək kompensasiya ödənilirdi. Təbii ki, bu pulla dünyanı rahat gəzmək olardı. Şıxlinski arzusuna çatmaq üçün xidməti yerini Sibirin şərqinə dəyişdirilməsi haqqında komandanlığa yazılı müraciət edir. Onu öz xahişi ilə əlahiddə Zabaykalye topçu diviziyasına yarımbatareya komandiri təyin edirlər. Lakin səyahət ilə bağlı qurduğu planlar gözlənilmədən yarımçıq qalır. Buna səbəb Çində başlamış olan İxetuan üsyanı idi. Verilən əmrə görə, Şərqi Sibirə təyin edilən bütün zabitlər iki ay ərzində öz yeni xidməti yerlərində olmalı idilər.
1901-ci il idi. Mart ayı olmasına baxmayaraq, Mancuriyada (Çinin tarixi əyaləti) qış sərt keçirdi. Kapitan Şıxlinski əynində ağır qış paltarı, zorba atın belində üstü buz bağlamış Lyaoxe çayının üzərindən keçirilən toplara və mərmi daşıyan arabalara nəzarət edirdi. Çox böyük zəhmətlər sayəsində verilən tapşırıq müvəffəqiyyətlə həyat keçirilir. Bu hərbi kampaniya dövründə Əliağa Şıxlinski yüksək komandirlik bacarığı nümayiş etdirir. O, rəhbərlik etdiyi hərbi hissənin nizam-intizam və təchizat məsələlərinə olduqca ciddi yanaşırdı. Tabeliyində olan əsgərlərinə təmiz undan çörək bişirilməsi və diviziyanın döyüş atlarına keyfiyyətli yem verilməsi üçün korpus intendantı (təsərrüfat-təchizat idarəsi) ilə belə mübahisə etməkdən çəkinmirdi.
Bir dəfə o zabiti olduğu topçu diviziyasının atlarına keyfiyyətsiz yulaf buraxıldığına görə korpus intendantına raport yazır. Diviziya komandiri ona raportunu geri götürməyə çağırır və intendantla mübahisənin onun üçün yaxşı qurtarmayacağını bildirir. Ancaq Ə.Şıxlinski prinsipiallıq göstərərək, bu işin araşdırılması üçün komissiyanın yaradılmasına nail olur. Komissiyanın apardığı yoxlamalar nəticəsində məlum olur ki, kapitan Şıxlinski etdiyi şikayətində haqlıymış və bunun dərhal düzəldilməsi əmr olunur. Əliağa Şıxlinski Çində hərbi kampaniya dövründə göstərdiyi xidmətlərinə görə II dərəcəli “Qılınclı Stanislav” ordeni ilə təltif olunur.
1904-cü ilin yanvar ayının 26-da gecə yaponlar Port-Artur qalasına qəflətən hücum edərək, limanda durmaqda olan rus eskadronunun bir neçə zirehli gəmisini partladaraq batırdılar. Bu səbəblə, fevral ayında rus-yapon müharibəsi başladı. Döyüşlərdə əsasən artilleriya və dəniz qüvvələrindən istifadə olunurdu. Rusiya üçün əhəmiyyətli olan buqalanın sonunda yaponlara təslim edilməsinə baxmayaraq, onun müdafiəsi zamanı rus topçuları çox böyük qəhrəmanlıq sərgiləmişdilər. Heç şübhəsiz ki, bu haqda danışan zaman kapitan Şıxlinskinin göstərdiyi yüksək döyüş bacarığını və fədakarlığını unutmamaq lazımdır. O, döyüşlər zamanı yapon hərbi birliklərinin hücumlarının qarşısının alınmasında xüsusi igidlik göstərmişdi. Hətta komandirlik etdiyi yarımbatareyanın nişançıları həlak olduqda belə soyuqqanlılığını itirməyərək, qeyri-adi cəsarətlə özü toplardan düşmən mövqelərinə zərbə endirərək, susmağa məcbur etmişdi. Döyüşlərdə göstərdiyi şücaətinə görə, Ə.Şıxlinski imperator II Nikolay tərəfindən IV dərəcəli “Müzəffər Georgi” ordeni, podpolkovnik rütbəsi və digər mükafatlarla təltif olunmuşdu.
Topçuluq sahəsində baş verən yenilikləri daim izləyən podpolkovnik Şıxlinski 1906-cı ildə Artilleriya Zabitləri Məktəbində altıaylıq kursuəla qiymətlərlə bitirərək, həmin məktəbdə pedaqoji fəaliyyətə başladı. Əliağa Şıxlinski həmin il hərb elmi sahəsində mühüm bir yenilik edərək, gözlə görünməyən hədəfi nişanalma nəzəriyyəsini – “Şıxlinski üçbucağı”nı kəşf etdi. Bu nəzəriyyə top atəşi zamanı hədəf göstərmənin rasional üsulu idi. “Şıxlinski üçbucağı” nəzəriyyəsi məktəb rəisinin əmri ilə dərsliyə daxil edilmişdi. Nəzəriyyə nəinki Rusiya, hətta Fransa və Avstriya ordularında da tətbiq olunmuşdu.
Əliağa Şıxlinski hərb peşəsi üçün yaranmış bir insan idi. O, fəaliyyəti dövründə böyük nailiyyətlərə imza ataraq, on illik xidməti borcunu üç il ərzində yerinə yetirmişdi. Təbii ki, bu fakt dövlətin nəzərindən kənar qalmadı, onu 1908-ci ildə polkovnik rütbəsi ilə, bir il sonra isə III dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif etdilər. Belə bir mükafatla adətən, müharibə dövründə polka uzun müddə komandanlıq etmiş polkovniklər təltif edilirdi. Bu barədə istər yuxarı dairələrdə, istərsə də orduda çox nadir bir hadisə olaraq danışılırdı.

1909-cu ilin payızında Əliağa Şıxlinskinin şəxsi həyatında çox mühüm dəyişiklik baş verdi. O, 46 yaşında ikən qohumu və Tiflisdə təhsil aldığı zaman ona himayədarlıq etmiş, Qafqaz müftisi Qaibzadə (Qaibov) Mirzə Hüseyn Əfəndinin qızı Nigar xanımla ailə həyatı qurdu. Ali təhsilli Nigar xanım Azərbaycanın ilk şəfqət bacısı idi. O, müsəlman gürcü (acar) əsilzadə nəslinə mənsub olan əri Dərviş bəy Palavandişvilinin (Palavandov) ölümündən sonra dul qalmışdı. Nigar xanım birinci dünya müharibəsi illərində Çarskoe Seloda “Qırmızı Xaç” cəmiyyətinin nəzdində Artilleriya Zabitləri Məktəbinin qadın komitəsinin xəstəxanasının sədri olaraq fəaliyyət göstərmişdi. Əliağa Şıxlinski öz xatirələrində onun haqqında belə yazırdı: “Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola – parlaq səadət yoluna aparmışdı. Birgə keçirdiyimiz iyirmi iki illik həyatımızın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. Fitrətən, çox gözəl, incə və mülayim bir xasiyyətə malik olan Nigar xanım ailə səadəti üçün yaradılmış bir qadın idi...”.
Lakin qəfil ölüm onları ayırdı. 1931-ci il avqustun 15-də Nigar xanım Şıxlinskaya ömrünün 53-cü baharında gözlərini əbədi yumdu... Bu kədərli hadisə qoca generala ağır bir zərbə oldu. O: “Mənim hər şeyim – səadətim də, səhhətim də onunla getdi...” deyirdi.
Əliağa Şıxlinski özünü dərs dediyi məktəbdə qabaqcıl nəzəriyyələrini təcrübədə sübuta yetirməyi bacaran yenilikçi bir zabit kimi tanıtmışdı. 1913-cü ildə o, məktəbin rəisinin etirazına baxmayaraq, rəis müavinitəyin edilir. Bu təyinat orduda Şıxlinskiyə rəğbətlə yanaşanlar arasındarus artilleriyasının qələbəsi kimi qəbul edildi. Həmin il Fransanın hərb xadimi, marşal Jozef Joffrenin başçılığı ilə on yeddi nəfərlik zabit heyəti Rusiyaya gəlir. Məqsəd müttəfiq rus ordusunun hərbi hazırlıq səviyyəsi ilə tanışlıq idi. Qonaq hərbi heyət bütün bir günlərini Artilleriya Zabitləri Məktəbinin işi ilə tanışlığa ayırdılar. Rus artilleriyasında baş verən yeniliklərlə, o cümlədən, Şıxlinskinin ixtiraları ilə yaxından tanışlıq onları heyran etdi. Bir il sonra rus-fransız ittifaqını gücləndirmək məqsədilə Rusiyaya ikinci rəsmi səfərini edən Fransa prezidenti Raymon Ponkar rus topçularını fransız hərbi heyətinə göstərdikləri diqqətə müqabil mükafatlandırdı. Bu mükafatlar arasında iki ədəd “Fəxri Legion” ordeni də gətirilmişdi. Həmin ordenlərdən biri süvari generalı V.M.Bezobrazova, ikincisi isə polkovnik Əliağa Şıxlinskiyə təqdim olunmuşdu.
Əliağa Şıxlinski Birinci Dünya Müharibəsi illərində əsasən, ağır döyüşlər zamanı müdafiənin topçu birlikləri tərəfindən dəstəklənməsi işinin təşkili ilə yadda qalmışdı. Paytaxt Petroqradın müdafiəsində, eləcə də şimal-qərb cəbhəsində (Belorussiya-Polşa istiqamətində) almanlara qarşı gedən döyüşlərdə o, özünün nəzəri biliklərini hərbi təcrübəsilə yenidən əlaqələndirərək, toplardan çəpərləmə atəş texnikasını kəşf etdi və bu üsulun təlimatını hazırladı. Heç vaxt heç bir siyasi oyunlara qarışmayan, özünü sırf hərbçi ampluasında görən Əliağa Şıxlinski 1917-ci ilin fevralında imperiyada baş verən ciddi siyasi hakimiyyət dəyişikliyindən sonra da orduda qalaraq, öz xidməti fəaliyyətini davam etdirdi. Həmin ilin aprelində Şıxlinski general-leytenant rütbəsinə layiq görüldü.
1917-ci ilin payızında imperiyada siyasi böhran kəskinləşdi və bu bolşeviklərin siyasi hakimiyyəti silahlı çevriliş yolu ilə ələ alması ilə nəticələndi. Artıq Rusiya imperiya sərhədləri daxilində ciddi hərbi-siyasi qarşıdurmanın - vətəndaş müharibəsinin astanasında idi. General Əliağa Şıxlinski bu çətin dövrdə öz xalqının yanında olmağı daha məqsədəuyğun hesab edərək, noyabrda Qafqazın mərkəzi Tiflisə gəldi. Ancaq Petroqradda və eləcə də bir çox böyük şəhərlərdə baş verən siyasi proseslər artıq Qafqaza sirayət etmişdi. Bölgədə fəaliyyət göstərən milli siyasi təşkilatlar birləşərək əvvəlcə Zaqafqaziya Komissarlığının, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığını elan etdilər. Amma çox keçmədi ki, etnik siyasi tərəflər heç bir razılığa gələ bilmədi, ittifaq təmin olunmadı və federasiyanın mövcudluğuna son verildi. Belə olan təqdirdə,1918-ci ilin may ayının 28-də Müvəqqəti Milli Şura Azərbaycanın dövlət müstəqilliyini elan etdi.
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi. Azərbaycanın Şərq hissəsi (Bakı və Bakı quberniyası) Bakı Kommunasının, mərkəzi hissəsi (Gəncə və Gəncə quberniyası) Azərbaycan Cümhuriyyəti hökümətinin hakimiyyəti altında idi. Azərbaycanın digər bir hissəsi olan Qərb torpaqlarında (İrəvan və İrəvan quberniyasında) isə Ermənistan Respublikası yaradıldı. Cümhuriyyət hökuməti Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərini ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu.
Vəziyyət olduqca mürəkkəb idi. Hələ 1917-ci ildə baş verən oktyabr hadisələrindən sonra bölgədə siyasi proseslərin federativləşməyə doğru getməsinə baxmayaraq, milli-dini zəmində çıxacaq hər hansı bir münaqişə zamanı müsəlman türk (azərbaycanlı) əhalisinin təhlükəsizliyini təmin edəcək milli silahlı birləşmələr demək olar ki, yox vəziyyətində idi. Federasiya dövründə azərbaycanlılara öncə öz qoşun hissələrini təşkil etməyə razılıq verilməsədə, sonradan 19 dekabr 1917-ci il tarixli, 155 nömrəli əmrlə müsəlman korpusunun yardılmasına icazə verildi. Korpusun təşkili işi general Əliağa Şıxlinskiyə həvalə olundu.
General tərəfindən Tiflisdə baş qərargahı yaradılmış korpusa hərbi xidmətə çağırışda, təlimdə və maddi-texniki təchizatda çox böyük çatışmazlıqlar və əngəllər vardı. Ancaq bu sıxıntılara baxmayaraq, ilkin olaraq bir bölüyün yaradılmasına nail olunmuşdu.
1918-ci ilin iyun ayının 4-də Azərbaycan Cümhuriyyəti və Osmanlı Ali Dövləti arasında Batumda imzalanmış sülh və dostluq haqqında müqaviləyə əsasən, hərb naziri Ənvər Paşanın göstərişi ilə iki türk piyada diviziyası Gəncəyə gəldi. Bu mühüm hadisədən sonra Azərbaycanda ordu quruculuğu işi sürətləndi. Tezliklə, Ənvər Paşanın kiçik qardaşı Nuri Paşanın komandanlığında Qafqaz İslam Ordusu yaradıldı. Gəncə istiqamətində irəliləməyə çalışan Bakı Kommunasının silahlı birləşmələri Göyçay civarında durduruldu. Nuri Paşanın general Şıxlinski ilə hazırladıqları plan əsasında üç ay ərzində bolşevik-daşnak qoşunları geri oturduldu və sentyabrın 15-də Bakı şəhəri Sentrokaspi Diktaturasından (Bakı Kommunasını devirən ingilis dəstəkli qurum) azad edildi. Cümhuriyyətin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Cümhuriyyətdə başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuri Paşa və türk hərbi kontingenti Azərbaycanı tərk etdikdən sonrada böyük vüsətlə davam etdirildi. Bu işdə Qafqaz İslam Ordusunda xidmət etmiş azərbaycanlı zabit və əsgərlər əsas kadr bazası hesab olunurdu. Onların hərbi nizam-intizama yiyələnmələrində türk zabitlərinin çox böyük əməyi vardı. Heç şübhəsiz ki, general Əliağa Şıxlinski özü də türk hərbi mütəxəssislərinin gördüyü işləri yüksək qiymətləndirirdi:
“1918-ci ilin noyabrında türklər Qafqazdan getdikləri zaman onlardan hərbi nizam-intizam öyrənmiş azərbaycanlı əsgərlər yeni yaradılan ordu üçün əsas kadr mənbəyi olaraq görülürdü. Əgər bu kadrlar olmasaydı, ordu çox böyük çətinliklərlə üzləşə bilərdi”.
General Əliağa Şıxlinski 1918-ci ilin dekabr ayının 13-də Azərbaycan ordusunun yeni layihəsi ilə çıxış etdi. Layihəyə əsasən, ordu 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir hərbi texnika ilə təchiz edilmiş diviziyalardən ibarət olmalı və ən vacib bölgələrdə yerləşdirilməli idi. Əlavə olaraq, hərb naziri təyinatında peşəkarlığın və təcrübənin nəzərə alınması hökümətə tövsiyə olunurdu. Cümhuriyyət höküməti generalın tövsiyəsini diqqətə alaraq dekabr ayının 26-da general Səmədbəy Mehmandarovu nazir, 29-da isə general Əliağa Şıxlinskini nazir müavini təyin etdi.
Ancaq Azərbaycan Cümhuriyyəti hökümətinin 23 ay ərzində apardığı uğurlu dövlət quruculuğu işləri yarımçıq qaldı.
Belə ki, 1920-ci ilin mart ayında Denikin ordusunu məğlub edən sovetlər Azərbaycanın şimal sərhədlərinə çatmışdılar. Şimaldan gözlənilən bolşevik müdaxiləsi labüd idi. Sovet Rusiyası tərəfindən Azərbaycan Cümhuriyyətini daha rahat işğalı üçün bolşeviklərlə razılığa gələn daşnaklar Novruz bayramı günlərində Qarabağda Azərbaycan hərbi hissələrinə qəflətən hücumlar təşkil etdilər. Azərbaycan hökümətibu hücumların qarşısını almaq üçün bölgəyə əlavə hərbi qüvvələr göndərdi. Bunu fürsət bilən Sovet Rusiyanın 72 minlik 11-ci qızıl ordusu “III Beynəlmiləl” adlı zirehli qatarı ilə Samur çayını keçərək Bakı istiqamətində irəlilədi. Azərbaycan ordusunun yoluboyu yerləşdirilmiş azsaylı hissələri onlara müqavimət göstərsə də, bu, heç nəyi yaxşılığa dəyişmədi. Bunu görən hərb naziri əvəzi general Əliağa Şıxlinski daha çox qan tökülməməsi üçün qoşunlara sovetlərə müqavimət göstərməmək əmri verdi.
Sovetlər Azərbaycan Cümhuriyyətini tam işğal edəndən sonra 11-ci qızıl ordunun xüsusi şöbəsi milli ordunun Bakıda olan bütün zabitlərini o cümlədən hərb naziri Səmədbəy Mehmandarovu və müavini Əliağa Şıxlinskini həbs etdilər. Bir müddət Bakıda və Moskvada həbsdə qaldıqdan sonra Nəriman Nərimanovun köməkliyi ilə 1920-ci ilin noyabrında həbsdən azad edildilər.
General Əliağa Şıxlinski sovet dövründə Moskva, Petroqrad və Bakı hərbi məktəblərində artilleriya üzrə mühazirələr deməklə yanaşı, Azərbaycan komanda heyəti məktəbinin rəis müavini və hərbi tərcümə kollegiyasının baş redaktoru vəzifələrində çalışdı. Azərbaycanda ilk hərbi lüğətin yaradıcısı olmuş general tərtib etdiyi “Rusca-türkcə qısa hərbi lüğəti”ni 1926-cı ildə Bakıda üç əlifbada - kiril, ərəb və latın əlifbası ilə nəşr etdirmişdi. Bu əvəzsiz xidmətinə görə general Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 23 fevral 1928-ci il tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdu.
1942-ci il idi. Xəstə, yorğun və qoca general ömrünün son günlərini Bakının Cəfər Cabbarlı küçəsində yerləşən 14 nömrəli evində keçirirdi. Görmə və eşitmə qabiliyyətini xeyli itirmiş qocaman Şıxlinski uzun müddət idi ki, təqaüdə çıxmışdı. Artıq qırx altı illik möhtəşəm hərbçi həyatı, eləcə də çılğın uşaqlıq çağları və mərhum ömür-gün yoldaşı Nigar xanım ilə keçən gözəl günlər bir xatirəyə çevrilmişdi. Bu xatirələri ona böyük rəğbətlə yanaşan SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini, filosof Heydər Hüseynov ilə də bölüşürdü. Bir gün görkəmli alim qocaman generala yaşadıqlarını xatirata çevirməsini istədi. Xatirat yazmağı xoşlamayan ancaq bunu Elmlər Akademiyası kimi yüksək bir elmi müəssisənin tapşırığı olaraq qəbul edən general öz tərcümeyi-halını diktə edərək, yazdırdı.
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən Azərbaycan və rus dillərində 1944-cü ilin mayında çapdan çıxan “Xatirələrim” hərbi memuarı bir çox tədqiqatçılar o cümlədən, hərb elmləri doktoru, professor Y.Z.Barsukov və tarix elmləri doktoru, professoru A.L.Sidorov tərəfindən sanballı əsər olaraq yüksək qiymətləndirilmişdi.
General Əliağa Şıxlinski 18 avqust 1943-cü il tarixində ürək çatışmazlığından xəstəxanada vəfat etdi. O, görkəmli sərkərdələrə layiq bir şərafətlə son mənzilə yola salındı.
Azərbaycan Cümhuriyyətinin Silahlı Qüvvələrinin yaradılmasında danılmaz xidmətləri olmuş hərbi xadim, artilleriya generalı Əliağa Şıxlinskinin fəaliyyətinin böyük bir hissəsinin rus artilleriyasının inkişafına həsr edilməsinə baxmayaraq unutmamalıyıq ki, o bir Azərbaycan oğlu idi. Vətən onun düşünən və döyüşən oğullarının çiynində ucalır. Əliağa Şıxlinski bu adı uca tutan şərəfli bir general ömrü yaşamışdı...
Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 514 nömrəli fondun sənədlərindən istifadə olunub.
Baxış sayı: 487
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi