18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Hollandiya "F-16"ların ilk partiyasını Ukraynaya təhvil verib
Tarix: 06-10-2024 23:52 | Bölmə: Manşet

Ukrayna Hollandiyadan vəd edilmiş "F-16" qırıcılarının ilk partiyasını alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hollandiyanın müdafiə naziri Ruben Brekelmans "F-16" qırıcılarının birinci partiyasının təhvil verildiyini elan edərək, Kiyevin yaxın aylarda ikinci partiyanı alacağını qeyd edib. Onun sözlərinə görə, Ukraynaya daha 24 təyyarə veriləcək, bu barədə o, Kiyevə səfərindən sonra X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Hollandiya Hərbi Hava Qüvvələri bütün "F-16"ları təqaüdə çıxardığını və "F-35"lərə keçdiyini açıqlamışdı. Qeyd olunur ki, "F-16"lar 45 ildən artıqdır ki, ölkədə xidmətdədir.


Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər