Bütün xəbərlər
Nazir: Dünən son 20 ilin rekord istisi qeydə alındı
Tarix: 25-06-2019 12:59 | Bölmə: Manşet



Dünən qeydə alınan temperatur göstəricisi son 20 ildə iyun ayı üçün rekord olub. 
Oxu.Az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib. 
“Azərbaycanda dünən və bu gün çox isti olub. Havanın temperaturu 37-38 dərəcə təşkil edib. Bu da son 20 ildə iyun ayı üçün rekord göstəricidir”.
Nazir qeyd edib ki, bu da iqlim dəyişikliyinin təzahürüdür.


Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər