21:43 / 18-10-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
Tarix: 19-10-2026 19:07 | Bölmə: Manşet


 Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranlı həmkarı Abbas Əraqçi ilə Fars körfəzində gərginliyin azaldılması addımlarını müzakirə etmək üçün Tehrana gəlib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı nazir həmçinin İslam Respublikasının prezidenti Məsud Pezeşkianla görüşəcək.
Qeyd olunur ki, İrandakı təmasları zamanı Lavrov Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi üçün praktik addımlara xüsusi diqqət yetirəcək.
Nazir, ehtimal ki, İran tərəfini Manamada Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə görüşlərinin əsas nəticələri barədə də məlumatlandıracaq.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Hörmüz boğazı ətrafındakı münaqişənin kök səbəblərinin aradan qaldırılmasının vacibliyini bildirmişdi.




Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər