22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Əcnəbilər qrupları” G20 sammitini pozmağa cəhd edə bilər
Tarix: 14-11-2022 14:34 | Bölmə: Manşet


İndoneziya hakimiyyəti Balidə keçirilən G20 sammitini pozmağı planlaşdıran əcnəbi qrupların olduğundan şübhələnir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə yerli KİV immiqrasiya idarəsinin rəhbəri vəzifəsini icra edən Vidodo Ekatyajanaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, müvafiq nazirlik və qurumlardan “immiqrasiya qanunlarını və G20 sammitini pozmaqda şübhəli bilinməli olan əcnəbi qruplarının olması” barədə məlumat daxil olub.
“RİA Novosti” xəbər verir ki, o, “mənşəyindən və məqsədlərindən asılı olmayaraq” hər hansı əcnəbinin sammitə müdaxiləsi halında departamentin kəskin tədbirlər görəcəyinə əmin edib.
Bundan əlavə, İndoneziya hakimiyyət orqanları əcnəbilərin şübhəli fəaliyyəti ilə bağlı ictimaiyyətdən gələn xəbərlər üçün onlayn kanal açıb.
Ekatyajana onu da xatırladıb ki, əvvəllər İmmiqrasiya Baş İdarəsi artıq sərt tədbirlər görüb və nümayişlər keçirən əcnəbiləri deportasiya edib.
G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov orada iştirak etmək üçün artıq İndoneziyaya gəlib.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər